Cümə axşamı, May 28, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Qərbi Azərbaycan məsələsi Azərbaycan təhsili və elmində” mövzusunda dəyirmi masa keçirilib.

27/11/2025 16:44
Manşet, Qərbi Azərbaycan
45 2
“Qərbi Azərbaycan məsələsi Azərbaycan təhsili və elmində” mövzusunda dəyirmi masa keçirilib.
60
Baxış sayı

Noyabrın 26-da Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi münasibətilə etdiyi çıxışda irəli sürdüyü məsələlərə dair elmi müzakirələr aparılıb və “Qərbi Azərbaycan məsələsi Azərbaycan təhsili və elmində” mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masada BSU-nun rektoru Anar Nağıyev, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədr müavini, Milli Məclisin deputatı Hikmət Məmmədov, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının üzvü, Amasiya rayon İcmasının sədri, akademik Abel Məhərrəmov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Dərələyəz mahalının Keşkənd rayon İcmasının sədri, professor Mahirə Hüseynova (Nağıqızı), ADPU-nun Filologiya fakültəsinin dekanı, dosent Könül Həsənova, ADPU-nun Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri Leyla Cəlalova, ADPU-nun kafedra müdiri, pedaqoji elmlər doktoru, professor, Ziyalılar Şurasının sədr müavini Fərrux Rüstəmov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, ADPU-nun Elmi-təşkilati şöbəsinin müdiri, professor İbrahim Bayramov, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədr müavini, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Abasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı Nazim Mustafa, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Əfqan Vəliyev, “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin və QHT.az platformasının sədri Cəsarət Hüseynzadə, Qərbi Azərbaycan İcmasının əməkdaşı, tarixçi-alim Səbuhi Hüseynov, BSU-nun professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd Qərbi Azərbaycanla bağlı elmi araşdırmaların mövcud vəziyyətini, metodoloji problemləri, mənbələrin sistemləşdirilməsi ilə bağlı çağırışları və gələcək tədqiqat perspektivlərini akademik müstəvidə müzakirə etmək olmuşdur.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən BSU-nun rektoru Anar Nağıyev qeyd edib ki, cənab Prezident İlham Əliyev AMEA-nın 80 illik yubileyi münasibətilə çıxışında süni intellekt, Vətən müharibəsinin tarixi, Qarabağa və Şərqi Zəngəzura qayıdış, milli kimlik, Azərbaycan tarixi, Azərbaycan dili, Qərbi Azərbaycan məsələləri kimi ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən mövzuları bir daha alimlərin, təhsil işçilərinin və ictimaiyyətin diqqətinə çatdırıb.

Rektor bildirib ki, cənab Prezidentin çıxışları ölkəmizin bu günü və gələcəyi, həmçinin elmin və təhsilin inkişafı üçün strateji yol xəritəsi rolunu oynayır. Bu baxışdan çıxış edərək, Bakı Slavyan Universitetində Qərbi Azərbaycanla bağlı tədqiqatların stimullaşdırılması mexanizmi təsdiq edilib, elmi şuranın qərarı ilə Qərbi Azərbaycan mövzusuna həsr olunmuş dərslik və monoqrafiyaların mükafatlandırılması qaydası tətbiq olunur. Universitet bu istiqamətdə elmi araşdırmaların, tədrisin və beynəlxalq səviyyədə təbliğatın sistemli şəkildə həyata keçirilməsi üçün ardıcıl fəaliyyət göstərir.

A.Nağıyev vurğulayıb ki, BSU-da Qərbi Azərbaycan Tədqiqat Mərkəzi yaradılıb, mövzu üzrə dərsliklər və fənn proqramları hazırlanır, magistratura səviyyəsində yeni fənlər tədrisə daxil edilib. “Qərbi Azərbaycana Qayıdış” konsepsiyası universitetdə tədris olunan bütün dillərə tərcümə olunaraq müxtəlif beynəlxalq tədbirlərdə təqdim edilir. Özbəkistan, Bolqarıstan, Polşa və digər ölkələrdəki tərəfdaş qurumlar vasitəsilə Qərbi Azərbaycan həqiqətlərinin təbliği üçün xüsusi guşələr və təqdimatlar təşkil olunub. Həmçinin “Azərbaycançılıq və onun aktual məsələləri” adlı ənənəvi konfrans çərçivəsində Qərbi Azərbaycanla bağlı xüsusi panel müzakirələri keçirilir.

Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli bildirib ki, Qərbi Azərbaycan həqiqətlərinin, tarixi faktların, xronoloji mənbələrin, xəritələrin geniş auditoriyalara çatdırılması strateji zərurətdir. Tarixi mənbələrin toplanması, xəritələrin elmi əsaslarla təqdim edilməsi və beynəlxalq səviyyədə təbliği qarşıya qoyulan əsas vəzifələrdəndir. O qeyd edib ki, baş verən proseslər fonunda həm dövlət qurumlarına, həm ictimai təşkilatlara, həm də ali təhsil müəssisələrinə mühüm vəzifələr düşür. Qərbi Azərbaycan İcması da bu istiqamətdə üzərinə düşən missiyanı həyata keçirməkdə davam edir.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının üzvü, Amasiya rayon İcmasının sədri, akademik Abel Məhərrəmov, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Dərələyəz mahalının Keşkənd rayon İcmasının sədri, professor Mahirə Hüseynova (Nağıqızı), Qərbi Azərbaycan məsələsi ilə bağlı BSU tərəfindən görülən işləri yüksək qiynmətləndirərək, tədbirin gənclərin tarixi həqiqətlərin dərindən öyrənilməsi və təbliği istiqamətində mühüm rola malik olduğunu bildirmiş, tarixin erkən yaşlardan öyrənilməsinin, toponimlər üzrə geniş araşdırmaların aparılmasının və orta məktəblərdə açıq dərslərin keçirilməsinin əhəmiyyətini xüsusi vurğulamışlar.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədr müavini, Milli Məclisin deputatı Hikmət Məmmədov, millət vəkili və BSU-nun “Roman-german dilləri” kafedrasının müdiri Sevinc Fətəliyeva, Qərbi Azərbaycan İcmasının əməkdaşı, tarixçi-alim Səbuhi Hüseynov, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü, STM-nin sektor müdiri Əfqan Vəliyev, ADPU-nun kafedra müdiri, pedaqoji elmlər doktoru, professor, Ziyalılar Şurasının sədr müavini Fərrux Rüstəmov, QHT sədri Cəsarət Hüseynzadə, BSU-nun Jurnalistika kafedrasının professoru Şəlalə Həsənova, BSU-nun Pedaqogika kafedrasının müdiri Piralı Əliyev mövzu ətrafında çıxış ediblər.

Sonra müzakirə platformasına keçid alan dəyirmi masada mövzu ətrafında maraqlı müzakirələr aparılıb və əldə edilən nəticələr yekunlaşdırılıb.

Tədbbirdən sonra tədbir iştirakçıları universitetin foyesində filologiya elmləri doktoru, tanınmış dilçi-türkoloq, Azərbaycan Respublikasının Əməkdar Elm xadimi Həsən Mirzəyevin zəngin elmi fəaliyyətini və həyat yolunu əks etdirən məlumat xarakterli xatirə lövhəsinin açılışında iştirak ediblər.

.”>.”>.”>.”>.”>.”>.”>.”>.”>.”>.”>.”>.”>.”>.”>.”>.”>.”>

Oxşarxəbərlər

Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzüb – FOTO
Manşet

Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzüb – FOTO

28/05/2026 14:30
54
Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC istifadəyə verilib
Manşet

Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC istifadəyə verilib

28/05/2026 14:18
52
PREZİDENTLƏR DANIŞDILAR:Yaxın gələcəkdə hansı mühüm addımlar atıla bilər?
Manşet

PREZİDENTLƏR DANIŞDILAR:Yaxın gələcəkdə hansı mühüm addımlar atıla bilər?

28/05/2026 13:54
53
Prezident İlham Əliyev Şuşaya getdi
Manşet

Prezident İlham Əliyev Şuşaya getdi

28/05/2026 12:31
52
Prezidentin Sərəncamı ilə irimiqyaslı islahatlar gəlir — Yeni mərhələ NƏLƏRİ DƏYİŞƏCƏK?
Manşet

Prezidentin Sərəncamı ilə irimiqyaslı islahatlar gəlir — Yeni mərhələ NƏLƏRİ DƏYİŞƏCƏK?

28/05/2026 10:51
56
TƏCİLİ: İsrail Tir şəhərini bombaladı – Livanda vəziyyət yenidən alovlandı
Dünya

TƏCİLİ: İsrail Tir şəhərini bombaladı – Livanda vəziyyət yenidən alovlandı

28/05/2026 08:28
62

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bu yerlərdə saxlanılan dərmanlar zəhərə çevrilir

Bu yerlərdə saxlanılan dərmanlar zəhərə çevrilir

28/05/2026 14:42
55
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzüb – FOTO

Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzüb – FOTO

28/05/2026 14:30
54
Paşinyan yenə gəlmədi – Putin müzakirəyə çıxarır

Paşinyan yenə gəlmədi – Putin müzakirəyə çıxarır

28/05/2026 14:23
56
Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC istifadəyə verilib

Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC istifadəyə verilib

28/05/2026 14:18
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
TƏCİLİ: İsrail Tir şəhərini bombaladı – Livanda vəziyyət yenidən alovlandı

TƏCİLİ: İsrail Tir şəhərini bombaladı – Livanda vəziyyət yenidən alovlandı

28/05/2026 08:28
62

TƏCİLİ: Fransada təhlükəli istilər – 8 əyalətdə “narıncı” xəbərdarlıq

TƏCİLİ: Fransada təhlükəli istilər – 8 əyalətdə “narıncı” xəbərdarlıq

28/05/2026 08:13
52

Stokholmda Azərbaycan gecəsi: İsveçli rejissorun gözü ilə Qərbi Azərbaycan yaddaşı-FOTOLAR

Stokholmda Azərbaycan gecəsi: İsveçli rejissorun gözü ilə Qərbi Azərbaycan yaddaşı-FOTOLAR

27/05/2026 11:04
81

ŞOK RƏQƏMLƏR: Rusiyalı diplomat son bir həftədə 50-dən çox mülki şəxsin öldüyünü açıqladı

ŞOK RƏQƏMLƏR: Rusiyalı diplomat son bir həftədə 50-dən çox mülki şəxsin öldüyünü açıqladı

26/05/2026 09:44
56

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.