Cümə, Sentyabr 25, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Azərbaycan təhsilində yenilik: Valideynlərdən pul yığılması tarixi qovuşur?

25/09/2026 17:37
CƏMİYYƏT
778 49
Azərbaycan təhsilində yenilik: Valideynlərdən pul yığılması tarixi qovuşur?
685
Paylaşım sayı
951
Baxış sayı
Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən Fərman imzalanıb.
Fərmana əsasən dövlət ümumi təhsil müəssisələrində 2026‒2027-ci tədris ilindən başlayaraq dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə mərhələli şəkildə adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçiriləcək.
Digər tərəfdən, adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi nəzərdə tutulan dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalı tətbiq ediləcək.
Bu qərar nə deməkdir, nələri dəyişəcək və maliyyələşmə necə aparılacaq?
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov “Bakupost”a bildirib ki, bu qərar ölkənin təhsil sisteminin iqtisadi və struktur modelində yeni bir mərhələnin başlanğıcı deməkdir.
BakuPost
Müsahibimizin sözlərinə görə, bu qərar dövlət məktəblərinin maliyyələşdirilməsində ənənəvi sinif-komplekt modelindən tələb yönümlü iqtisadi modelə keçidi təmin edəcək:
“Əvvəlki modeldə məktəblər şagird sayından asılı olmayaraq, siniflərin sayına, ştat vahidlərinə və binanın fiziki ölçülərinə görə büdcə alırdısa, yeni modeldə dövlət hər bir şagird üçün vahid illik xərc standartı müəyyən edir və məktəbin büdcəsi birbaşa oradakı şagirdlərin sayına mütənasib olaraq formalaşır.
Hesab edirəm ki, bu keçid təkcə maliyyə mexanizminin texniki baxımdan dəyişdirilməsi deyil, eyni zamanda ümumi təhsil sisteminin fəlsəfəsində baş verən köklü sistem dəyişikliyi, habelə idarəetmə və maliyyələşmə modelinin tamamilə yeni müstəviyə keçməsidir. İndiyə qədər mövcud olan girişyönümlü maliyyələşmə modelində təhsil müəssisəsinin real fəaliyyət keyfiyyəti və şagird məmnuniyyəti onun büdcəsinə birbaşa təsir etmirdi. Yeni model isə təhsil ekosistemində maliyyə resurslarının idarə olunmasını tamamilə səmərəlilik və çıxışyönümlü nəticələr üzərində qurur. Bu, dövlət vəsaitlərinin hər bir şagirdin fərdi inkişafına birbaşa xidmət etməsinə hüquqi və iqtisadi zəmanət yaradır”.
Ekspert qeyd edir ki, adambaşına maliyyələşdirmə sisteminin tətbiqi məktəblər arasında sağlam rəqabətin yaranmasına, menecmentin keyfiyyətinin yüksəlməsinə və təhsil müəssisələrinin muxtariyyətinin artmasına səbəb olacaq:
“Fikrimcə, bu sistemin gətirəcəyi ən böyük dəyişiklik valideyn seçimi institutunun institusional güc qazanması olacaqdır. Valideynlər daha keyfiyyətli tədris mühiti, peşəkar pedaqoji heyəti və yüksək nailiyyətləri olan məktəblərə üstünlük verdikcə, həmin məktəblərin şagird kontingenti və müvafiq olaraq büdcəsi böyüyəcək”.
Bu zəncirvari reaksiya isə İ.Orucovun fikrincə, məktəb rəhbərlərini passiv inzibatçıdan aktiv menecerə çevrilməyə məcbur edəcək:
“Yaxşı menecment tətbiq edən məktəb daha çox resurs qazanacaq, qazandığı resursla infrastrukturunu təkmilləşdirəcək və güclü müəllimləri cəlb edəcək ki, bu da birbaşa təhsilin keyfiyyətini artıracaq. Eyni zamanda, bu yanaşma təhsil ekosistemində sağlam rəqabəti əhəmiyyətli dərəcədə gücləndirəcək. Belə ki, güclü pedaqoji heyəti və yüksək reytinqi olan məktəblər daha çox şagird, dolayısı ilə daha çox maliyyə cəlb edərək, bu resurslar hesabına öz rəqabət üstünlüklərini daha da artıra biləcəklər”.
O deyir ki, yeni maliyyə modelinin daxili pedaqoji mühitə və təhsilin keyfiyyətinə təsiri qaçılmaz və çoxşaxəlidir:
“Adambaşına maliyyələşdirmə mexanizmi məktəbi maddi və elmi-metodik baxımdan resurs bazasını gücləndirməyə və imkanlarını genişləndirməyə təşviq etdiyi üçün bu, birbaşa sinif otağındakı tədris mühitinin müasirləşməsinə, rəqəmsal resursların və laboratoriyaların zənginləşməsinə xidmət edəcək. Keyfiyyət göstəriciləri yüksək olan məktəb daha çox büdcə əldə edəcək və bu sərbəst vəsait hesabına uğurlu müəllimlər üçün əlavə stimullaşdırıcı daxili bonuslar, differensial əməkhaqqı sistemləri tətbiq edə biləcək. Bu isə istedadlı pedaqoqların məktəbdə qalmasını təmin edən və təhsilin ümumi keyfiyyət standartını inkişaf etdirən yanaşmadır.
Maliyyələşmə prosesi vahid baza standartı və müxtəlif korreksiyaedici əmsalların sintezi əsasında həyata keçiriləcək. Qərara əsasən, fərqli təhsil səviyyələri və məktəb növləri üzrə artım əmsalları tətbiq ediləcək”.
Ekspert hesab edir ki, məsələyə elmi-pedaqoji prizmadan yanaşdıqda, bu qərar şagirdyönümlü təhsil konsepsiyasının iqtisadi fundamentini təşkil edir:
“Pedaqogika elmində qəbul olunmuş fərdi təlim trayektoriyası və inklüzivlik prinsipləri yalnız o zaman effektiv işləyir ki, hər bir şagirdin fərdi təhsil ehtiyacı maddi cəhətdən təmin olunsun. İbtidai sinif şagirdinin psixofizioloji inkişafı, peşə təmayüllü siniflərin praktiki emalatxana ehtiyacı və ya xüsusi qayğıya ehtiyacı olan uşağın reabilitasiya-tədris resursları eyni deyil. Fərmanda əksini tapan artım əmsalı mexanizmi pedaqogikanın bu differensial yanaşmasını tam dəstəkləyir və maliyyə resurslarının hər bir təhsilalanın real potensialının üzə çıxarılmasına yönəldilməsini elmi baxımdan əsaslandırır”.
Gənc alim düşünür ki, fərmanda əksini tapan artım əmsalı mexanizmi eyni zamanda sosial ədalətin və təhsildə bərabər imkanların qorunması üçün də ən doğru alətdir:
BakuPost
“Dövlət bu əmsallarla tənzimləmə apararaq rəqabət mühitində heç bir şagirdin və regional məktəbin geridə qalmamasını sığortalayır. Coğrafi baxımdan ucqar, azkomplektli dağ kəndlərindəki məktəblərin xüsusi əmsallarla iqtisadi dayanıqlığının qorunması dövlətin regional təhsil bərabərliyinə verdiyi elmi-strateji dəyərin bariz nümunəsidir. Həm də keçidin mərhələli xarakter daşıması və artım əmsallarının tətbiqi, keçid dövründə yarana biləcək maliyyə uyğunsuzluğunun və risklərin sığortalanması baxımından ən doğru inzibati yanaşmadır”.
İnkişaf etmiş və OECD ölkələrinin – xüsusilə Böyük Britaniya, Niderland, Yeni Zelandiya, Finlandiya təcrübəsinə əsasən həmsöhbətimiz bildirir ki, şagirdyönümlü maliyyələşdirmə formulu təhsildə şəffaflığı artıracaq, korrupsiyanı minimuma endirəcək və büdcə vəsaitlərinin israfının qarşısını alacaq: “Azərbaycanın bu modelə keçməsi ölkə təhsilinin menecment prinsiplərini qabaqcıl beynəlxalq standartlara tam uyğunlaşdırır.
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən bir ay müddətində təsdiqlənəcək yeni qaydalar və konkret maliyyə miqdarı bu islahatın yol xəritəsini tam müəyyən edəcək. Fikrimcə, 2026‒2027-ci tədris ilindən etibarən mərhələli şəkildə reallaşacaq bu keçid Azərbaycanın insan kapitalının inkişafına yönəlmiş müasir və səmərəli iqtisadi islahatlarından biridir”.
Təhsil eksperti Şəmsi Qocayev bildirir ki, bu fərmanla nəhayət məktəblər “nəfəs alacaq”, sərbəst olacaq:
“Nəzərdə tutulan bu layihə 10 il bundan əvvəl pilot layihə olaraq bir sıra rayonlarda tətbiq edilib. Amma bürokratik əngəllər prosesə maneə oldu. Məktəbin şagird sayına görə maliyyələşməsi yaxşı haldır. Bakıdakı 4000 şagirdi olan məktəblə Gədəbəydəki 50-100 şagirdi olan məktəbin eyni dərəcədə maliyyələşməsi düzgün deyil. 4000 şagirdə görə direktorun əlində təsərrüfat xərcləri olacaq. Məktəb hansısa bir tədbiri keçirərkən, bayraq almağa belə vəsaiti yoxdur. Ona görə də həmin vəsaiti valideyndən almağa məcburdur. Şagird sayına görə maliyyələşmə isə bu problemi də aradan qaldıracaq. Məktəbdə sınan şüşənin yerinə yenisinin alınması üçün az qala bir il vaxt sərf edilir. Ona görə də valideynə və digər kimlərəsə müraciət etməyə məcbur oluruq. Yeni sistemdə isə bu problem də təsərrüfat xərcləri hesabına avtomatik olaraq həll olunacaq. Habelə bununla aktiv müəllimlərin fərqləndirilməsi də mümkün olacaq”.

Oxşarxəbərlər

Ölkədə əcaib trend – “boşanma partiləri” başladı
CƏMİYYƏT

Ölkədə əcaib trend – “boşanma partiləri” başladı

25/09/2026 17:58
953
Nazirdən suvarma sistemləri ilə bağlı önəmli açıqlama: “2030-cu ilədək…”
CƏMİYYƏT

Nazirdən suvarma sistemləri ilə bağlı önəmli açıqlama: “2030-cu ilədək…”

25/09/2026 17:43
953
Bakıda ev qiymətinə “07” satılır – FOTOLAR
CƏMİYYƏT

Bakıda ev qiymətinə “07” satılır – FOTOLAR

25/09/2026 17:27
953
“Yaxşı həkim linç olunmamalıdır” – Həkimlər Firdovsi İbrahimovun müdafiəsinə qalxdı
CƏMİYYƏT

“Yaxşı həkim linç olunmamalıdır” – Həkimlər Firdovsi İbrahimovun müdafiəsinə qalxdı

25/09/2026 17:10
952
Hərbi xidmətə getməyənlər həbs oluna bilər
CƏMİYYƏT

Hərbi xidmətə getməyənlər həbs oluna bilər

25/09/2026 16:59
953
Azərbaycandan Gürcüstana sərt xəbərdarlıq
CƏMİYYƏT

Azərbaycandan Gürcüstana sərt xəbərdarlıq

25/09/2026 16:33
1k

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Metroda nasazlıq: qatar tuneldə qaldı

Metroda nasazlıq: qatar tuneldə qaldı

25/09/2026 18:23
952
Ölkədə əcaib trend – “boşanma partiləri” başladı

Ölkədə əcaib trend – “boşanma partiləri” başladı

25/09/2026 17:58
953
Bakıda avtobusda DAVA: Sürücü sərnişinə söydü, şüşəyə zərbələr endirdi – VİDEO

Bakıda avtobusda DAVA: Sürücü sərnişinə söydü, şüşəyə zərbələr endirdi – VİDEO

25/09/2026 17:55
953
2027-ci ilin büdcə layihəsi Prezidentə təqdim ediləcək

2027-ci ilin büdcə layihəsi Prezidentə təqdim ediləcək

25/09/2026 17:44
953

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın qədim kəndi – Arçutdan TARİXİ FAKTLAR

Qərbi Azərbaycanın qədim kəndi – Arçutdan TARİXİ FAKTLAR

25/09/2026 08:42
960

Göyçənin qədim kəndi – Canəhmədin TARİXİ

Göyçənin qədim kəndi – Canəhmədin TARİXİ

24/09/2026 08:27
962

Qərbi Azərbaycanın qədim kəndi – Keflin SİRLİ TARİXİ

Qərbi Azərbaycanın qədim kəndi – Keflin SİRLİ TARİXİ

23/09/2026 08:08
964

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

22/09/2026 08:17
976

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.