Çərşənbə, İyul 15, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Avtobus sürücüsü uşaq oğurluğunun qarşısını aldı – FOTO

27/12/2025 12:52
Gündəm
59 4
Avtobus sürücüsü uşaq oğurluğunun qarşısını aldı – FOTO
80
Baxış sayı

Dünən “BakuBus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva Əsəd Əhmədov küçəsində itkin düşmüş uşaqla bağlı məlumat paylaşıb. O bildirib ki, sürücü Asif Allahverdiyev hərəkətdə olan avtomobillərin arasında azyaşlı uşağı görərək dərhal avtobusu saxlayıb. Ətrafı diqqətlə yoxlayan sürücü uşağın tək olduğunu müəyyən edib və onun təhlükəsizliyini təmin edib. Bundan sonra dərhal Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verilib.

Sonradan məlum olub ki, uşaq bağçadan çıxaraq nəzarətsiz şəkildə xeyli məsafə qət edib.

Gündəm24.az bildirir ki, Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı sürücü Asif Allahverdiyevlə əlaqə saxlayıb.

Yolun ortasında oynayan azyaşlı, naməlum qadın və məsuliyyətsiz bağça: Avtobus sürücüsü uşaq oğurluğunun QARŞISINI ALDI?

O, açıqlamasında hadisənin əslində daha təhlükəli olduğunu və naməlum bir qadının uşağın nəzarətsizliyindən istifadə edərək onu aparmaq istədiyini iddia edib:

“Oxşar hallarla qarşılaşmışam, amma bu, pik hadisə oldu. Axşam saatlarında, təxminən 18:55-də Əsəd Əhmədov küçəsində hərəkətdə olarkən yolun hərəkət hissəsində əlində oyuncaq maşın olan, təxminən 3 yaşlı bir uşağın oynadığını gördüm. Azyaşlı magistral yolda oyuncaq maşınını sürürdü. Təhlükəni anlayaraq sağımdakı taksiyə siqnal verdim. Taksi sürücüsü maşından düşərək uşağın kimə məxsus olduğunu soruşdu. Bu zaman uşaq yolun sol tərəfinə qaçdı. Hicablı bir qadın uşağa yaxınlaşaraq, valideynini tanıdığını dedi və uşağın qolundan tutaraq onu valideyninə aparacağını bildirdi.

Avtobusda sərnişinlər də var idi. Bir qədər sonra gördüm ki, uşaq həmin qadından narahatdır, əlindən tutsa da, qaçmağa çalışır. Təxminən 20 addım getdikdən sonra narahat oldum və şüşəni açaraq taksi sürücüsünə dedim ki, maşını qadının qabağında saxlasın, çünki onun valideyni deyil. Özümün üç uşağım var, “uşaq” deyəndə məndə axan sular dayanır”.

O, sözlərinə belə davam edib:

“Taksi sürücüsü maşını qadının önündə saxladı və valideynin kim olduğunu təkrar soruşdu. Mən də dedim ki, ola bilsin, valideyni marketdədir. Biz söhbət edərkən qadın qaranlıqda gözdən itdi. Vəziyyətin ciddiliyini görüb avtobusu yolun kənarına çəkdim. Mənimlə birlikdə bir xanım da avtobusdan düşdü. Uşağın əlindən tutaraq adını, atasının adını və əlaqə nömrəsini soruşduq. Telefonu ona verdim ki, nömrəni yığsın, lakin uşaq dilində nömrələr yığdı.

Son çarə olaraq uşağı avtobusa gətirdim, təhlükəsizliyini təmin etdim və qapını bağladım. Əvvəlcə dispetçerə, daha sonra isə “102” xidmətinə məlumat verdim. Qısa müddət sonra polis əməkdaşları gəldilər və uşağı onlara təhvil verdim. Polis əməkdaşı uşağın atasının adını dedi, o da təsdiqlədi. Daha sonra məlum oldu ki, uşaq bağçadan qaçıb. Ailəsi vəziyyətdən xəbər tutaraq polisə müraciət edib. Uşaq saat 18:00-da bağçadan çıxıb və təxminən 45-50 dəqiqə ərzində axtarışda olub. Çox şükür ki, həmin vaxt mənimlə qarşılaşıb”.

Oxşarxəbərlər

Sərəncam İMZALANDI:Vəzifəsini itirən məmur KİMDİR?
Gündəm

Sərəncam İMZALANDI:Vəzifəsini itirən məmur KİMDİR?

13/07/2026 11:23
55
Mirşahindən “televizora baxmıram” deyənlərə sərt sözlər: Ən ağır… – VİDEO
Gündəm

Mirşahindən “televizora baxmıram” deyənlərə sərt sözlər: Ən ağır… – VİDEO

13/07/2026 08:56
63
İki qonşuda savaş – sərhədlər BU TARİXƏDƏK açılmayacaq
Gündəm

İki qonşuda savaş – sərhədlər BU TARİXƏDƏK açılmayacaq

11/07/2026 08:49
58
“WhatsApp”dan yeni funksiya: Artıq özü xatırladacaq
Gündəm

“WhatsApp”dan yeni funksiya: Artıq özü xatırladacaq

10/07/2026 22:50
55
“Arzum9999” üçün imza toplanır – Azadlığa buraxılacaq?
Gündəm

“Arzum9999” üçün imza toplanır – Azadlığa buraxılacaq?

09/07/2026 11:45
66
Ana cəza çəkirsə, uşaqların himayəsini kim üzərinə götürür? – HÜQUQİ İZAH
Gündəm

Ana cəza çəkirsə, uşaqların himayəsini kim üzərinə götürür? – HÜQUQİ İZAH

03/07/2026 15:49
59

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Zirədə çimərlikdə narahatlıq yaradan görüntülər

Zirədə çimərlikdə narahatlıq yaradan görüntülər

14/07/2026 23:50
54
Seda Sayan evli cütlüklərə xəbərdarlıq etdi

Seda Sayan evli cütlüklərə xəbərdarlıq etdi

14/07/2026 23:29
54
Neslihan Atagül yeni paylaşımı ilə diqqət çəkdi

Neslihan Atagül yeni paylaşımı ilə diqqət çəkdi

14/07/2026 23:00
54
Tehran Vaşinqtonun bu əməlini PİSLƏDİ

Tehran Vaşinqtonun bu əməlini PİSLƏDİ

14/07/2026 22:36
54

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
İrəvan xanlığının yadigarı – Dəmirbulaq məscidi

İrəvan xanlığının yadigarı – Dəmirbulaq məscidi

14/07/2026 11:17
60

Şuşadan dünyaya verilən mesaj

Şuşadan dünyaya verilən mesaj

13/07/2026 18:01
59

Göy məscid: İrəvanın mavi incisi və Azərbaycan memarlığının şah əsəri

Göy məscid: İrəvanın mavi incisi və Azərbaycan memarlığının şah əsəri

13/07/2026 09:17
71

Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

10/07/2026 09:29
69

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.