Bakıda reklam agentliyinin direktoru xırda xuliqanlıqda təqsirli bilinərək 8 gün müddətinə inzibati qaydada həbs edilib.
Gündəm24.az bildirir ki, qaynarinfo-nun məlumatına görə, qərar Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində qəbul edilib.
1993-cü il təvəllüdlü, Gədəbəy rayonundan olan şəxs “Zen Agency” reklam agentliyinin direktoru Elvin Həsənovdur. O, Binəqədi rayonunda yerləşən “West Town” yaşayış kompleksində tanışı ilə mübahisə edərək ictimai asayişi pozmaqda ittiham olunub.













