Ukrayna hərbçiləri əsir götürülmüş Rusiya əsgərindən istifadə edərək Rusiya bölməsinin komandanlıq və müşahidə məntəqəsini partlatmağa cəhd ediblər. Bu barədə bölük komandiri Andrey Vaynberger TASS-a müsahibəsində iddia edib.
Gündəm24.az xəbər verir ki, Onun sözlərinə görə, əsir hərbçinin sinəsinə tank əleyhinə mina bərkidilib və o, Rusiya mövqelərinə göndərilib. Hərbçi mövqedəki əsgərləri təslim olmağa çağırıb, əks halda minanın uzaqdan partladılacağı ilə hədələyib.
Vaynbergerin iddiasına əsasən, həmin vaxt Rusiya mövqelərinə FPV və “Baba-Yaga” tipli dronlarla hücum edilib. Komandir Rusiya hərbçilərinin möhkəmləndirilmiş mövqelər sayəsində sağ qaldığını bildirib.
TASS-ın daha əvvəl yaydığı məlumatda da Rusiya hərbçilərindən birinin Ukrayna qüvvələrinin əsirləri canlı bomba kimi istifadə etdiyini iddia etdiyi bildirilmişdi.
Qeyd edək ki, bu iddialar Rusiya tərəfinin açıqlamalarına əsaslanır və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Sədaqət Həsənova
Gündəm24.az













