İspaniyanın La Rioja əyalətində bar binasının çökməsi nəticəsində 11 nəfər xəstəxanaya yerləşdirilib.
Gündəm24.az xəbər verir ki, bu barədə Reuters agentliyi mlumat verib.
Hadisə San Visente de la Sonsierra şəhərində baş verib. Dövlət orqanlarının məlumatına görə, uçqun zamanı binada 25-30 nəfər olub və onlar dağıntılar altında qalıblar.
Şahidlər əvvəlcə ərazinin döşəməsinin, daha sonra tavanın çökdüyünü bildirirlər.
Hadisə yerinə gələn xilasedicilər dərhal insanları təxliyə etməyə başlayıblar.














