Ukrayna Prezidenti Volodimir Zelenski Yeni ilə qədər istefa verə bilər.
Gündəm24.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə siyasi strateq Vladimir Petrov “Ölkənin Siyasəti” Teleqram kanalına açıqlama verib.
Petrov bildirib ki, Zelenski hamını vidalamaq və istefasını elan etmək qərarına gəlib. Onun sözlərinə görə, dekabrın 15-dək atəşkəsin əldə olunacağı gözlənilir və Yeni il ərəfəsində Prezident xalqa müraciət edərək istefasını açıqlaya bilər.
“Mən ona baxıram və başa düşürəm ki, o, artıq bunu istəmir” – deyə Petrov əlavə edib.
Qeyd edək ki, bundan əvvəl Zelenskinin ölkədəki korrupsiya qalmaqalı fonunda ona əvəzləyici tapdığı bildirilmişdi. Qərb mənbələri onu Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı və Böyük Britaniyadakı səfiri Valeriy Zalujnı ilə əvəz edə biləcəyini təklif edib.














