Gündəm24.az ajans.az-a istinadən xəbər verir ki, leysan yağışlar nəticəsində şəhərin bir neçə metro stansiyasını su basıb.
TASS-ın məlumatına görə, su basması səbəbindən bəzi metro stansiyaları bağlanıb. El Periódico-nun yaydığı görüntülərdə metro keçidlərinin tavanlarından suyun axdığı əks olunub.
Bəzi ictimai nəqliyyat marşrutlarının hərəkəti gün ərzində bərpa edilsə də, şəhərin ayrı-ayrı ərazilərində yollar bağlı qalıb.
Nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər və yolların bağlanması Barselonada ciddi tıxacların yaranmasına səbəb olub.
© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.