Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu uzun sürən ağır xəstəlikdən vəfat edib.
Gündəm24.az Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatına istinadən xəbər verir.
“Əsgər Kərimov Rəhman Rauf oğlu uzun sürən ağır xəstəlikdən müalicədə aldığı Mərkəzi Klinik Xəstəxanada həkimlərin bütün səylərinə baxmayaraq vəfat edib. Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına başsağlığı verir”, məlumatda deyilir












