Şənbə, Sentyabr 19, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Azərbaycanda əhali sayı 2 milyon azalacaq – Tarix açıqlandı

19/09/2026 13:50
CƏMİYYƏT, Manşet
829 8
Azərbaycanda əhali sayı 2 milyon azalacaq – Tarix açıqlandı
693
Paylaşım sayı
962
Baxış sayı
SƏSİ YOXLA - BURANI BAS

Azərbaycanda doğum sayının azalması yaxın illərdə təhsil sistemində də özünü göstərəcək. Elm və təhsil naziri Emin Əmrullayevin açıqlamasına görə, 2029-2030-cu illərdə birinci sinfə gedən uşaqların sayında azalma müşahidə olunacaq. Bu, yalnız məktəblərdə şagird sayının azalması ilə məhdudlaşmayan, ölkənin gələcək demoqrafik mənzərəsi baxımından da diqqət tələb edən məsələdir.

Doğum səviyyəsinin aşağı düşməsinin qarşısının alınması və ailələrin uşaq sahibi olmağa təşviq edilməsi üçün hansı addımlar atılmalıdır?

Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli deyib ki, doğum səviyyəsinin azalması demoqrafik problemlər yarada bilər:

“Bu, gələcəkdə ölkə əhalisinin sayının azalmasına və əhali artımının zəifləməsinə səbəb ola bilər. Əlbəttə, müxtəlif proqramlar və stimullaşdırıcı tədbirlər vasitəsilə demoqrafik vəziyyəti yaxşılaşdırmaq mümkündür. Hesab edirəm ki, gənc ailələrə və ya ikinci uşağı olan ailələrə müəyyən əlavə güzəşt və proqramların tətbiqi mümkündür. Məsələn, güzəştli mənzil imkanlarının yaradılması, mənzil şəraitinin yaxşılaşdırılması, əlavə müavinətlərin verilməsi, vergidən azadolmalar və ya sosial ödənişlərdə müəyyən güzəştlərin tətbiqi mümkündür”.

İqtisadçının fikrincə, ailələrin iqtisadi vəziyyətindən asılı olaraq müəyyən müavinətlərin verilməsi də təşviq oluna bilər:

eyyub kerimli 900x614 1

Eyyub Kərimli

“Bu da öz növbəsində demoqrafik vəziyyətin yaxşılaşdırılmasına və doğumun stimullaşdırılmasına dəstəkdir. Burada həmçinin hamilə qadınlar üçün müəyyən əlavə güzəştlərin tətbiq olunması, iş yerlərində isə iş şəraitinin yaxşılaşdırılması istiqamətində islahatların aparılması müsbət töhfə verə və faydalı ola bilər”.

Sosioloq Mail Yaqub isə təəssüf hissi ilə ortada acı gerçəkliyin olduğunu vurğulayıb:

“Son illərdə Azərbaycanda doğum dinamikasında azalma müşahidə olunur. Əgər bu tendensiyanın qarşısı alınmasa, ölkəni gələcəkdə ciddi demoqrafik problemlər gözləyə bilər və əhali sayında azalma baş verər. Bu problemin həlli üçün bir neçə istiqamətdə addımlar atılmalıdır. İlk növbədə, gənclərin ailə qurması asanlaşdırılmalıdır”.

Sosioloq bildirib ki, bu gün gənclərin ailə qurmaqdan çəkinməsinin əsas səbəblərindən biri sosial-iqtisadi amillərlə bağlıdır:

“Mənzil problemi, maddi çətinliklər və məşğulluq məsələləri burada mühüm rol oynayır. Nikahların sayı azaldıqca doğum göstəricilərinin də aşağı düşməsi qaçılmazdır. İkinci mühüm məsələ boşanmaların artmasıdır.

mail yaqub

Mail Yaqub

Azərbaycanda boşanma hallarının sürətlə çoxalması ailə institutuna və doğum dinamikasına təsir göstərir. Bu səbəbdən ailələrin qorunmasına yönəlmiş tədbirlərin gücləndirilməsi vacibdir. Digər tərəfdən, maddi imkanları yaxşı olan ailələrdə də çoxuşaqlı ailə modelinə maraq yüksək deyil. Bu istiqamətdə stimullaşdırıcı mexanizmlər tətbiq olunmalıdır”.

M.Yaqub deyib ki, üçüncü uşağın dünyaya gəlməsindən sonra ailələrə əlavə maliyyə dəstəyi göstərilməsi, uşaqlara müavinətlərin verilməsi və çoxuşaqlı ailə statusunun müəyyənləşdirilməsi məsələlərinə yenidən baxılmalıdır:

“Bəzi ölkələrdə bu cür təşviq proqramları tətbiq edilir. Hazırda Azərbaycanda çoxuşaqlı ailə modeli beş uşaq hesab olunur. Bu meyarın üç uşağa endirilməsi və xüsusilə üçüncü uşaqdan sonra ailələrə dövlət tərəfindən daha geniş sosial dəstəyin göstərilməsi təklif olunur. Bu addımlar həyata keçirilsə, demoqrafik problemlərin qarşısının alınması mümkün ola bilər. Əks halda, bəzi beynəlxalq təşkilatların proqnozlarına görə, uzunmüddətli perspektivdə Azərbaycanın əhali sayında 2100-cü ilə kimi ən azı 2 milyon azalma baş verə bilər. Bu prosesin qarşısını almaq mümkündür və bunun üçün vaxtında, məqsədyönlü addımların atılması vacibdir”.

Oxşarxəbərlər

Beynəlxalq aeroportun yaxınlığında ard-arda PATLAYIŞLAR!- Bu ölkədə
Dünya

Beynəlxalq aeroportun yaxınlığında ard-arda PATLAYIŞLAR!- Bu ölkədə

19/09/2026 16:41
956
Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular – VİDEO
Manşet

Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular – VİDEO

19/09/2026 16:22
956
Təyyarədə dava düşdü – ANBAAN VİDEO
Hadisə

Təyyarədə dava düşdü – ANBAAN VİDEO

19/09/2026 16:04
964
Prezident məşhur şairin xanımını təltif etdi – FOTO
Manşet

Prezident məşhur şairin xanımını təltif etdi – FOTO

19/09/2026 15:52
959
39 yaşlı kişi kanalda batdı
Hadisə

39 yaşlı kişi kanalda batdı

19/09/2026 15:50
954
23 saatlıq əməliyyat Cənubi Qafqazı belə dəyişdi
CƏMİYYƏT

23 saatlıq əməliyyat Cənubi Qafqazı belə dəyişdi

19/09/2026 15:31
954

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Beynəlxalq aeroportun yaxınlığında ard-arda PATLAYIŞLAR!- Bu ölkədə

Beynəlxalq aeroportun yaxınlığında ard-arda PATLAYIŞLAR!- Bu ölkədə

19/09/2026 16:41
956
Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular – VİDEO

Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular – VİDEO

19/09/2026 16:22
956
Təyyarədə dava düşdü – ANBAAN VİDEO

Təyyarədə dava düşdü – ANBAAN VİDEO

19/09/2026 16:04
964
Prezident məşhur şairin xanımını təltif etdi – FOTO

Prezident məşhur şairin xanımını təltif etdi – FOTO

19/09/2026 15:52
959

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
957

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
960

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
960

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

16/09/2026 07:29
961

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.