Çərşənbə, Aprel 29, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Avtomobil bazarındakı dəyişiklik KASKO sığortasını da vurdu

08/03/2026 18:58
CƏMİYYƏT
46 1
Avtomobil bazarındakı dəyişiklik KASKO sığortasını da vurdu
60
Baxış sayı

Sığorta bazarında ilin ilk ayı KASKO seqmentində ziddiyyətli dinamika ilə yadda qalıb. Azərbaycanın sığorta şirkətləri cari ilin yanvarında avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə 5 milyon 452 min manat sığorta haqqı toplayıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz və ya 164 min manat azdır. 2025-ci ilin yanvarında bu göstərici 5 milyon 616 min manat təşkil etmişdi. Eyni zamanda bu ilin yanvarında ödənişlər artıb – KASKO üzrə 2 milyon 429 min manat ödəniş həyata keçirilib ki, bu da illik müqayisədə 1,6 faiz və ya 38 min manat çoxdur. Nəticədə zərər əmsalı yüksələrək hər 100 manat yığıma qarşı 44,6 manat ödəniş səviyyəsinə çatıb. Yığımların azalması və ödənişlərin artması fonunda bazarın hansı istiqamətdə hərəkət etdiyi maraq doğurur. Bəs, görəsən, 2,9 faizlik azalma mövsümi dalğalanmadır, yoxsa daha dərin proseslərin ilkin siqnalıdır?

“Ölkə.az” mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir:

Avtomobil bazarındakı dəyişiklik KASKO sığortasını da vurdu

Sığorta mütəxəssisi Şahin İsmayılovun sözlərinə görə, yanvar ayı üzrə yığımların azalmasına əsas səbəb avtomobil idxalında gözlənilən dəyişiklikdir: “Azərbaycan sığorta sektorunda avtomobillərin KASKO sığortası üzrə yığımlarda xoşagəlməz azalma müşahidə olunur. 2025-ci ilin yanvar ayı ilə müqayisədə bu ilin yanvar ayı üzrə yığımlarda 2,9 faiz azalma var. Buna bir neçə amil öz təsirini göstərir. İlkin olaraq, Çindən idxal edilən avtomobillərə tətbiq olunan güzəşt müddətinin bitməsi və bu avtomobillərin qiymətində hiss edilən artım qeyd olunmalıdır. Bu, həm avtomobil idxalının müəyyən qədər azalmasına, həm də KASKO sığorta qiymətinə öz təsirini göstərib”.

“Endirim kampaniyaları dayandırılıb”

Ş.İsmayılov bildirdi ki, başqa bir məsələ, keçən il sığorta şirkətlərinin KASKO sığortasına tətbiq etdikləri endirim kampaniyalarının 2026-cı ildən dayandırılmasıdır: “Bu qiymət siyasəti keçən ilki müştərilərin KASKO sığortasını yeniləməkdən imtina etməsinə səbəb olub. Bu da öz növbəsində statistikada özünü aşkar şəkildə göstərir. Vətəndaşlar arasında riskə yanaşma amili də gözlənilən səviyyədə deyil. Bir çox sürücülər KASKO sığortanı “lüks” məhsul kimi görür və yalnız avtomobilin icbari sığortası ilə kifayətlənirlər. Əsasən çox yüksək qiymətə alınan avtomobil sahibləri KASKO sığortasına müraciət edirlər. İnsanların maddi vəziyyətinin də sığorta bazarına təsiri göz önündədir. Bir çox vətəndaşlar könüllü sığorta məhsullarına əlavə xərc kimi baxırlar və əsasən öz gündəlik tələbatlarını ödəməyə fokuslanırlar”.

Avtomobil bazarındakı dəyişiklik KASKO sığortasını da vurdu

“Yığım azalır, hadisələr artır”

Mütəxəssisin fikrincə, KASKO yığımlarının azalmasına baxmayaraq, hadisə sayı artır: “Belə olduqda sığorta şirkətləri daha böyük məbləğdə ödənişlər etmək məcburiyyəti qarşısında qalırlar. Xərcləri artan sığorta şirkətləri tarifləri artırmaqla bu vəziyyətdən çıxmağa çalışır və nəticə müştəri itirilməsinə gətirib çıxarır. Taksi və kuryer xidmətləri də qəza hadisələrinin sayının artmasına öz təsirini göstərir. Əsasən kuryerlərlə əlaqəli qəza hadisələri hiss ediləcək dərəcədə artmaqdadır”.

Ş.İsmayılovun sözlərinə görə, belə davam edərsə, 2026-cı il üçün KASKO sığorta satışında daha böyük azalmalar müşahidə edilə bilər: “Bunun baş verməməsi üçün sığorta şirkətləri təbliğat işini artırmalı və qiymət siyasətinə yenidən baxmalıdırlar. Bazarın daralması həm iqtisadiyyatımız üçün, həm də sığorta şirkətləri üçün yaxşı heç nə vəd etmir”.

Avtomobil bazarındakı dəyişiklik KASKO sığortasını da vurdu

“Ötən ilki artımın səbəbi…”

Sığorta Agentləri Assosiasiyasının təsisçisi Vüsal Bədəlov da düşünür ki, azalma əsasən gömrükdə baş verən dəyişikliklərlə bağlıdır: “Yanvar ayındakı azalma gömrük xərclərinin artırılması və ölkəyə gətirilən avtomobillərin sayının azalması ilə əlaqələndirilir. Ölkəmizə gətirilən avtomobillərin sayında cari ildə azalma müşahidə olunur. Ötən il Azərbaycana idxal edilən Çin avtomobillərinin sayının artması, eyni zamanda bu avtomobillərin ehtiyat hissələrinin və təmir xərclərinin kifayət qədər baha olması vətəndaşları KASKO sığortası etdirməyə daha çox təşviq etmişdi. Keçən il qeydə alınan artım əsasən bununla bağlı idi”.

V.Bədəlovun fikrincə, bir çox şirkətlər müştəri itirməmək üçün tarifləri dəyişiblər, bu isə yığımlara öz təsirini göstərib: “Bununla yanaşı, sığorta bazarında tarif siyasətinin daha fərdi və çevik tətbiq olunması da rol oynayır. Şirkətlər portfellərində daha çox yer tutmaq və KASKO üzrə müraciət edən müştəriləri itirməmək üçün tariflərə daha individual yanaşırlar. Əvvəlki illərlə müqayisədə tarif cədvəllərində müəyyən dəyişikliklər də müşahidə olunur ki, bu da fərqin yaranmasına təsir edir”.

Avtomobil bazarındakı dəyişiklik KASKO sığortasını da vurdu

“Martdan sonra bazar əvvəlki vəziyyətinə qayıdacaq”

Müsahibimiz gələcək aylarda bu tendensiyanın davam edəcəyini düşünmür: “İnsanlar mart ayından sonra yeni qiymətlərə uyğunlaşacaq, bununla da avtomobil satışı və alışı ilə bağlı aktivlik arta bilər. Beləliklə, azalma davamlı xarakter daşımayacaq. Martdan sonra bazarın əvvəlki vəziyyətinə qayıtması mümkündür. Lakin avtomobil bazarında durğunluq yaranarsa, bu, birbaşa KASKO sığortasına da təsir göstərə bilər”.

V.Bədəlovun fikrincə, mövcud dinamika davam edərsə, sığorta yığımlarında azalma davamlı olacaq: “Bunun qarşısını almaq üçün sığorta şirkətləri maarifləndirmə işlərini gücləndirməli, KASKO ilə bağlı xidmət səviyyəsini artırmalı və müştəri inamını möhkəmləndirməlidirlər. Bu halda sığorta yığımlarında artım mümkündür”.

Oxşarxəbərlər

Kəmaləddin Heydərov əmr imzaladı
CƏMİYYƏT

Kəmaləddin Heydərov əmr imzaladı

29/04/2026 17:38
50
DSMF-də yeni təyinat – FOTO
CƏMİYYƏT

DSMF-də yeni təyinat – FOTO

29/04/2026 17:25
50
Bakıda evinin önündə maşın saxlayanlar CƏRİMƏ OLUNACAQ
CƏMİYYƏT

Bakıda evinin önündə maşın saxlayanlar CƏRİMƏ OLUNACAQ

29/04/2026 16:15
50
TƏCİLİ! Sevinc Hüseynova Azərbaycana GƏTİRİLDİ
CƏMİYYƏT

TƏCİLİ! Sevinc Hüseynova Azərbaycana GƏTİRİLDİ

29/04/2026 14:55
61
Eminin şirkəti bu rayonlarda yaşayış məhəlləsi tikəcək
CƏMİYYƏT

Eminin şirkəti bu rayonlarda yaşayış məhəlləsi tikəcək

29/04/2026 14:30
64
Sürücülük vəsiqələri ilə bağlı YENİLİK: Nələr olacaq?
CƏMİYYƏT

Sürücülük vəsiqələri ilə bağlı YENİLİK: Nələr olacaq?

29/04/2026 14:27
72

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

85 yaşlı Flora Kərimovanın səhhəti pisləşdi: “İki ay əvvəl…”

85 yaşlı Flora Kərimovanın səhhəti pisləşdi: “İki ay əvvəl…”

29/04/2026 18:11
50
Kəmaləddin Heydərov əmr imzaladı

Kəmaləddin Heydərov əmr imzaladı

29/04/2026 17:38
50
DSMF-də yeni təyinat – FOTO

DSMF-də yeni təyinat – FOTO

29/04/2026 17:25
50
Prezident fərman imzaladı

Prezident fərman imzaladı

29/04/2026 17:10
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
SON DƏQİQƏ: İsraildə gərginlik artır – ordu Netanyahunun qərarlarına qəzəbli

SON DƏQİQƏ: İsraildə gərginlik artır – ordu Netanyahunun qərarlarına qəzəbli

27/04/2026 09:37
60

TƏCİLİ: İran Hörmüz boğazı ilə bağlı ABŞ-a kritik təklif verdi!

TƏCİLİ: İran Hörmüz boğazı ilə bağlı ABŞ-a kritik təklif verdi!

27/04/2026 08:38
60

TƏCİLİ: ABŞ narkotik gəmisini vurdu – ölənlər var!

TƏCİLİ: ABŞ narkotik gəmisini vurdu – ölənlər var!

27/04/2026 08:17
65

ŞOK: Pxenyandan Moskva mesajı – Kim Çen In geri çəkilmir

ŞOK: Pxenyandan Moskva mesajı – Kim Çen In geri çəkilmir

27/04/2026 08:10
59

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.