Çərşənbə, Noyabr 25, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Kəramət Böyükçöl Mehman Hüseynovla bağlı ŞOK faktları açdı – İlk dəfə…

02/11/2026 09:03
CƏMİYYƏT, Manşet
811 25
Kəramət Böyükçöl Mehman Hüseynovla bağlı ŞOK faktları açdı – İlk dəfə…
692
Paylaşım sayı
961
Baxış sayı

Tanınmış yazıçı Kəramət Böyükçöl bloqer Mehman Hüseynovun onunla bağlı səsləndirdiyi iddialara və tənqidlərə sosial şəbəkə hesabında sərt şəkildə cavab verib.

NOCOMMENT.az xəbər verir ki, yazıçı Mehman Hüseynovun ünvanına səsləndirdiyi fikirlərin tamamilə əsassız olduğunu bildirərək, bu cür yanaşmaların həmin bloqerin digər paylaşımlarının da obyektivliyini şübhə altına aldığını qeyd edib:

“Mehman Hüseynov mənim haqqımda bir video çəkib və iddia edir ki, guya bu video ilə Kəramət Böyükçölü ifşa edib. Vəssalam, guya bundan sonra “Kəramət Böyükçöl erası” bitdi, maskamı cırdı və sair. Bu cür iddialar səsləndirmək asandır, lakin onların məsuliyyətini dərk etmək çox çətindir. Ortada elə bir video var ki, baxanda adama elə gəlir ki, bu, hansısa məhkəmə prosesidir. Mən o videoya baxandan sonra daha çox Mehmana inanan insanlara yazığım gəldi. Həmçinin Mehmanın İlham Əliyev və onun ailə üzvləri haqqında çəkdiyi digər videolardakı həqiqət payını da məhz bundan sonra təxmin etdim”.

Yazıçı illər əvvəl baş tutmuş bir məclislə bağlı irəli sürülən iddiaların uydurma və reallıqdan uzaq olduğunu vurğulayıb:

“Təqribən üç il əvvəl tanınmış həkim Rəşid Mahmudov mənə zəng edərək bizi bir məclisə dəvət etdiklərini bildirdi və məni aparmaq üçün Elmlər Akademiyası ərazisinə gəldi. Birlikdə “Bakı Saray” restoranına yollandıq. Qapıdan içəri girəndə gördüm ki, Adil Əliyevlə Mehman Hüseynov yanaşı oturub yemək yeyir, deyib-gülürlər. Düzü, ilk anda təəccübləndim və düşündüm ki, harada Adil Əliyev, harada Mehman. Lakin sonradan məclis qızışdı, hamımız birlikdə yemək yedik, zarafatlaşdıq. Səmimi deyirəm, o vaxta qədər həqiqətən də elə bilirdim ki, Mehmana kimsə dəqiq informasiyalar ötürür, o da danışır. Amma özüm haqqında deyilənləri görəndən sonra anladım ki, bu işlərin arxası tamamilə başqa cürdür. İndi sual yaranır: mənim Adil Əliyevlə eyni məclisdə oturmağım təəccüblüdür, yoxsa Mehmanın? Mehman bu məsələnin üstünün açılacağından narahat olduğu üçün hələ videonu yaymamışdan əvvəl təşəbbüskarlara məlumat vermişdi ki, guya Adil Əliyev məni ora müsahibə adı ilə çağırıb. Adam bilmir ki, Adil Əliyevlə eyni məclisdə oturduğunu necə əsaslandırsın, ona görə də belə uydurmalar səsləndirir”.

K. Böyükçöl Mehman Hüseynovun fəaliyyətini və bəzi araşdırmalarını da sərt şəkildə şübhə altına alıb:

“Mənim Adil Əliyevlə eyni məclisdə oturmağım qətiyyən təəccüblü deyil. Çünki mən vaxtilə Siyavuş Novruzovla da, Cəmil Həsənli ilə də müxtəlif məclislərdə olmuşam. Şəxsi səhifəm müxtəlif şəxslərlə, siyasətçilərlə kitab sərgilərində və tədbirlərdə çəkilmiş şəkillərlə doludur. Əsas məsələ odur ki, Mehman, sən əslində özünün hansı məmurlarla eyni süfrə arxasında otura biləcəyin ehtimallarından danış. Ümumiyyətlə, həbsdən çıxandan sonra sənin hansı yadda qalan real fəaliyyətin olub? Yadımdadır, “Azərsun”un keçmiş rəhbəri Qorxmaz Hüseynovun villasını çəkmişdim, cəmi 20 gün sonra onu işdən çıxartdılar. Maraqlıdır, necə oldu ki, sənin o “ağıllı” dronun başqa məmurların villalarını görmədi, məhz Qorxmaz Hüseynovun villasını gördü? Hansı ki, həmin dronu havaya qaldırmaq üçün xüsusi icazə tələb olunur. Necə oldu ki, başqa yerlər deyil, məhz həmin çəkiliş prezidentə təqdim olundu və o, işdən kənarlaşdırıldı? Həbsdən sonra bu cür nəzarətli və icazəli fəaliyyətlə məşğul olan Mehman indi gəlib mənim Elmlər Akademiyasının qarşısındakı parkda qoyduğum 3000 manatlıq kitab avtobusuma dil uzadır. Halbuki özü Azərbaycanda olanda 80-100 min manatlıq avtomobillər sürürdü. Sadəcə, onun maşını ictimaiyyətin gözü qarşısında açıq müzakirə olunmurdu deyə diqqətdən kənarda qalırdı”.

Yazıçı ona qarşı səsləndirilən ev və maliyyə iddiaları ilə bağlı isə kəskin ifadələr işlədib:

“Mənanı elə qələmə verir ki, guya Adil Əliyev mənə ev verib. Adam gözünün içinə baxa-baxa açıq-aşkar yalan danışır. Mən onun bu uydurmalarına qulaq asanda bir daha əmin oldum ki, o, digər şəxslər haqqında da məhz belə yalanlar uydurur. Həbsdən çıxan, lakin hələ də müəyyən dairələrin təsir dairəsində olan bədbəxt insanlar da bu nağıllara aldanıb təsəlli tapırlar. Hər ehtimala qarşı qoy sənə öz üslubunda cavab verim: əgər Adil Əliyev mənə ev veribsə, mən şərəfsizəm, ləyaqətsizəm. Əgər verməyibsə, onda sən şərəfsizsən, ləyaqətsizsən. Eyni şəkildə, əgər mən bu günə kimi Adil Əliyevin sifarişi ilə nəsə yazmışamsa və qarşılığında ondan bir qəpik pul almışamsa, mən şərəfsizəm, ləyaqətsizəm; o sifarişi mənə verən də şərəfsizdir. Yox, əgər belə bir şey olmayıbsa, onda sən şərəfsizsən, ləyaqətsizsən”.

Sonda Kəramət Böyükçöl bildirib ki, ona qarşı davamlı olaraq qarayaxma kampaniyalarının aparılmasının əsas səbəbi cəmiyyətdəki nüfuzudur:

“O ki qaldı mənim üzərimə davamlı hücumların əsas səbəbinə, bəli, həmin videoda bircə bu məqamı düz deyiblər: Kəraməti çox izləyirlər, Kəramətə çox baxırlar, inanırlar və sevirlər. Mənim üzərimə vaxtaşırı hücum edilməsinin, guya məni “ifşa edib bitirmək” istəmələrinin əsl səbəbi məhz budur. Ancaq hər dəfə bu cür əsassız hücumlar etməklə əslində sübut edirsiniz ki, mən hələ də ayaqdayam və bitməmişəm. Çünki insan özü özünü məhv etməsə, heç kim onu qurtara və ya bitirə bilməz”.

Oxşarxəbərlər

Tramp iki hinduşkanı əfv etdi: biri mərasimdən qaçdı
Dünya

Tramp iki hinduşkanı əfv etdi: biri mərasimdən qaçdı

25/11/2026 13:48
952
Fərman imzalandı:Nazirlər Kabineti iki ay müddətində…
Manşet

Fərman imzalandı:Nazirlər Kabineti iki ay müddətində…

25/11/2026 13:27
952
Toy süfrəsi “vəhşilik” sayıldı – Necə sadələşdirməli…
CƏMİYYƏT

Toy süfrəsi “vəhşilik” sayıldı – Necə sadələşdirməli…

25/11/2026 13:25
952
Bakıda 37 yaşlı qadın faciəli şəkildə öldü
Hadisə

Bakıda 37 yaşlı qadın faciəli şəkildə öldü

25/11/2026 13:14
952
Bakıda iki azyaşlı bacı vəfat etdi
Hadisə

Bakıda iki azyaşlı bacı vəfat etdi

25/11/2026 13:11
953
Emin Ağalarov və Coni Moskvada mükafatlandırıldı – VİDEO
Manşet

Emin Ağalarov və Coni Moskvada mükafatlandırıldı – VİDEO

25/11/2026 13:05
951

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Tramp iki hinduşkanı əfv etdi: biri mərasimdən qaçdı

Tramp iki hinduşkanı əfv etdi: biri mərasimdən qaçdı

25/11/2026 13:48
952
Fərman imzalandı:Nazirlər Kabineti iki ay müddətində…

Fərman imzalandı:Nazirlər Kabineti iki ay müddətində…

25/11/2026 13:27
952
Toy süfrəsi “vəhşilik” sayıldı – Necə sadələşdirməli…

Toy süfrəsi “vəhşilik” sayıldı – Necə sadələşdirməli…

25/11/2026 13:25
952
Bakıda 37 yaşlı qadın faciəli şəkildə öldü

Bakıda 37 yaşlı qadın faciəli şəkildə öldü

25/11/2026 13:14
952

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın Yarpızlı kəndi – Göyçə gölünün sahilindəki qədim Azərbaycan yurdu

Qərbi Azərbaycanın Yarpızlı kəndi – Göyçə gölünün sahilindəki qədim Azərbaycan yurdu

25/11/2026 09:47
957

Qərbi Azərbaycanın Qanlı kəndi – Göyçənin qədim türk yurdlarından biri

Qərbi Azərbaycanın Qanlı kəndi – Göyçənin qədim türk yurdlarından biri

24/11/2026 09:39
960

Qərbi Azərbaycanın Qaraiman kəndi – Göyçənin qədim türk yurdlarından biri

Qərbi Azərbaycanın Qaraiman kəndi – Göyçənin qədim türk yurdlarından biri

23/11/2026 09:04
966

1991-ci il 20 noyabr Qarakənd faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib-VIDEO

1991-ci il 20 noyabr Qarakənd faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib-VIDEO

21/11/2026 12:56
965

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.