Çərşənbə, Noyabr 25, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Toy süfrəsi “vəhşilik” sayıldı – Necə sadələşdirməli…

25/11/2026 13:25
CƏMİYYƏT, Manşet
778 49
Toy süfrəsi “vəhşilik” sayıldı – Necə sadələşdirməli…
685
Paylaşım sayı
951
Baxış sayı

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Modern.az-a müsahibəsində şadlıq evlərinə nəzarət mexanizminin tətbiqini vacib sayıb:

120 nəfərlik toy müzakirələri başladı - DEPUTATIN MÖVQEYİ

“Toyda 20 cür yemək verilməsi vəhşilikdir. Vəhşi toy adətinin qarşısını almaq üçün dövlət müəyyən mexanizmlərlə məsələni tənzimləyə bilər. Söhbət adam çağırmaqdan getmir, istəyirsən, min nəfər çağır. Vəziyyəti dəyişə bilməməyimizin bir səbəbi də alternativimizin olmamasıdır. Ancaq ucuz və bahalığa görə seçim edə bilirik. Hansı restoranda lap müğənninin gəlməsini də hesablasaq, adam 250 manata yemək yeyər? Uzağı 100 manat xərc çəkərsən. Masaya 50 yemək yox, iki yemək ver. Bunlar hamısı mədəniyyət hadisəsidir”.

Ekspertlər qeyd edir ki, Avropa ölkələrində toy menyuları daha planlı və sistemli şəkildə təşkil olunur. Avropada toylarda adətən İsveç masası prinsipindən istifadə olunur. Menyular əvvəlcədən dəqiqləşdirilir, porsiyalar isə insan orqanizminin tələbatına uyğun olaraq kiçik ölçülərdə təqdim edilir. Bizdə isə süfrələr qutab, kabab, müxtəlif növ salatlar, balıq, ləvəngi, plov və tort kimi çoxsaylı təamlarla doldurulur. Bir insanın bütün bunları yeməsi fiziki olaraq mümkün deyil və bu, böyük qida israfına yol açır.

Bu gün şadlıq evlərində toy menyularının qiyməti 100-250 manat arasında dəyişir. Menyular fərqlidir. Restoranlarda əsasən “gümüş”, “qızıl”, “brilyant” adlı menyular toy sahibinə təqdim olunur. Toy sahibi bu menyulardan birini seçməlidir. Şadlıq evlərinin standart menyusu hər kəsə bəllidir.

Toy sahibi menyudan nəsə çıxarmaq istəsə restoran nümayəndəsi qəti şəkildə etiraz edəcək. Bunun səbəbini istənilən şadlıq evinin administratorundan soruşanda belə deyir – sizin toyunuzdan əlavə toy tutmaq istəyirik. Yəni toya gələn qonaqlar buradakı menyunu bəyənərlərsə, başqalarına da məsləhət görə bilərlər.

Şadlıq evləri tərəfindən elə bir sistem qurulub ki, vətəndaş menyudan nəyisə çıxara bilməz. Toy sahibinin ixtiyarı yoxdur sahibkara desin ki, mən toyumda 5 cür salat deyil, 1 növ salat olmasını istəyirəm. Və ya çoxlu sayda içkilərin masaya düzülməsinə etiraz edə bilməz. İstənilən halda bu vəziyyətdən əziyyət çəkən toy sahibi olur.

Bəs hansı mexanizm və formul tapıla bilər ki, toy menyusu sadələşdirilsin?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a deyib ki, toy mərasimləri ətrafında yaranmış bu vəziyyətin kökündə cəmiyyətdə formalaşmış yanlış düşüncə və ənənələr dayanır.

Şadlıq evləri toy sahiblərini belə aldadır - ŞOK TƏFƏRRÜAT Yeni Sabah

Onun sözlərinə görə, ciddi problem ondan ibarətdir ki, tələb təklifi üstələyir: “Şadlıq evlərində yer bron etmək üçün beş-altı ay əvvəldən müraciət etmək lazımdır. Toya iki-üç gün qalmış isə şadlıq evləri istədikləri dəyişikliyi edə və öz şərtlərini istehlakçıya diktə edə bilirlər. Məsələn, bizə daxil olan şikayətlərdə istehlakçılar bildirirlər ki, şadlıq evinin sahibi onlara belə deyib: “Sən artıq dəvətnamələri paylamısan, heç yerə qaçmağa çarən yoxdur”. Yəni insan çıxılmaz vəziyyətə salınır”.

Eyyub Hüseynov alternativ olaraq, müasir çadır toylarının təşkilini təklif edib: “Bu çadırların qurulduğu ərazilərdə səyyar sanitar qovşaqlar, əl-üz yumaq yerləri yaradılsın, bütün zəruri şərait təmin edilsin. Yəni hər cür imkanla təchiz olunmuş müasir çadırlar tətbiq edilsin. Azad İstehlakçılar Birliyi dəfələrlə toydan sonra məyus olan toy sahiblərinin şikayətləri əsasında vətəndaşlara müəyyən məbləğdə pulun qaytarılmasına nail olub. Vətəndaş toy təşkil edərkən elə düşünür ki, onun üçün hər şey yüksək səviyyədə, lüks şəkildə hazırlanıb. Toy başlayanda isə ev sahibinin başı qarışır, artıq başa düşmür ki, orada hər şey əvvəlcədən müəyyənləşdirilmiş alqoritmlə təşkil olunub. Bütün sistem insanların mümkün qədər tez yorulub getməsinə hesablanıb. Səs tembri, istilik və digər amillər də buna xidmət edir”.

Ekspert bir nümunə açıqlayıb: “Məsələn, bu yaxınlarda mənə zəng edən bir istehlakçı bildirdi ki, öz toyunda istədiyi spirtli içkiləri təqdim etmək istəyib. Lakin toya az qalmış ona deyiblər ki, xeyr, istədiyini edə bilməz, şadlıq evi hansı içkiləri istəyirsə, onlar da təqdim olunacaq. Bundan sonra uzun və gərgin mübahisədən sonra razılığa gəliblər ki, istehlakçı öz spirtli içkilərini gətirsin, amma bunun müqabilində hər şüşə üçün müəyyən məbləğdə pulu nağd şəkildə şadlıq evi sahibinə ödəsin. Yəni öz içkisini gətirməsinə baxmayaraq, əlavə pul da verməli olub. Bununla belə, həmin içkiləri masanın üzərinə qoymayıblar. İndi yeni bir dəb də yaranıb: spirtli içkiləri, xüsusilə bahalı içkiləri ayrıca bir yerə qoyurlar və hər kəs gedib öz qədəhinə oradan içki süzür. Burada da qədəhlərin dəyişdirilməsi, səhv salınması və sair kimi hallar baş verir. Nəticədə xəstəliklərin yayılması riski də ortaya çıxır”.

Eyyub Hüseynovun fikrincə, digər bir əcaib hal isə budur ki, bütün günü şənlikdə olan, toyun təşkilinə külli miqdarda pul xərcləyən ev sahibi axşam məclisdən məyus ayrılır: “Üstəlik, ödədiyi böyük məbləğ müqabilində əksər hallarda ona heç bir rəsmi kassa çeki təqdim edilmir. Bu isə vergi qanunvericiliyinin pozulmasıdır. Bütün bu əcaibliklərə son qoymaq üçün yalnız alternativlər təklif edilməlidir. İkinci məsələ isə müqavilə mexanizminin tətbiqidir. Nazirlər Kabineti şadlıq evləri ilə istehlakçılar arasında bağlanacaq müqavilənin nümunəvi formasını təsdiq etməlidir. Həmin müqavilədə yeməklərin təhlükəsizliyi, toy sahibinin hüquqları, onun mətbəxə nəzarət etmək mexanizmləri, məclisdən sonra qalan ərzaqları aparmaq imkanları və digər məsələlər öz əksini tapmalıdır. Bu, istehlakçıların hüquqlarını təmin edən müqavilə olmalıdır”.

Oxşarxəbərlər

Tramp iki hinduşkanı əfv etdi: biri mərasimdən qaçdı
Dünya

Tramp iki hinduşkanı əfv etdi: biri mərasimdən qaçdı

25/11/2026 13:48
952
Fərman imzalandı:Nazirlər Kabineti iki ay müddətində…
Manşet

Fərman imzalandı:Nazirlər Kabineti iki ay müddətində…

25/11/2026 13:27
952
Bakıda 37 yaşlı qadın faciəli şəkildə öldü
Hadisə

Bakıda 37 yaşlı qadın faciəli şəkildə öldü

25/11/2026 13:14
951
Bakıda iki azyaşlı bacı vəfat etdi
Hadisə

Bakıda iki azyaşlı bacı vəfat etdi

25/11/2026 13:11
951
Emin Ağalarov və Coni Moskvada mükafatlandırıldı – VİDEO
Manşet

Emin Ağalarov və Coni Moskvada mükafatlandırıldı – VİDEO

25/11/2026 13:05
951
Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ!
Elm və təhsil

Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ!

25/11/2026 12:59
951

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Tramp iki hinduşkanı əfv etdi: biri mərasimdən qaçdı

Tramp iki hinduşkanı əfv etdi: biri mərasimdən qaçdı

25/11/2026 13:48
952
Fərman imzalandı:Nazirlər Kabineti iki ay müddətində…

Fərman imzalandı:Nazirlər Kabineti iki ay müddətində…

25/11/2026 13:27
952
Toy süfrəsi “vəhşilik” sayıldı – Necə sadələşdirməli…

Toy süfrəsi “vəhşilik” sayıldı – Necə sadələşdirməli…

25/11/2026 13:25
951
Bakıda 37 yaşlı qadın faciəli şəkildə öldü

Bakıda 37 yaşlı qadın faciəli şəkildə öldü

25/11/2026 13:14
951

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın Yarpızlı kəndi – Göyçə gölünün sahilindəki qədim Azərbaycan yurdu

Qərbi Azərbaycanın Yarpızlı kəndi – Göyçə gölünün sahilindəki qədim Azərbaycan yurdu

25/11/2026 09:47
957

Qərbi Azərbaycanın Qanlı kəndi – Göyçənin qədim türk yurdlarından biri

Qərbi Azərbaycanın Qanlı kəndi – Göyçənin qədim türk yurdlarından biri

24/11/2026 09:39
960

Qərbi Azərbaycanın Qaraiman kəndi – Göyçənin qədim türk yurdlarından biri

Qərbi Azərbaycanın Qaraiman kəndi – Göyçənin qədim türk yurdlarından biri

23/11/2026 09:04
966

1991-ci il 20 noyabr Qarakənd faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib-VIDEO

1991-ci il 20 noyabr Qarakənd faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib-VIDEO

21/11/2026 12:56
965

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.