Rusiya–Ukrayna müharibəsində diplomatik yol niyə nəticə vermir? Qarşıdakı mərhələ danışıqlar, yoxsa hərbi eskalasiyanın davamı olacaq?

Mövzu ilə bağlı Gündəm24.az -a danışan politoloq Cümşüd Nuriyev maraqlı fikirlər səsləndirib. O, bildiribki, Rusiyanı ilə Ukrayna müharibəsinin diplomat yolla həll olunmamasının əsas səbəbi Rusiyanın bunu istəməməsidir və Ukraynanın da sərbəst siyasət yürüdə bilməməsidir. Zelenskini bir mənalı şəkildə qərb dövlətləri öz maraqlarına uyğun idarə edirlər. Onların əsas məqsədi odur ki, Rusiya ilə Ukrayna müharibə aparsın, onlara fikir ayrılmasın.
Çünki Polşa və Baltikyanı ölkələr elə hesab edirlər ki, Rusiya onlara da hücum edəcək və görünən odur ki, belə bir ehtimal özünü doğrulda bilər. Ona görə də, nə qədər ki Rusiyanın başı Ukrayna ilə müharibəyə qarışarsa, Rusiya həm iqtisadi cəhətdən çökər, həm də siyasi cəhətdən ciddi problemlərlə üzləşər. Qarşıdakı mərhələlər də danışıqların müsbət nəticə verməsi inandırıcı görünmür.
Çünki ilkin şərt olaraq , Ukrayna işğal olunmuş torpaqların azad olunmasını istəyir. Rusiya isə ümumiyyətlə o məsələnin gündəmə gətirilməməsini istəyir. Rusiya heç vaxt istəməyəcək ki, o işğalda saxladığı 6 vilayəti Ukraynaya qaytarsın. Qaytara da bilməz, çünki 500 min burada Rusiya əsgəri ölüb, 1 milyonda yaralıdır. Həmçinin Rusiya orada milyardlar itirib, o milyardları çıxarmaqdan ötrü həmin əraziləri geri verməyəcək. Yəni, Rusiya siyasi çıxmaza girib və oradan çıxa bilməyəcək. Çıxmaq da istəmir. Çünki Rusiyanın da çox ciddi problemləri var. Zelenski isə bu işdə heç kimdir. O, siyasəti şouya çevirməyə çalışdı, onu da bacarmadı.
Ukrayna dövlətini məhv elədi. Ukrayna dövlətinin məhv olması Avropanın da marağındadır, çünki Avropanın ən böyük dövlətidir. Ukraynanın yeraltı sərvətləri 15 trilyondur, onun təxminən 6 trilyonu Rusiyanın nəzarətindədir. Daha bir 6 trilyonu da ABŞ-ın nəzarətindədir, çünki Baydenin dövründə Ukrayna torpaqların çoxunu, Baydenin oğlu Hanterin əli ilə Amerika götürüb, Ukraynanın özünün nəzarətində cəmi 3 trilyon yeraltı sərvət var və Ukrayna bölünəcək. O bölünməyənə qədər bu razılaşmalar olmayacaq. Orada Lvov vilayəti, bəlkə də başqa bir vilayətdə Polşanın nəzarətinə keçəcək. Ruminya və Macarıstan da hərəsi bir vilayət götürəcək, yəni ortada 4-5 vilayət qalacaq ki, onlarda kiçik bir Ukraynanı formalaşdıracaq.
Rusiyanın planı budur, çünki Ukrayna böyük səhv elədi, NATO-nun üzvü olmağa çalışdı, yəni Gürcüstanın taleyini yaşadı. Hələ də, Gürcüstandan bugün də Rus qoşunu çıxmayıb, hələ də Abxaziya, Osetiya , Cənubi Osetiyanı geri verməyib, 18 il keçib. Burada isə cəmi 5 il keçib. Deməli, ən azı yaxın 10 ildə Ukrayna və Rusiya arasında sülh sazişi olmayacaq. Adətən sülh sazişi uzun çəkir. Azərbaycan və Ermənistan arasında da hələki sülh sazişi imzalanmayıb.
Burada ABŞ dövləti, Tramp çıxış edir. Burada da həmin məsələlər həll olunmamış qalacaq. Ona görə də müharibənin 6-liyi də olacaq, 7-ni deyə bilmərəm, amma ən azı yaxın zamanda fevral ayına qədər müharibənin qurtaracağına, sülh olacağına inanmıram.
Gündəm24.az
İlkin Şirinov













