İtaliya Parlamentinin aşağı palatası Baş nazir Giorgia Meloni tərəfindən irəli sürülən seçki islahatını təsdiqləyib.
Gündəm24.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Yeni qaydalara əsasən, səslərin 42 faizindən çoxunu qazanan ittifaq parlamentdə çoxluğu təmin edən əlavə yerlər əldə edə biləcək. Qanun layihəsi gizli səsvermədə 227-164 səslə qəbul olunub.
Meloni islahatın daha sabit hökumət yaratmağa xidmət etdiyini bildirir. Müxalifət isə yeni qaydaların Meloninin hakimiyyətdə qalmaq şansını artırdığını iddia edir.
Demokrat Partiyasının lideri Elli Şlayn isə bildirib ki, seçki sistemi necə dəyişdirilsə də, müxalifət seçkilərdə qalib gələcək.
Sədaqət Həsənova
Gündəm24.az














