Bazar, Noyabr 29, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Euronews” telekanalı 27 Sentyabr – Anım Günü ilə bağlı məqalə dərc edib

27/09/2026 10:40
Dünya, Manşet
774 59
“Euronews” telekanalı 27 Sentyabr – Anım Günü ilə bağlı məqalə dərc edib
689
Paylaşım sayı
957
Baxış sayı

“Euronews” telekanalı Azərbaycanda 27 Sentyabr – Anım Günü ilə bağlı məqalə dərc edib.

“Report”un məlumatına görə, materialda qeyd olunur ki, Azərbaycan 2020-ci ildə baş vermiş 44 günlük müharibənin başlanmasının ildönümündə altı il əvvəl döyüşlər zamanı həlak olan hərbçilərin xatirəsini yad edir.

“Euronews” yazır ki, müharibədən sonra Azərbaycan və Ermənistan arasında münasibətlər ticarət, nəqliyyat və telekommunikasiya əlaqələrinin inkişafı ilə xarakterizə olunur.

“Müharibə regionda Sovet İttifaqının dağılmasından sonra formalaşmış vəziyyəti dəyişdirdi və iki ölkə arasında münasibətlərdə yeni mərhələnin əsasını qoydu. 2020-ci ilin noyabrında hərbi əməliyyatların dayandırılmasından sonra tərəflər tədricən sərhəd məsələlərinin müzakirəsinə, münasibətlərin normallaşdırılmasına və regional nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasına keçdilər”, – məqalədə bildirilir.

Telekanal qeyd edir ki, bu prosesin ən nəzərəçarpan nəticələrindən biri Azərbaycanın 2025-ci ilin sonunda tranzit məhdudiyyətlərini aradan qaldırmasından sonra dəmir yolu əlaqəsinin bərpa olunması və Ermənistana tədarükün başlaması olub.

“Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycandan Ermənistana birbaşa ixracın həcmi 17 milyon dolları ötüb. Tədarükə təxminən 17 min ton dizel yanacağı , həmçinin AI-92 və AI-95 markalı təxminən 5 min ton benzin daxil olub”, – “Euronews” yazır.

Məqalədə bildirilir ki, normallaşma prosesinin siyasi çərçivəsi 2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə Vaşinqtonda keçirilən görüş zamanı müəyyənləşdirilib.

Görüşün yekununda tərəflər Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh sazişinin hazırlanması prosesi ilə bağlı birgə bəyannamə imzalayıblar. Rəsmi diplomatiya ilə yanaşı, iki ölkənin ictimai və vətəndaş cəmiyyəti təşkilatları arasında da qarşılıqlı əlaqələr inkişaf edir.

Məqalədə daha bir istiqamət kimi “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) layihəsi çərçivəsində əməkdaşlıq göstərilir. Planlaşdırılan nəqliyyat marşrutunun Ermənistanın Sünik vilayətindən keçərək Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməsi nəzərdə tutulur.

“Beləliklə, müharibədən altı il sonra Azərbaycanda Anım Günü yalnız siyasi münasibətləri deyil, həm də ticarət, nəqliyyat, telekommunikasiya və vətəndaş cəmiyyətləri arasında qarşılıqlı əlaqələri əhatə edən regional normallaşma prosesinin davam etdiyi bir şəraitdə qeyd olunur”, – deyə materialda vurğulanır.

Oxşarxəbərlər

Pensiyaların gözlənilən artım faizi açıqlandı – Minimum əməkhaqqı da yüksələcəkmi?
İqtisadiyyat

Pensiyaların gözlənilən artım faizi açıqlandı – Minimum əməkhaqqı da yüksələcəkmi?

28/11/2026 18:27
957
Həyatını itirən gəlinin anası danışdı: “Onlardan şikayətçiyəm” – YENİLƏNDİ/FOTO
Hadisə

Həyatını itirən gəlinin anası danışdı: “Onlardan şikayətçiyəm” – YENİLƏNDİ/FOTO

28/11/2026 18:05
959
Türkiyədə təlim təyyarəsi qəzaya uğradı
Dünya

Türkiyədə təlim təyyarəsi qəzaya uğradı

28/11/2026 17:53
953
Türkiyədə təlim təyyarəsi qəzaya uğradı
Dünya

Türkiyədə təlim təyyarəsi qəzaya uğradı

28/11/2026 17:53
958
Batumi aeroportunda israilli və türkiyəli azarkeşlər arasında insident… – Anbaan video
Dünya

Batumi aeroportunda israilli və türkiyəli azarkeşlər arasında insident… – Anbaan video

28/11/2026 17:32
958
Tovuzda sel suları kənd yolunu yararsız hala saldı – Fotolar
Hadisə

Tovuzda sel suları kənd yolunu yararsız hala saldı – Fotolar

28/11/2026 17:30
956

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Pensiyaların gözlənilən artım faizi açıqlandı – Minimum əməkhaqqı da yüksələcəkmi?

Pensiyaların gözlənilən artım faizi açıqlandı – Minimum əməkhaqqı da yüksələcəkmi?

28/11/2026 18:27
957
Həyatını itirən gəlinin anası danışdı: “Onlardan şikayətçiyəm” – YENİLƏNDİ/FOTO

Həyatını itirən gəlinin anası danışdı: “Onlardan şikayətçiyəm” – YENİLƏNDİ/FOTO

28/11/2026 18:05
959
Türkiyədə təlim təyyarəsi qəzaya uğradı

Türkiyədə təlim təyyarəsi qəzaya uğradı

28/11/2026 17:53
958
Türkiyədə təlim təyyarəsi qəzaya uğradı

Türkiyədə təlim təyyarəsi qəzaya uğradı

28/11/2026 17:53
953

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın Adamxan kəndi – Göyçə mahalının qədim Azərbaycan yurdu

Qərbi Azərbaycanın Adamxan kəndi – Göyçə mahalının qədim Azərbaycan yurdu

27/11/2026 08:34
957

Qərbi Azərbaycanın Dərə kəndi – 1988-ci ildə sakinləri deportasiya edilən qədim yurd

Qərbi Azərbaycanın Dərə kəndi – 1988-ci ildə sakinləri deportasiya edilən qədim yurd

26/11/2026 08:09
964

Qərbi Azərbaycanın Yarpızlı kəndi – Göyçə gölünün sahilindəki qədim Azərbaycan yurdu

Qərbi Azərbaycanın Yarpızlı kəndi – Göyçə gölünün sahilindəki qədim Azərbaycan yurdu

25/11/2026 09:47
962

Qərbi Azərbaycanın Qanlı kəndi – Göyçənin qədim türk yurdlarından biri

Qərbi Azərbaycanın Qanlı kəndi – Göyçənin qədim türk yurdlarından biri

24/11/2026 09:39
968

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In