Bakı ilə sülhün bağlanması İrəvan üçün Rusiya ilə münasibətlərdə yeni imkanlar açacaq.
Gündəm24.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bildirib.
Ermənistan Baş naziri Rusiya liderinə Ermənistanla Azərbaycan arasında sülh prosesini dəstəklədiyinə görə təşəkkür edib.
O, həmçinin Rusiyadan Azərbaycandan keçən qatarların Ermənistana gəlməyə başlamasını “tarixi hadisə” adlandırıb.
Paşinyan Putini TRIPP-in inşası barədə də məlumatlandırıb. O qeyd edib ki, bu kontekstdə Ermənistan və ABŞ arasında konstruktiv danışıqlar gedir.
18:25
Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü başlayıb.
Gündəm24.az Ermənistan mediasına istinadən xəbər verir ki, görüş MDB dövlət başçılarının bu gün keçirilən qeyri-rəsmi Zirvə görüşü çərçivəsində keçirilir.














