Çərşənbə axşamı, Fevral 24, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Xərçəng xəstələrinin müalicəsi ilə bağlı təklif – İcbari Tibbi Sığorta vasitəsilə…

22/11/2025 16:30
CƏMİYYƏT
53 2
Xərçəng xəstələrinin müalicəsi ilə bağlı təklif – İcbari Tibbi Sığorta vasitəsilə…
70
Baxış sayı

Son zamanlar Azərbaycanda xərçəng xəstəliyinə yoluxanların sayının artması cəmiyyətdə ciddi narahatlıq doğurur. Xəstəliyin müalicəsinin həm uzunmüddətli, həm də çox xərc tələb etməsi vəziyyəti daha da ağırlaşdırır. Xüsusilə kimyaterapiyanın dövlət hesabına qarşılanmaması, xəstələrin bütün maddi imkanlarını bu prosesə sərf etmək məcburiyyətində qalmasına səbəb olur. Mövcud tibbi sığorta sisteminin genişləndirilməsi ilə bağlı müzakirələr aparılsa da, bu müalicələrin hələ də icbari sığortaya daxil edilməməsi suallar yaradır.

Kimyaterapiya və digər onkoloji müalicələrin İcbari Tibbi Sığorta paketinə daxil edilməməsinin əsas səbəbi nədir və yaxın gələcəkdə bu istiqamətdə dəyişiklik gözlənilirmi?

Gündəm24.az  Globalinfo.az-a istinadən xəbər verir ki, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov deyib ki, xəstəliyin müalicə prosesinin həm uzunmüddətli olması, həm də yüksək maliyyə tələb etməsi xəstələr və onların ailələri üçün ağır sosial və iqtisadi yük formalaşdırır.

O qeyd edib ki, İcbari Tibbi Sığortanın genişləndirilməsi ilə bağlı müzakirələr aparılsa da, bu müalicələrin birdən-birə sığorta paketinə daxil edilməməsinin arxasında müəyyən obyektiv səbəblər dayanır:

“Bu sahənin yüksək maliyyə yükü bütün ölkələr üçün ciddi problem olaraq qalır. Onkoloji dərmanlar hazırda dünyada ən bahalı müalicə kateqoriyasıdır və bu müalicələrin birdən-birə İcbari Tibbi Sığorta paketinə salınması böyük maliyyə xərclərinə səbəb ola bilər. Xüsusilə yeni nəsil hədəfli və immunoloji müalicələrin illik dəyəri yüz minlərlə manat təşkil etdiyi üçün bu addım mövcud sığorta sisteminin maliyyə sabitliyini risk altına sala bilər. Digər tərəfdən, ölkə üzrə onkoloji xidmətlərin infrastruktur baxımından bərabər səviyyədə inkişaf etməməsi, regional mərkəzlər arasında kadr çatışmazlığı və dərman təminatının qeyri-bərabər paylanması bu sahədə birdən-birə genişlənməni çətinləşdirir. Əgər bu müalicələr dərhal sığorta paketinə daxil edilsə, tələbatın kəskin artması mövcud sistemdə dağınıqlığa və nəzarətsizliyə gətirib çıxara bilər. Bu səbəblərə görə dünyada yüksək dəyərli onkoloji xidmətlər həmişə mərhələli şəkildə sığorta sisteminə inteqrasiya edilir. Azərbaycan üçün də hazırkı mərhələdə daha doğru yol genişmiqyaslı və nəzarətsiz keçiddən çox mövcud nəzarət mexanizmləri üzərindən mərhələli və idarəolunan inkişafdır. Mənim təklifim də məhz bu məntiqə əsaslanır”.

Millət vəkilinin fikrincə, ilkin mərhələdə Milli Onkologiya Proqramına ayrılan büdcənin iki-üç dəfə artırılması və bu genişlənmənin hazırda infrastruktur və insan kapitalına malik olan əsas onkoloji mərkəzlər üzərindən həyata keçirilməsi daha səmərəli ola bilər:

Xərçəng xəstələrinin müalicəsi ilə bağlı təklif - İcbari Tibbi Sığorta vasitəsilə...

Rəşad Mahmudov

“Milli Onkologiya Mərkəzinin və Azərbaycan Tibb Universitetinin müvafiq mərkəzlərinin bu sahədə həm klinik təcrübəsi, həm müasir infrastruktur imkanları, həm də müalicə ardıcıllığının nəzarətdə saxlanılması baxımından üstünlüyü var. Bu mərkəzlərin koordinasiyalı şəkildə gücləndirilməsi maliyyə vəsaitinin daha effektiv istifadəsinə şərait yaradacaq, eyni zamanda, onkoloji xəstələrin müalicə ardıcıllığını pozmadan daha çox vətəndaşa yardım etməyə imkan verəcək. Bu prosesin maliyyələşməsi dövlət büdcəsi və İcbari Tibbi Sığorta arasında mərhələli bölüşdürülmə yolu ilə həyata keçirilə bilər. Dövlət proqramlarının, tender mexanizmlərinin və paralel maliyyə mənbələrinin dövriyyəyə cəlb olunması nəticəsində həm xərclər optimallaşdırılar, həm də sistem tədricən genişlənər”.

R.Mahmudovun sözlərinə görə, infrastruktur gücləndikcə və kadr potensialı artdıqca onkoloji müalicələrin daha böyük hissəsinin sığorta paketi çərçivəsinə keçirilməsi mümkün olacaq:

“Bu yanaşma həm xəstələrin sosial yükünü azaldacaq, həm də dövlət üçün maliyyə baxımından daha dayanıqlı model formalaşdıracaq. Azərbaycan səhiyyə sistemində aparılan islahatlar və Prezident tərəfindən müəyyən olunmuş hədəflər ölkəmizi daha güclü, daha dayanıqlı və daha effektiv səhiyyə modelinə doğru aparır. Onkoloji xidmətlərin inkişafı da bu strateji xəttin mühüm tərkib hissəsidir. Bu yolun uğurla davam etməsi üçün biz daha rasional, real həyatda tətbiqi mümkün olan və nəzarətdən kənara çıxmayan mexanizmlərdən istifadə etməliyik. Məhz belə yanaşma bizi bu sahədə daha işıqlı gələcəyə aparacaq, vətəndaşlarımızın sağlamlığına göstərilən qayğının daha da gücləndirilməsinə şərait yaradacaq və Azərbaycanın səhiyyə sisteminin inkişafını növbəti mərhələyə keçirməyə imkan verəcək”.

Oxşarxəbərlər

Sürücülərin nəzərinə! – Paytaxtda bu istiqamət tam bağlanır
CƏMİYYƏT

Sürücülərin nəzərinə! – Paytaxtda bu istiqamət tam bağlanır

23/02/2026 20:52
52
Pensiya və müavinətlərlə bağlı mühüm YENİLİK – 5 manat…
CƏMİYYƏT

Pensiya və müavinətlərlə bağlı mühüm YENİLİK – 5 manat…

22/02/2026 19:29
55
Ramazanın 5-ci gününün duası – İmsak və iftar vaxtı açıqlandı
CƏMİYYƏT

Ramazanın 5-ci gününün duası – İmsak və iftar vaxtı açıqlandı

22/02/2026 19:06
54
Sabah yollarda vəziyyət belə olacaq
CƏMİYYƏT

Sabah yollarda vəziyyət belə olacaq

22/02/2026 15:45
53
Rəsmi maaş alanlar bu ödənişlərdən azad olunacaq? – Vacib açıqlama/VİDEO
CƏMİYYƏT

Rəsmi maaş alanlar bu ödənişlərdən azad olunacaq? – Vacib açıqlama/VİDEO

22/02/2026 14:53
54
Şəhid mayor Asiman Əliyevin atası vəfat etdi
CƏMİYYƏT

Şəhid mayor Asiman Əliyevin atası vəfat etdi

22/02/2026 12:54
52

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Alim Qasımov Bakıda zavod açdı – Karton istehsal edəcək

Alim Qasımov Bakıda zavod açdı – Karton istehsal edəcək

23/02/2026 21:52
55
Vaşinqton təxribatında Rusiya izi – ARAŞDIRMA

Vaşinqton təxribatında Rusiya izi – ARAŞDIRMA

23/02/2026 21:38
53
Sürücülərin nəzərinə! – Paytaxtda bu istiqamət tam bağlanır

Sürücülərin nəzərinə! – Paytaxtda bu istiqamət tam bağlanır

23/02/2026 20:52
52
Macarıstan və Slovakiya Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiya paketini blokladı

Macarıstan və Slovakiya Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiya paketini blokladı

23/02/2026 20:17
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qahirədən diplomatik addım: Oman, İran və ABŞ ilə təmaslar

Qahirədən diplomatik addım: Oman, İran və ABŞ ilə təmaslar

23/02/2026 09:40
54

Diplomatik gündəm: ABŞ və İran fevralın 26-da görüşəcək

Diplomatik gündəm: ABŞ və İran fevralın 26-da görüşəcək

23/02/2026 09:27
53

Təhlükəsizlik səviyyəsi yüksəldi – rəsmi qurumlar xəbərdarlıq etdi

Təhlükəsizlik səviyyəsi yüksəldi – rəsmi qurumlar xəbərdarlıq etdi

23/02/2026 09:20
55

Epşteyn sənədləri sensasiya yaratdı – Rusiya ilə bağlı iddialar alt-üst oldu

Epşteyn sənədləri sensasiya yaratdı – Rusiya ilə bağlı iddialar alt-üst oldu

23/02/2026 07:16
53

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.