Tovuz rayonunun Dondar Quşçu kəndində yaşayış evində yanğın baş verib.
Gündəm24.az AZƏRTAC-a istinadən xəbər verir ki, yanğın Kəmalə Qasımovaya məxsus ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində qeydə alınıb.
Hadisə nəticəsində ümumi sahəsi 100 kvadratmetr olan mənzilin 40 kvadratmetri yanıb. Yanğının binadakı digər mənzillərə keçməsinin qarşısı alınıb.
Hadisə yerinə iki yanğınsöndürən avtomobil və təcili tibbi yardım briqadası cəlb olunub. Tüstüdən zəhərlənən ev sahibi xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin stabil olduğu bildirilir.
İlkin məlumata görə, yanğına ildırım çaxması zamanı yaranan qısaqapanma səbəb olub.















