Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində yenidən kütləvi və güclü partlayış səsləri eşidilib.
Gündəm24.az xəbər verir ki, bu barədə Çinin “Xinhua” xəbər agentliyinin hadisə yerində olan müxbiri məlumat yayıb.
Şahidlərin verdiyi məlumata görə, partlayışlardan dərhal sonra Kral Xaled adına Beynəlxalq Hava Limanı istiqamətindən qatı tüstü sütunu yüksəlməyə başlayıb.
Zərbələrin raket və ya dron hücumu nəticəsində baş verdiyi, hava hücumundan müdafiə sistemlərinin işə düşüb-düşmədiyi və tələfat haqqında hələ ki rəsmi açıqlama verilməyib.
Ərazidə təhlükəsizlik tədbirləri maksimum səviyyəyə qaldırılıb.//musavat.com














