Quba rayonunun Amsar kənd tam orta məktəbinin III sinif şagirdi Elgün Kərimov vəfat edib.
Gündəm24.az xəbər verir ki, bu barədə məktəbin sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Bildirilib ki, azyaşlının vəfatı məktəb kollektivi və şagird yoldaşları arasında dərin kədər yaradıb.
Paylaşımda Elgün Kərimovun ailəsinə başsağlığı verilib, ona Allahdan rəhmət, yaxınlarına səbir dilənib.
Qeyd edək ki, uşağın ölüm səbəbi barədə məlumat verilməyib.













