Qubernator Andrey Boçarov bildirib ki, hadisə yerində ilkin yardım qrupları işləyir
Gündəm24.az, İnterfaks-a istinadən xəbər verir ki, Rusiyanın Volqoqrad vilayətində sənaye müəssisələrinə hücum etməyə çalışan Ukrayna dronlarından birinin yaşayış binasına çırpıldığı bildirilir.
Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarovun sözlərinə görə, hadisə nəticəsində çoxmənzilli binada yanğın baş verib. Ən azı bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Regional administrasiyanın məlumatına görə, yanğın artıq lokallaşdırılıb. Hadisə yerində operativ və ilkin yardım qrupları çalışır.
Zərərçəkən binanın sakinləri təhlükəsizlik məqsədilə müvəqqəti sığınacağa təxliyə edilib. Onların isti yemək və gecələmə yeri ilə təmin olunacağı bildirilib.
Sədaqət Həsənova
Gündəm24.az













