Bazar ertəsi, İyul 13, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Rəqsanənin konsertinə necə icazə verilib?

01/12/2025 14:42
Şou-biznes
46 3
Rəqsanənin konsertinə necə icazə verilib?
62
Baxış sayı

Noyabrın 19-da həbsdən ev dustaqlığına buraxılan müğənni Rəqsanə İsmayılova solo konsert verəcək. O, dekabrın 16-da Bakıdakı restoranlardan birində səhnəyə çıxacaq. Bu, sənətçinin həbsdən sonra ilk konserti olacaq.

Bəs ev dustaqlığında olan R.İsmayılova səhnəyə neçə çıxır?

Gündəm24.az  xəbər verir ki, vəkil Emil Aslanov “Yeni Sabah”a açıqlamasında ev dustaqlığı zamanı şəxsin bütün günü mütləq şəkildə evdə qalması tələbi olmadığını bildirib:

“Ev dustaqlığında olan şəxsin toyda və ya yasda iştirak edə bilməz” fikri doğru deyil. Bu müddət ərzində şəxsin mütləq evdə oturmalı olması kimi bir qayda yoxdur. Qanunvericilikdə ev dustaqlığı həbsə alternativ qətimkan tədbiri hesab sayılır. Bu halda şəxs həbs edilmir, ev dustaqlığına buraxılır və müəyyən vaxtlarda probasiya şöbəsinə gedib icra məmurunun yanında olur. Orada imza atır ki, Bakıdadır, Azərbaycandadır və s. Yəni ev dustağı istədiyi yerə gedib-gələ bilər, bunda problem yoxdur”.

Vəkilin sözlərinə görə, ev dustaqlığında olan şəxsin yeganə məhdudiyyəti ölkə hüdudlarını tərk etməməsidir:

“Yeganə məhdudiyyət xaricə çıxa bilməməsidir. Azərbaycanın hüdudlarını tərk etməsi qadağandır”.

Ev dustaqlığının öz şərtləri ola bilər. Məsələn, məhkəmə qərar verə bilər ki, şəxs gecə saat 23:00-dan sonra evdə olmalıdır və yaxud müəyyən saatlarda evdə qalmalıdır. Amma bu məcburi deyil, ola bilər ki, heç bir əlavə şərt və ya məhdudiyyət qoyulmasın”.

E.Aslanov bildirib ki, əgər məhkəmə qərarında xüsusi məhdudiyyətlər göstərilməyibsə, Rəqsanə İsmayılovanın konsert verməsi hüquqi baxımdan mümkündür:

“Ev dustaqlığında olan şəxs hər dəfə harasa gedəndə ərizə yazmaq məcburiyyətində deyil. Ev dustaqlığı ilə bağlı qərarda hansı qaydalar göstərilibsə, həmin qaydalara əməl olunmalıdır. Məsələn, əgər qərara əsasən şəxs axşam 23:00-da evdə olmalı, səhər 08:00-da evini tərk edə bilər. Onda yalnız bu vaxtlara riayət etməlidir. Bunun xaricində istədiyi yerə gedə bilər.

Digər bir variant da ola bilər: ev dustaqlığı şəxsin yaşadığı rayonu tərk etməməsi şəklində müəyyən edilə bilər. Məsələn, şəxs Yasamalda yaşayırsa, bu rayonun ərazisini tərk etməməlidir. Bu cür məhdudiyyətlər də mövcuddur. Bütün qərarları məhkəmə verir və icra məmuru həmin qərarları icra edir”.

Xatırladaq ki, Rəqsanə İsmayılova vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. Avqustun 16-da onun barəsində həbs qətimkan tədbiri seçilmişdi. O, noyabrın 19-da ev dustaqlığına buraxılıb.

Oxşarxəbərlər

Mahnı oxudu, boynuna sarıldı – VİDEO TV& Video Equipment
Şou-biznes

Mahnı oxudu, boynuna sarıldı – VİDEO TV& Video Equipment

13/07/2026 12:01
53
Naibə Allahverdiyevanın adından dələduzluq
Şou-biznes

Naibə Allahverdiyevanın adından dələduzluq

13/07/2026 11:09
50
Tarkan xanımı və qızı ilə – Foto
Şou-biznes

Tarkan xanımı və qızı ilə – Foto

13/07/2026 08:13
66
Sumqayıtlı aktrisa: “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram”
Şou-biznes

Sumqayıtlı aktrisa: “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram”

11/07/2026 12:07
55
“O sözündən sonra oğlumu götürüb gəldim Bakıya”: Nicat Kazımov
Şou-biznes

“O sözündən sonra oğlumu götürüb gəldim Bakıya”: Nicat Kazımov

11/07/2026 06:33
58
“Oğlum evlənmir, pişiyi gətirib ki, bu da sənə nəvə”
Şou-biznes

“Oğlum evlənmir, pişiyi gətirib ki, bu da sənə nəvə”

10/07/2026 16:46
55

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Şuşadan dünyaya verilən mesaj

Şuşadan dünyaya verilən mesaj

13/07/2026 18:01
55
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi

Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi

13/07/2026 16:46
53
Nazir polkovnik-leytenantı rəis təyin etdi

Nazir polkovnik-leytenantı rəis təyin etdi

13/07/2026 16:32
61
Bakıda maşında meyit tapıldı

Bakıda maşında meyit tapıldı

13/07/2026 16:25
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Şuşadan dünyaya verilən mesaj

Şuşadan dünyaya verilən mesaj

13/07/2026 18:01
55

Göy məscid: İrəvanın mavi incisi və Azərbaycan memarlığının şah əsəri

Göy məscid: İrəvanın mavi incisi və Azərbaycan memarlığının şah əsəri

13/07/2026 09:17
70

Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

10/07/2026 09:29
69

Qərbi Azərbaycanın unudulmayan irsi – Qafan qalasının tarixi

Qərbi Azərbaycanın unudulmayan irsi – Qafan qalasının tarixi

09/07/2026 09:47
73

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.