Rusiya ordusunun Kiyevə hücumları nəticəsində ölənlərin sayı ikiyə çatıb.
Gündəm24.az xəbər verir ki, bu barədə şəhər meri Vitaliy Kliçko sosial media hesabında məlumat verib.
Onun sözlərinə görə, xəsarət alanların sayı 15-ə çatıb.
10:35
Rusiya ordusunun Kiyevə hücumları nəticəsində bir nəfər ölüb, 11 nəfər xəsarət alıb.
Gündəm24.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyası məlumat yayıb.
Bundan başqa şəhərin müxtəlif ərazilərində yerləşən yaşayış binalarına ziyan dəyib və nəticədə bir neçə yerdə yanğın baş verib.
Dövlət Təcili Yardım Xidməti üçü uşaq olmaqla 52 nəfəri təxliyə etdiyini açıqlayıb.














