Şənbə, Oktyabr 10, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

26 şəhid, 175 yaralı-raketlərin izi məhkəmə zalına qədər uzandı

05/10/2026 14:43
Gündəm
783 50
26 şəhid, 175 yaralı-raketlərin izi məhkəmə zalına qədər uzandı
689
Paylaşım sayı
957
Baxış sayı

Bu gün İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Gəncəyə olan raket hücumlarının ildönümüdür. 2020-ci ilin bu günü ikinci ən böyük şəhərimiz növbəti dəfə Ermənistan ərazisindən atəşə tutulub. Zərbə nəticəsində mərmi şəhərdə yerləşən “Grand Qafqaz” Ticarət Kompleksinin yaxınlığına düşüb. Partlayışın gücü ərazidəki tikililərdən birinin tamamilə yararsız vəziyyətə düşməsinə səbəb olub.

Azərbaycanın Baş Prokurorluğunun həmin vaxt yaydığı məlumatda da Ermənistan silahlı qüvvələrinin ağır artilleriyadan istifadə etməklə Gəncənin müxtəlif istiqamətlərini atəşə tutduğu bildirildi. Azərbaycan Ordusunun həyata keçirdiyi tədbirlər nəticəsində hücum cəhdlərinin qarşısı alınıb.

Gəncənin atəşə tutulması bununla yekunlaşmayıb. Vətən müharibəsi günlərində Ermənistan silahlı qüvvələri şəhərə ümumilikdə beş dəfə – oktyabrın 4-də, 5-də, 8-də, 11-də və 17-də raket və ağır artilleriya zərbələri endirib.

Bu hücumlar nəticəsində Gəncədə dinc sakinlər arasında ağır itkilər yaşanıb. Ümumilikdə 26 nəfər həyatını itirib, 175 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Şəhərin mülki infrastrukturuna və nəqliyyat vasitələrinə də ciddi ziyan dəyib.

Gəncəyə endirilən zərbələr Vətən müharibəsi zamanı Azərbaycanın yaşayış məntəqələrinə qarşı həyata keçirilən ən ağır hücumlardan biri kimi yadda qalıb. Aradan altı il keçməsinə baxmayaraq, həmin hadisələr Ermənistanın mülki əhaliyə qarşı raket və ağır artilleriyadan istifadə etdiyini bir daha xatırladır.

Gəncənin dinc sakinlərini hədəfə alan bu hücumların beynəlxalq hüquqi və siyasi qiymətləndirilməsi tam başa çatdırılıbmı? Altı il sonra həmin qanlı hadisələrin məsuliyyət daşıyan şəxsləri ilə bağlı hansı nəticələr əldə olunub?

Elnarə Akimova: Ana dilini qorumaq həm mədəni mübarizə, həm də milli mövqe  tələb edir - AZƏRTAC

Milli Məclisin deputatı Elnarə Akimova Musavat.com-a bildirdi ki, altı il əvvəl həmin gün şəhərin küçələrinə göydən ölüm yağırdı: “Cəbhə xəttindən uzaqda yerləşən Gəncə dinc insanların yaşadığı şəhər idi. Buna baxmayaraq, Ermənistan silahlı qüvvələri 2020-ci ilin oktyabrında şəhəri beş dəfə raket və ağır artilleriya atəşinə tutdu. Nəticə 26 mülki şəxsin ölümü, 175 insanın yaralanması, yaşayış evlərinin və mülki infrastrukturun dağıdılması oldu. Öldürülənlər arasında 6 uşaq da vardı.

Bu gün Gəncə faciəsi ilə bağlı ən mühüm məqamlardan biri odur ki, həmin cinayətlərin məsuliyyəti artıq yalnız siyasi bəyanatların predmetinə çevrilməyib. Azərbaycan məhkəməsində bu hadisələrin hüquqi tərəfi araşdırılıb, raket hücumları ilə bağlı sənədlər elan edilib, əmrlərin və onların icrasının izləri ortaya qoyulub. Məhkəmə materiallarında Gəncəyə ballistik raket zərbələrinin Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişləri ilə həyata keçirilməsi barədə sənədlər də araşdırılıb.

Daha mühüm nəticə isə budur ki, həmin dövrün separatçı rəhbərliyində təmsil olunan şəxslər artıq mühakimə olunaraq cəzalandırılıblar. Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmü ilə Araik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük, digər təqsirləndirilən şəxslər isə uzunmüddətli həbs cəzalarına məhkum ediliblər. Apellyasiya instansiyası da həmin hökmləri qüvvədə saxlayıb. Deməli, Gəncə ilə bağlı bu gün artıq “cinayətkarlar mühakimə olunacaqmı?” sualından daha irəli mərhələdəyik. Əsas məsələ ondan ibarətdir ki, Gəncənin, Bərdənin, Tərtərin və digər yaşayış məntəqələrinin dinc əhalisinə qarşı törədilmiş cinayətlər məhkəmə materiallarında öz hüquqi əksini tapıb və həmin cinayətlərdə ittiham olunan separatçı rəhbərlərin bir qismi ən ağır cəzalarla üzləşib. Amma bu, Gəncə həqiqətinin beynəlxalq müstəvidə gündəmdən çıxması demək deyil. Əksinə, Azərbaycanın qarşısında duran vəzifələrdən biri bu faktların beynəlxalq hüquq və humanitar hüquq çərçivəsində daha geniş şəkildə tanınmasına nail olmaqdır. Çünki mülki şəhərlərə raket atılması yalnız Azərbaycana qarşı törədilmiş cinayət deyil. Bu, müharibə zamanı mülki əhalinin qorunması prinsipinə qarşı açıq hücumdur. Gəncənin qanlı gecələri unudulmayacaq. Çünki orada yalnız binalar dağıdılmadı, insanların həyatı yarımçıq qoyuldu. 26 insanın həyatını geri qaytarmaq mümkün deyil. Heç bir hökm bunu dəyişə bilməz. Amma onların ölümünün cavabsız qalmaması mümkündür.

Gəncə faciəsinin ən böyük ədalət dərsi də budur ki, cinayət aradan qalxmır, məsuliyyət isə zaman keçdikcə yox olmur. Gəncə bu gün həm şəhidlərini yad edir, həm də dünyaya bir mesaj verir. Dinc şəhərlərə atılan raketlər tarixdə itib-batmır. Onların izi sənədlərdə, məhkəmə zalında və xalqın yaddaşında qalır”.

Oxşarxəbərlər

Bu 3 BÜRCÜN PUL BƏXTİ AÇILACAQ
Gündəm

Bu 3 BÜRCÜN PUL BƏXTİ AÇILACAQ

10/10/2026 01:50
962
Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama
Gündəm

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

09/10/2026 18:15
957
Qol və ayaqların keyiməsi NƏ VAXT TƏHLÜKƏLİDİR?
Gündəm

Qol və ayaqların keyiməsi NƏ VAXT TƏHLÜKƏLİDİR?

09/10/2026 13:02
982
Paşinyan Zeynəbin mahnısı ilə video paylaşdı
Gündəm

Paşinyan Zeynəbin mahnısı ilə video paylaşdı

09/10/2026 09:55
961
İnsanların sizi SEVMƏDİYİNİ göstərən 7 gizli işarə
Gündəm

İnsanların sizi SEVMƏDİYİNİ göstərən 7 gizli işarə

09/10/2026 01:50
985
Ermənilər Nəsimini qaytarmasa… – Bakıdan XƏBƏRDARLIQ
Gündəm

Ermənilər Nəsimini qaytarmasa… – Bakıdan XƏBƏRDARLIQ

08/10/2026 16:20
965

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bu xidmət 1 MANAT 50 QƏPİK OLDU

Bu xidmət 1 MANAT 50 QƏPİK OLDU

10/10/2026 01:57
970
Bu 3 BÜRCÜN PUL BƏXTİ AÇILACAQ

Bu 3 BÜRCÜN PUL BƏXTİ AÇILACAQ

10/10/2026 01:50
962
Yunanıstan Türkiyəyə HÜCUMA HAZIRLAŞIR — Narahatedici Hərbi Məlumat

Yunanıstan Türkiyəyə HÜCUMA HAZIRLAŞIR — Narahatedici Hərbi Məlumat

10/10/2026 01:41
965
Avropa İttifaqından Bakıya TƏŞƏKKÜR: Ukrayna addımı yüksək qiymətləndirildi

Avropa İttifaqından Bakıya TƏŞƏKKÜR: Ukrayna addımı yüksək qiymətləndirildi

10/10/2026 00:20
971

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
PAŞİNYAN BAKIYA GƏLƏCƏK?-politoloqdan SON DƏQİQƏ açıqlaması

PAŞİNYAN BAKIYA GƏLƏCƏK?-politoloqdan SON DƏQİQƏ açıqlaması

09/10/2026 17:35
978

Qərbi Azərbaycan: Xoşkotan kəndi

Qərbi Azərbaycan: Xoşkotan kəndi

09/10/2026 08:25
961

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

08/10/2026 15:25
961

Kiyev və Moskva danışıqlar masasına oturur? — Politoloqdan XƏBƏRDARLIQ

Kiyev və Moskva danışıqlar masasına oturur? — Politoloqdan XƏBƏRDARLIQ

08/10/2026 14:58
987

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.