Bazar, Oktyabr 25, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər

28/09/2026 23:29
CƏMİYYƏT
784 50
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
690
Paylaşım sayı
959
Baxış sayı

Azərbaycanda müəyyən kateqoriyalara aid şəxslərə sosial yardım məqsədilə aylıq və birdəfəlik müavinətlər ödənilir. Müavinətlərin təyin olunması və ödənilməsi qanunvericiliklə müəyyən edilmiş qaydalar əsasında həyata keçirilir.

Gündəm24.az  xəbər verir ki, sosial müavinət almaq hüququ Azərbaycan vətəndaşları ilə yanaşı, beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmadığı təqdirdə, ölkə ərazisində daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də şamil olunur. Dövlət qulluqçularına ömürlük müavinət bu qaydadan istisnadır.

Qanunvericilikdə əmək qabiliyyəti olmayan şəxslər sırasında əlilliyi olan şəxslər, əmək pensiyası üçün müəyyən edilmiş yaş həddinə çatmış şəxslər, eləcə də vəfat etmiş şəxsin müəyyən kateqoriyalara aid övladları nəzərdə tutulur.

Aylıq sosial müavinət kimlərə verilir?

Hazırda qanunvericiliyə əsasən, aşağıdakı kateqoriyalar aylıq sosial müavinət almaq hüququna malikdir:

– dövlət qulluqçuları – müəyyən edilmiş şərtlərlə ömürlük müavinət;

– yaşa görə müavinət almaq hüququ olan şəxslər;

– əlilliyi olan şəxslər;

– ailə başçısını itirmiş şəxslər;

– 3 yaşınadək uşağa qulluq edən şəxslər;

– müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların uşaqları;

– valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları və himayəçiləri;

– 1 yaşınadək uşağı olan aztəminatlı ailələr;

– vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin həyat yoldaşı və ya öhdəsində olan uşağı;

– beşdən çox uşağı olan qadınlar;

– övladlığa götürülən uşaqlar, o cümlədən əlilliyi olan uşaqlar;

himayədar ailəyə verilmiş uşağın, o cümlədən əlilliyi olan uşağın tərbiyəsi ilə məşğul olan şəxslər.

Müavinət üçün hara müraciət etmək olar?

Müavinət almaq hüququ yarandıqdan sonra vətəndaş Dövlət Sosial Müdafiə Fondunun müvafiq struktur bölməsinə, DOST mərkəzlərinə və ya müəyyən kateqoriyalar üzrə vahid əlaqələndirmə mərkəzlərinə müraciət edə bilər.

Müraciətə, bir qayda olaraq, qeydiyyata alındığı gündən ən geci 10 gün ərzində baxılır və müvafiq qərar qəbul edilir.

Müavinətin təyin olunmasından imtina edildiyi halda isə müraciət edən şəxsə 5 gün ərzində imtinanın səbəbləri göstərilməklə rəsmi məlumat verilməlidir. Şəxsin həmin qərardan inzibati və ya məhkəmə qaydasında şikayət etmək hüququ var.

Qanunvericiliyə əsasən, müavinət almaq hüququ yaranıbsa, ödəniş ən çoxu müraciət tarixindən əvvəlki 3 illik dövr üçün həyata keçirilə bilər.

Dövlət qulluqçularına ömürlük müavinət necə verilir?

Ayrıca qaydada dövlət qulluqçularına ömürlük sosial müavinət də nəzərdə tutulur. Bu ödəniş inzibati və yardımçı vəzifələrdə çalışan dövlət qulluqçularının pensiya yaşına çatması və ya əlilliyi ilə əlaqədar könüllü şəkildə dövlət qulluğundan ayrılması zamanı müəyyən şərtlərlə təyin edilir.

Bunun üçün dövlət qulluqçusunun dövlət qulluğunda azı 15 il qulluq stajı olmalı və əmək pensiyası almaq hüququ olmamalıdır.

Müavinət ömürlük təyin edilir və şəxs yenidən dövlət qulluğuna qəbul olunduğu halda onun ödənişi dayandırılır.

Bu müavinətin məbləği dövlət qulluqçusunun işdən ayrıldığı aydan əvvəlki 12 təqvim ayı üzrə orta aylıq dövlət məvacibi əsasında hesablanır. 12 aydan az dövlət qulluğunda çalışan şəxslər üçün hesablamada faktiki qulluq edilmiş tam təqvim ayları nəzərə alınır.

Aylıq ömürlük müavinətin məbləği hesablanmış dövlət məvacibinin 15 faizini təşkil edir. Dövlət məvacibinə vəzifə maaşı ilə yanaşı, mükafatlar və müxtəlif əlavələr də daxil edilir. Baku.ws

Oxşarxəbərlər

Qızılı Çox Olanlara Pis Xəbər
Gündəm

Qızılı Çox Olanlara Pis Xəbər

25/10/2026 13:47
964
Baş nazir qərar imzaladı
CƏMİYYƏT

Baş nazir qərar imzaladı

23/10/2026 19:43
952
“20 Sentyabr” stansiyası bu tarixdə istifadəyə veriləcək
CƏMİYYƏT

“20 Sentyabr” stansiyası bu tarixdə istifadəyə veriləcək

23/10/2026 19:18
954
Telefon və digər cihazların gömrük rəsmiləşdirilməsi zamanı niyə yüksək qiymət təyin edilir?
CƏMİYYƏT

Telefon və digər cihazların gömrük rəsmiləşdirilməsi zamanı niyə yüksək qiymət təyin edilir?

23/10/2026 17:23
956
“Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
CƏMİYYƏT

“Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA

23/10/2026 17:17
958
Bakıda piyadaların yolunu kəsən qanunsuz tikinti sökülür – FOTOFAKT
CƏMİYYƏT

Bakıda piyadaların yolunu kəsən qanunsuz tikinti sökülür – FOTOFAKT

23/10/2026 16:19
957

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

“Anamla atam ailə qurmağımı istəyir” – Günel

“Anamla atam ailə qurmağımı istəyir” – Günel

25/10/2026 14:40
959
Trampdan ŞOK AÇIQLAMA: “O bacarıqsız prezident idi”

Trampdan ŞOK AÇIQLAMA: “O bacarıqsız prezident idi”

25/10/2026 14:37
960
Qızılı Çox Olanlara Pis Xəbər

Qızılı Çox Olanlara Pis Xəbər

25/10/2026 13:47
964
İlham Əliyev Tokayevi təbrik edib

İlham Əliyev Tokayevi təbrik edib

25/10/2026 13:32
960

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Vartana kəndi – Qərbi Azərbaycanın unudulmayan yurdu

Vartana kəndi – Qərbi Azərbaycanın unudulmayan yurdu

23/10/2026 08:42
985

Qondaxsaz kəndi – Qərbi Azərbaycanın qədim yurd yerlərindən biri

Qondaxsaz kəndi – Qərbi Azərbaycanın qədim yurd yerlərindən biri

22/10/2026 08:21
956

Göyçənin qədim yurdu Abdalağalı: Tarixin yaddaşında yaşayan kənd

Göyçənin qədim yurdu Abdalağalı: Tarixin yaddaşında yaşayan kənd

21/10/2026 08:10
961

Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

20/10/2026 18:58
971

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.