İsrailin regionda hərbi əməliyyatlarının coğrafiyasının genişlənməsi Yaxın Şərqdə yeni cəbhələrin açılması ehtimalını artırırmı?

Mövzu ilə bağlı Gündəm24.az -a danışan politoloq Cavanşir Abbaslı maraqlı fikirlər səsləndirib. O, bildiribki, Yaxın Şərqdə artıq açılmalı olan cəbhələr açılıb. Hesab edirəm ki, yeni cəbhələrin açılması ehtimalları kifayət qədər aşağıdır. Onsuzda İran ətrafındakı proseslərlə bu gün region çalxalanır.
Hesab edirəm ki, bu regionda yeni cəbhələr açılma ehtimalları bundan sonra da kifayət qədər aşağı olacaq. Çünki o cəbhələri açmaq istəyən qüvvələr, yəni dövlətlər arasında bugünkü münasibətlər kifayət qədər normal görülür. Məsələn, Türkiyə-Amerika münasibətlərinə diqqət edək.
Əvvəlki illərə nisbətən münasibətlərdə kifayət qədər yüksəliş hiss olunur. Eləcə də Rusiyanı götürək. Rusiya artıq Ukraynada çox böyük bir ciddi müharibə aparır və bu müharibənin də nə zaman bitəcəyini indidən proqnozlaşdırmaq kifayət qədər çətindir və Rusiya ikinci bir cəbhəni açmaq istəməz.
Eyni zamanda Yaxın Şərqdə proseslərin içərisində ən aktiv ölkələr sırasında ilk sırada təbii ki, qardaş Türkiyə qərarlaşır. Türkiyə isə Amerika, Rusiya, İran və s. kimi ölkələrlə münasibətləri bugün kifayət qədər müsbətdir, kifayət qədər yaxındır. Bu baxımdan hesab edirəm ki, yeni cəbhələrin açılmasından danışmaq hələ tezdir, açılan cəbhələrin başa çatmasından danışmaq olar.
Yaxın Şərqdə əsas bölgələrdən biri Suriyadır ki, Suriyada Türkiyənin artıq dominantlığı təsdiqlənib. Pərdəarxası olsa da qardaş ölkə orada öz nümayəndəsini rəhbəliyə gətirib, Əsəd rejimini devirib. Hesab edirəm ki, Əlçihara hökumətini devirmək istəyən hər bir ölkə ilə Türkiyənin üz-üzə gəlmək ehtimalları kifayət qədər yüksəkdir və onun üçün də heç bir dövlət Suriyada hər hansı bir quruluşun dəyişməsi cəhdini göstərə bilməz.
Bütün bunlardan çıxış etsək, bir daha fikirlərimizi belə yekunlaşdıra bilərik ki, Yaxın Şərqdə açılmalı olan cəbhələr açılıb, bu cəbhələrdə kifayət qədər müharibə şiddətlənir. Yeni cəbhələrin açılması ehtimalları isə aparılan müharibələrin , açılan cəələrin fonunda kifayət qədər aşağı görünür.
Gündəm24.az
İlkin Şirinov













