Tramp Zelenskidən Rusiyanın neft emalı zavodlarına zərbələri azaltmağı istəyib
Gündəm24.az TASS-a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskidən Rusiyanın yanacaq-enerji sektoruna, xüsusilə neft emalı zavodlarına zərbələr endirmək məsələsində “yumşaq davranmasını” istəyib.
Tramp bu barədə Fox News müxbirinin ABŞ dizel yanacağının ixracına qoyulan qadağa ilə bağlı vəziyyəti şərh etməsini istəməsindən sonra danışıb.
ABŞ prezidenti bildirib ki, o, Zelenski ilə söhbəti zamanı Ukraynanın Rusiyadakı neft emalı zavodlarına zərbələri ilə bağlı mövqeyini çatdırıb.
“Mən Zelenski ilə danışdım. Dedim ki, Rusiyada neft emalı zavodlarında daha sakit davranmalısınız. O dedi ki, ‘Yaxşı, yəqin ki, bunu edəcəyik’”, – deyə Tramp bildirib.
Sədaqət Həsənova
Gündəm24.az














