“Ukrayna bu gün dünyada ən çox cinayətlərin törədildiyi məkan hesab olunur”.
Gündəm24.az xəbər verir ki, bunu Ukrayna prokuroru Vitaliy Dovqal açıqlayıb.
Onun sözlərinə görə, Rusiya Federasiyası tərəfindən törədilmiş 178 mindən artıq müharibə cinayəti artıq sənədləşdirilib. Hazırda istintaqda olan cinayət işi sayı 178 391-dir.
Bu rəqəmlərin açıqlanması Ukrayna və Rusiya arasında Cenevrədə aparılan sülh danışıqları ilə eyni vaxta təsadüf edib.
Məlumata görə, təqdim olunan sülh planının bəndlərindən biri müharibə cinayətlərinə görə amnistiyanı nəzərdə tutur ki, bu da Ukrayna cəmiyyətində ciddi narahatlıq yaradıb.
Əli Səfərli,
Gündəm24.az














