Naxçıvandan olan tanınmış həkim, professor Yavər Şıxəliyev vəfat edib.
Gündəm24.az xəbər verir ki, Yavər Şıxəli oğlu Şıxəliyev Ordubad rayonunun Biləv kəndində anadan olub. Azərbaycan Tibb Universitetini bitirib.
1972-ci ildə Naxçıvan Respublika Onkoloji Dispanserində şöbə müdiri işləyib, 1973-cü ildə Naxçıvan Respublika Vərəm Əleyhinə Dispanserinə baş həkim təyin olunub. 1986-cı ildə Naxçıvan şəhər Səhiyyə şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
1989-cu ildən Azərbaycan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Elmi-təşkilat şöbəsinə rəhbərlik edib. 1993-cü ildə Bakı şəhərinin Mərkəzi Vərəm Dispanserinə baş həkim vəzifəsinə keçirilib.















