Çjan Hanhui bildirib ki, “29 dekabr 2025-ci il tarixindən etibarən Çin Xalq Azadlıq Ordusunun Şərq Teatr Komandanlığı “Ədalət Missiyası 2025″ təliminə başlayıb”.
Gündəm24.az xəbər verir ki, Çinin Moskvadakı səfiri Çjan Hanhui Pekinin Tayvan boğazında istənilən pis niyyətli təxribatlara qəti və sərt cavab verəcəyini bildirib. O vurğulayıb ki, Tayvan məsələsində “qırmızı xətti” keçən addımlar Çinin qətiyyətli reaksiyası ilə nəticələnəcək və bu çərçivədə Tayvanın silahlanmasında iştirak edən 20 ABŞ hərbi-sənaye şirkəti və 10 yüksək vəzifəli şəxsə sanksiya tətbiq olunub. Səfir əlavə edib ki, Çin Xalq Azadlıq Ordusu “Ədalət Missiyası 2025” təlimlərinə başlayıb və bu addımlar separatçı qüvvələrə və xarici müdaxilələrə açıq xəbərdarlıqdır.
Sədaqət Həsənova














