ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışıqlar zamanı İranla bağlı sərt mövqe nümayiş etdirib.
Gündəm24.az xəbər verir ki, Tramp Tehran rəhbərliyinin nüvə proqramını yenidən bərpa etməyə cəhd göstərəcəyi təqdirdə, ABŞ-ın buna hərbi cavab verməyə hazır olduğunu bildirib.
Amerika lideri qeyd edib ki, İranın nüvə silahı əldə etməsinə yol verilməyəcək və belə bir hal baş verərsə, Vaşinqton qətiyyətlə müdaxilə edəcək. Bununla yanaşı, Tramp problemin hərbi deyil, diplomatik yollarla həllinə üstünlük verdiyini də vurğulayıb.
Onun sözlərinə görə, Tehran razılaşmaya açıqdırsa, bu, daha məqbul və ağıllı seçim olar. ABŞ prezidenti ümid etdiyini bildirib ki, vəziyyət gərgin mərhələyə keçməyəcək və məsələ danışıqlar yolu ilə həll olunacaq.













