Çərşənbə, May 27, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Putinin Ukraynaya hücum və Qafqaz haqda məxfi söhbəti yayıldı – FOTOFAKT

26/12/2025 09:21
Dünya
43 3
Putinin Ukraynaya hücum və Qafqaz haqda məxfi söhbəti yayıldı – FOTOFAKT
58
Baxış sayı

Rusiya prezidenti Vladimir Putinlə ABŞ-ın keçmiş prezidenti Corc Buş arasında məxfi söhbətlərin mətni yayılıb.

Gündəm24.az publika.az-a istinadən xəbər verir ki, ABŞ-da qeyri-hökumət təşkilatı olan Milli Təhlükəsizlik Arxivi tərəfindən yayılmış birinci məxfi söhbət 2001-ci ilin 16 iyununa aiddir.

Putin Buşa SSRİ-nin dağılmasından danışır və bundan təəssüflənir.

“Əslində nə baş verdi? SSRİ-nin sovet xoşməramlılığı dünyanı könüllü olaraq dəyişdirdi. Rusiya minlərlə kvadratmetr ərazidən könüllü olaraq imtina etdi. Bu, görünməmiş bir şeydir. Onlar əsrlər boyu Rusiyanın tərkibində olan Ukraynadan, Qazaxıstandan, həmçinin, Qafqazdan imtina etdilər. Bunu təsəvvür etmək çətindir. Bunu partiya rəhbərləri ediblər”, – o bildirib.

Putinin Ukraynaya hücum və Qafqaz haqda məxfi söhbəti yayıldı - FOTOFAKT

6 aprel 2008-ci ilə aid olan ikinci söhbətdə Putin Buşa deyib ki, Ukrayna “parçalanmış cəmiyyətə malik süni dövlətdir” və bu ölkənin NATO-ya qəbul edilməsi Qərblə uzunmüddətli qarşıdurmaya səbəb ola bilər.

“Bu, sizin üçün yeni bir şey olmayacaq, amma vurğulamaq istəyirəm ki, Ukrayna kimi bir ölkənin NATO-ya daxil olması uzunmüddətli perspektivdə sizinlə bizim aramızda münaqişə sahəsi yaradacaq”, – o deyib.

Buş Putindən fikirlərinə aydınlıq gətirməsini istəyib. İkinci iddia edib ki, Ukrayna “süni şəkildə yaradılmış ölkə”dir.

“Ukraynada əhalinin üçdə birini təşkil edən 17 milyon rus yaşayır. Ukrayna çox mürəkkəb ölkədir. Təbii olaraq yaranmış dövlət deyil. Sovet dövründə süni şəkildə yaradılmış ölkədir. İkinci Dünya Müharibəsindən sonra Ukrayna Polşa, Rumıniya və Macarıstandan – Qərbi Ukraynanın əksər hissəsi – ərazi aldı. 1920 və 1930-cu illərdə Ukrayna Rusiyadan – ölkənin şərq hissəsindən ərazi aldı. 1956-cı ildə Krım yarımadası Ukraynaya verildi. Orada çox fərqli baxışlara malik insanlar yaşayır. Qərbi Ukraynaya getsəniz macar dilində danışan və macar papaqları geyinən kəndlər tapa bilərsiniz. Şərqdə insanlar kostyum geyinir, qalustuk taxır və böyük papaqlar qoyurlar. Ukrayna əhalisinin əksəriyyəti NATO-nu düşmən təşkilat kimi qəbul edir”, – o iddia edib.

Putinin Ukraynaya hücum və Qafqaz haqda məxfi söhbəti yayıldı - FOTOFAKT

Putin daha sonra bildirir ki, Ukraynanın NATO-ya daxil olması Rusiya üçün böyük problemlər yaradacaq.

“Bu, Rusiya yaxınlığında hərbi bazaların yaranması və yeni silah sistemlərinin yerləşdirilməsi təhlükəsi yaradır. Bu, bizim üçün qeyri-müəyyənlik və təhdiddir. Ukraynadakı NATO əleyhinə olan qüvvələrə güvənən Rusiya təşkilatı genişlənmək imkanından məhrum etməyə çalışacaq. Rusiya orada daim problemlər yaradacaq. Ukraynanın NATO üzvlüyünə nə ehtiyacı var? Bunun NATO və ABŞ-a hansı faydası var? Bunun yalnız bir səbəbi ola bilər, bu, Ukraynanın Qərb dünyasının bir hissəsi kimi statsunu təmin etməkdir. Yəqin ki, məntiq budur. Düşünmürəm ki, bu, düzgün məntiqdir. NATO üzvlüyü ilə bağlı fikir ayrılıqlarını nəzərə alsaq, ölkə sadəcə parçalanacaq. Mən həmişə demişəm ki, müəyyən bir Qərbyönümlü hissə və müəyyən bir Rusiyayönümlü hissə var”, – Putin danışır.

Putinin Buşla apardığı danışıqlar təsdiq edir ki, Rusiya hələ o vaxtdan Ukraynaya hərbi müdaxiləyə hazırlaşıb.

Oxşarxəbərlər

Tramp İranla bağlı iclas çağırdı
Dünya

Tramp İranla bağlı iclas çağırdı

26/05/2026 22:18
56
Ərdoğan Pezeşkiana zəng etdi: Regiondakı gərginlik müzakirə olundu
Dünya

Ərdoğan Pezeşkiana zəng etdi: Regiondakı gərginlik müzakirə olundu

26/05/2026 19:10
54
Bu əraziyə giriş QADAĞAN EDİLDİ – İyunun 1-dən…
Dünya

Bu əraziyə giriş QADAĞAN EDİLDİ – İyunun 1-dən…

26/05/2026 18:41
54
İsrail bu ölkəni BOMBALADI
Dünya

İsrail bu ölkəni BOMBALADI

26/05/2026 18:25
53
Pakistan prezidentindən Azərbaycanla bağlı açıqlama
Dünya

Pakistan prezidentindən Azərbaycanla bağlı açıqlama

26/05/2026 16:32
54
Zelenski ŞOKDA: Bu ölkələr Ukraynadan elə şey xahiş etdilər ki…
Dünya

Zelenski ŞOKDA: Bu ölkələr Ukraynadan elə şey xahiş etdilər ki…

26/05/2026 16:21
55

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Prezident azərbaycanlıların Qurban bayramını təbrik etdi – FOTO

Prezident azərbaycanlıların Qurban bayramını təbrik etdi – FOTO

26/05/2026 22:25
51
Bəzi cərimələrə görə bal ləğv edilir? – VİDEO

Bəzi cərimələrə görə bal ləğv edilir? – VİDEO

26/05/2026 22:23
52
Tramp İranla bağlı iclas çağırdı

Tramp İranla bağlı iclas çağırdı

26/05/2026 22:18
56
TƏBİB gücləndirilmiş iş rejimində keçir

TƏBİB gücləndirilmiş iş rejimində keçir

26/05/2026 22:03
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
ŞOK RƏQƏMLƏR: Rusiyalı diplomat son bir həftədə 50-dən çox mülki şəxsin öldüyünü açıqladı

ŞOK RƏQƏMLƏR: Rusiyalı diplomat son bir həftədə 50-dən çox mülki şəxsin öldüyünü açıqladı

26/05/2026 09:44
54

Rusiyada ailə faciəsi — Körpə də daxil olmaqla 4 uşaq yanğında həlak oldu

Rusiyada ailə faciəsi — Körpə də daxil olmaqla 4 uşaq yanğında həlak oldu

26/05/2026 09:04
61

NATO ölkəsindən sensasion açıqlama: Ukraynaya silah tədarükü “böyük səhv” adlandırıldı

NATO ölkəsindən sensasion açıqlama: Ukraynaya silah tədarükü “böyük səhv” adlandırıldı

26/05/2026 04:45
54

Moskva Tehrana dəstək verdi — Lavrovdan diqqətçəkən açıqlama

Moskva Tehrana dəstək verdi — Lavrovdan diqqətçəkən açıqlama

22/05/2026 16:45
66

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.