“ABŞ-ın Kolumbiyadakı quru hədəflərinə hücumları müharibə elanı olacaq”.
Gündəm24.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Kolumbiya prezidenti Qustavo Petro deyib.
“Mən ABŞ Prezidenti Donald Trampa onların necə məhv edildiyini göstərəcəyəm. Bizim suverenliyimizi təhdid etməyin, yoxsa “Yaquar”ı oyadacaqsınız”, – siyasətçi qeyd edib.
Petro ABŞ-la iki əsrlik diplomatik münasibətləri kəsmək istəmədiyini də vurğulayıb.
Qeyd edək ki, oktyabr ayında ABŞ Kolumbiya prezidenti Qustavo Petroya qarşı sanksiyalar tətbiq edib.
ABŞ Maliyyə Nazirliyi bildirib ki, siyasətçi narkotik kartellərinin çiçəklənməsinə icazə verib və onların fəaliyyətini dayandırmaqdan imtina edib.
Bundan əvvəl Donald Tramp Kolumbiya prezidenti Qustavo Petronu təhqir edərək onu “əclaf” və “quldur” adlandırmışdı.














