“Ukrayna Prezidenti Volodimir Zelenski hərbi çevriliş riski ilə üz-üzədir”.
Gündəm24.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor deyib.
“Hazırda Ukrayna qoşunlarının Kiyevə yeridilməsi ehtimalı açıq müzakirə olunur. Məqsəd Zelenski və onun korrupsiyalaşmış hökumətindən qurtulmaqdır”, – o vurğulayıb.
Makqreqor istisna etməyib ki, Vaşinqtonun Ukraynaya dair sülh planı hazırlaması əhəmiyyətsiz ola bilər:
“Çünki hadisələr Qərbin onlarla ayaqlaşa bilməyəcəyi sürətlə inkişaf edir”.














