Bazar ertəsi, Oktyabr 26, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Qarabağ danışıqları ilə bağlı yeni sirlər üzə çıxdı – İrəvan sənədləri yaydı

02/12/2025 16:50
Gündəm, Manşet
837 17
Qarabağ danışıqları ilə bağlı yeni sirlər üzə çıxdı – İrəvan sənədləri yaydı
707
Paylaşım sayı
982
Baxış sayı

Xəbər verdiyimiz kimi, Ermənistan hökuməti keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara dair sənədləri dərc edib.

Gündəm24.az  APA-ya istinadla xəbər verir ki, sənədlərin arasında Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın 2016-cı ilin avqustunda rusiyalı həmkarı Vladimir Putinə ünvanladığı məktub da var.

Sarkisyanın məktubunun mahiyyəti: Ermənistanın mövqeyi və Bakı əleyhinə yanaşma

Sarkisyanın Putinə ünvanladığı məktub Ermənistanın Qarabağ münaqişəsində mövqeyini və Prezident İlham Əliyevin timsalında rəsmi Bakının ölkənin maraqlarının müdafiəsində dayandığını açıq şəkildə ortaya qoyur.

Məktubda Ermənistan rəhbərliyi açıq şəkildə Moskvanın vasitəçiliyi ilə münaqişənin məhz öz maraqlarına uyğun şəkildə həll edilməsini istəyir.

Manipulyativ danışıqlar strategiyası və Azərbaycana qarşı ittihamlar

Məktubda bir çox məqamlar Ermənistanın danışıqlardakı manipulyativ strategiyasını üzə çıxarır və Azərbaycan tərəfinin haqlı mövqeyinə qarşı narazılıq tonunda səsləndirilmiş fikirlərlə doludur.

Sabiq prezident Rusiya liderindən Azərbaycanı prosesdə neytrallaşdırmağı, hətta Bakıya təzyiq göstərməyi xahiş edir.

Madrid prinsipləri və Kazan sənədi ilə bağlı manipulyativ təqdimat

“Azərbaycan 2007-ci ildən bəri üzərində işlənən Madrid prinsiplərindən belə imtina etdi”, – Sarkisyan yazır.

O iddia edir ki, guya danışıqlar balanslı olub və Azərbaycanın mövqeyi prosesi pozub.

Sitatlardan biri isə belədir: “Ermənistan Kazan sənədinə düzəlişlər verməkdən imtina etmişdi, o şərtlə ki, Azərbaycan da eyni şəkildə addım atsın. Təəssüf ki, Azərbaycan Prezidenti Kazanda əvvəlcədən razılaşdırılmış ifadələrə 10-dan çox düzəliş təqdim etdi. Bundan başqa, Azərbaycan 2007-ci ildən bəri Madrid prinsiplərindən belə imtina etdi”.

“Əvvəlcə ərazilər, sonra digər məsələlər” formulu: Ermənistanın əsas narahatlığı

Ermənistan tərəfi bu şəkildə Azərbaycanı konstruktiv olmamaqda ittiham etməyə çalışır. Halbuki həmin sənədlər Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə zidd olduğuna görə qəbul edilə bilməzdi. “Əvvəlcə ərazilər, sonra bütün digər məsələlər” formulu Ermənistanı narahat edib.

Məktubda Bakı tərəfindən irəli sürülən haqlı prinsip, yəni işğal olunmuş rayonların qaytarılmasından sonra digər məsələlərin müzakirəsi İrəvanı ciddi narahat edib.

Ermənistanın mövqeyi: işğalın mərhələli aradan qaldırılması “təhlükə” kimi təqdim olunur

Belə ki, Ermənistan tərəfi bunu təhlükə kimi təqdim edir: “Azərbaycan tərəfinin “əvvəlcə ərazilər, sonra bütün digər məsələlər” formulu son dərəcə təhlükəlidir. Bu zaman Ermənistan və Dağlıq Qarabağ prosesin girovuna çevrilərdi”.

Bu sitat göstərir ki, Ermənistan işğalın mərhələli şəkildə aradan qaldırılmasından belə ehtiyatlanıb: “Bakı gərginliyi artırdı və genişmiqyaslı hərbi təcavüzə gətirib çıxardı”.

Azərbaycanı gərginliyi artırmaqda ittiham edən iddialar

Sabiq prezident məktubda Azərbaycanı münaqişəni qızışdırmaqda ittiham edir: “Bakı gərginliyi məqsədyönlü şəkildə artırdı və nəticədə bu ilin aprel ayında Dağlıq Qarabağa qarşı genişmiqyaslı hərbi təcavüzə gətirib çıxardı”.

Azərbaycan tərəfi isə həmin dövrdə dəfələrlə bildirirdi ki, gərginlik Ermənistanın təxribatları nəticəsində yaranırdı.

Sankt-Peterburq sammiti ilə bağlı narahatlıq

Məktubda Sankt-Peterburq sammiti barədə narahatlıq ifadə olunur. Sarkisyan Prezident İlham Əliyevin sammitin nəticələrinə dair bəyanatından ciddi narahat olduğunu yazır: “Bu, ya prosesin pozulmasına yönəlmiş təxribatdır, ya da gələcək üçün maksimalist mövqeni rəsmiləşdirmək cəhdidir”.

5 rayonun qaytarılması Ermənistanı ciddi təşvişə salır

5 rayonun qaytarılması məsələsi Ermənistanı təşvişə salıb. Məktubda Sarkisyan açıq şəkildə bildirir ki, yalnız 5 rayonun qaytarılması belə onların “təhlükəsizlik zonasını” məhv edəcək: “Bu, Dağlıq Qarabağın “təhlükəsizlik zonasının” əhəmiyyətli dərəcədə daralması demək olardı. Real ərazilərin təhvil verilməsi kompensasiya edilə bilməz”.

Bu, İrəvanın 30 illik işğal faktını “təhlükəsizlik” kimi qələmə vermək cəhdinin daha bir nümunəsidir.

Laçın və Kəlbəcərlə bağlı qeyri-real tələblər

Məktubda Ermənistanın absurd tələbləri də var. Belə ki, Sarkisyan Laçın və Kəlbəcərin Azərbaycana qaytarılmamasını, Ermənistanın açıq şəkildə Dağlıq Qarabağın Azərbaycan ərazilərindəki nəzarətini qorumağı tələb edir: “Kəlbəcər və Laçın rayonları Dağlıq Qarabağın nəzarətində qalmalıdır”. Bu tələblər Ermənistanın kompromisə hazır olduğunu iddia etməsinin əksini göstərir.

Referendumla bağlı manipulyativ şərtlər

Ermənistanın sabiq prezidentinin Putinə məktubunda referendumun yalnız Ermənistanın istəyinə uyğun keçirilməsi tələbinə dair də qeyri-real şərtlər var: “Səsverməyə çıxarılacaq suallar hər hansı məhdudiyyət olmadan istənilən statusun seçilməsinə imkan verməlidir”. Bu, Azərbaycanın ərazi bütövlüyünə açıq meydan oxumaq idi.

Məktubun göstərdiyi həqiqət: Ermənistan səmimi olmayıb

Nəticə etibarilə məktub Ermənistanın Qarabağ siyasətinin mahiyyətini açır.

Sarkisyanın Putinə yazdığı məktub göstərir ki, Ermənistan danışıqlarda səmimi olmayıb, Azərbaycanın ərazi bütövlüyü ilə ziddiyyət təşkil edən maksimalist mövqe tutub, Rusiyadan açıq şəkildə təzyiq aləti kimi istifadə etməyə çalışıb, “təhlükəsizlik zonası” adı altında işğalı qorumağa səy göstərib, gələcək referendumun nəticəsini əvvəlcədən manipulyasiya etməyə çalışıb.

Bu məktub Ermənistanın uzun illər boyu münaqişənin sülh yolu ilə həllini deyil, işğal status-kvosunun mümkün qədər uzadılmasını hədəflədiyini bir daha təsdiq edir.

Məktub həm də Prezident İlham Əliyevin danışıqlar boyu Azərbaycanın maraqlarından bir addım belə geri çəklilmədiyinin açıq etirafıdır.

Oxşarxəbərlər

Bu şəxslərə ödəniş edildi – RƏSMİ AÇIQLAMA
CƏMİYYƏT

Bu şəxslərə ödəniş edildi – RƏSMİ AÇIQLAMA

26/10/2026 10:45
951
Azərbaycan XİN Avstriyanı təbrik etdi
Manşet

Azərbaycan XİN Avstriyanı təbrik etdi

26/10/2026 10:39
951
Şəhid anası 21 ildir ev növbəsində imiş – Rəsmi açıqlama
CƏMİYYƏT

Şəhid anası 21 ildir ev növbəsində imiş – Rəsmi açıqlama

26/10/2026 10:20
951
Keçmiş nazir Ərdoğanın qərarına belə reaksiya verdi
Manşet

Keçmiş nazir Ərdoğanın qərarına belə reaksiya verdi

26/10/2026 10:10
951
Sumqayıtda qəza – 5 maşın toqquşdu
Hadisə

Sumqayıtda qəza – 5 maşın toqquşdu

26/10/2026 10:07
951
Bakıda bu yol tam bağlanır
CƏMİYYƏT

Bakıda bu yol tam bağlanır

26/10/2026 09:52
951

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bu şəxslərə ödəniş edildi – RƏSMİ AÇIQLAMA

Bu şəxslərə ödəniş edildi – RƏSMİ AÇIQLAMA

26/10/2026 10:45
951
Azərbaycan XİN Avstriyanı təbrik etdi

Azərbaycan XİN Avstriyanı təbrik etdi

26/10/2026 10:39
951
Şəhid anası 21 ildir ev növbəsində imiş – Rəsmi açıqlama

Şəhid anası 21 ildir ev növbəsində imiş – Rəsmi açıqlama

26/10/2026 10:20
951
Keçmiş nazir Ərdoğanın qərarına belə reaksiya verdi

Keçmiş nazir Ərdoğanın qərarına belə reaksiya verdi

26/10/2026 10:10
951

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın Keypəşən kəndi: Məliklilər tayfasının qədim yurdu

Qərbi Azərbaycanın Keypəşən kəndi: Məliklilər tayfasının qədim yurdu

26/10/2026 08:41
952

Vartana kəndi – Qərbi Azərbaycanın unudulmayan yurdu

Vartana kəndi – Qərbi Azərbaycanın unudulmayan yurdu

23/10/2026 08:42
990

Qondaxsaz kəndi – Qərbi Azərbaycanın qədim yurd yerlərindən biri

Qondaxsaz kəndi – Qərbi Azərbaycanın qədim yurd yerlərindən biri

22/10/2026 08:21
956

Göyçənin qədim yurdu Abdalağalı: Tarixin yaddaşında yaşayan kənd

Göyçənin qədim yurdu Abdalağalı: Tarixin yaddaşında yaşayan kənd

21/10/2026 08:10
962

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.