Türkiyənin cənub-şərqindəki Siirt vilayətində silahlı insident baş verib.
Gündəm24.az xəbər verir ki, insident zamanı iki nəfər həyatını itirib, beş nəfər isə ağır yaralanıb.
Əraziyə təcili tibbi yardım və jandarm qüvvələri cəlb olunub.
Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Faktla bağlı araşdırma aparılır.














