Bazar ertəsi, Oktyabr 12, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Azərbaycanda ən tez və ən gec satılan MAŞINLAR

24/09/2026 23:01
CƏMİYYƏT
809 25
Azərbaycanda ən tez və ən gec satılan MAŞINLAR
690
Paylaşım sayı
959
Baxış sayı
Avtomobil bazarında bəzi modellər digər nəqliyyat vasitələri ilə müqayisədə daha tez alıcı tapır. Xüsusilə qiyməti, yanacaq sərfiyyatı, ehtiyat hissələrinin əlçatanlığı və sonrakı satış imkanları alıcıların seçimində mühüm rol oynayır.
Hazırda Azərbaycanda ən çox tələbat görən və ən gec satılan avtomobillər hansılardır? Çin avtomobillərinin bazara daxil olması avtomobil bazarında vəziyyəti necə dəyişib?
Gündəm24.az   xəbər verir ki, nəqliyyat üzrə ekspert Razil Nağıyev Demokrat.az-a açıqlamasında hazırda Azərbaycanda avtomobil bazarında daha çox tələbat görən nəqliyyat vasitələrinin, əsasən, yanacağa qənaət etməsi, münasib servis xərcləri, ehtiyat hissələrinin əlçatanlığı və sonradan rahat satılma imkanı ilə seçilən avtomobillər olduğunu bildirib:
“Daha gec satılan avtomobillər isə adətən yüksək yanacaq sərfiyyatına malik, servis və ehtiyat hissələri çətin tapılan, texniki vəziyyəti qeyri-müəyyən və ya bazar dəyərindən baha təklif olunan avtomobillərdir. Statistik göstəricilər də bazardakı aktivliyi təsdiqləyir. 2024-cü ildə Azərbaycana 82 434 ədəd minik avtomobili idxal olunub. Həmin dövrdə ölkədə təxminən 29 456 Çin istehsalı avtomobilinin qeydiyyata alındığı bildirilir. 2025-ci il üzrə açıq bazar hesablamalarında Çin markalarının yeni avtomobil satışlarında payının təxminən 68 faizə çatdığı qeyd olunur”.
Ekspert qeyd edib ki, Çin avtomobillərinin bazara geniş daxil olması ənənəvi markalarla rəqabəti ciddi şəkildə artırıb:
“Bu avtomobillər münasib qiymət, zəngin komplektasiya, müasir dizayn, hibrid və elektrik versiyalarının genişliyi ilə alıcılar üçün yeni alternativ yaradıb. Nəticədə yeni avtomobil seqmentində qiymət və təchizat baxımından rəqabət güclənib. Ənənəvi markaların əsas üstünlüyü isə servis şəbəkəsinin, ehtiyat hissələrinin və ikinci əl bazarının daha oturuşmuş olmasıdır. Çin avtomobillərində ilkin qiymət və avadanlıq üstünlüyü daha çox nəzərə çarpsa da, uzunmüddətli etibarlılıq, ehtiyat hissələrinin davamlı təminatı və sonrakı satış dəyəri alıcıların diqqət yetirdiyi əsas məsələlər olaraq qalır. Çin avtomobillərinin bazara daxil olması seçim imkanlarını genişləndirib və ənənəvi markaları qiymət, zəmanət və servis imkanları baxımından daha rəqabətli təkliflər verməyə sövq edib”.

Oxşarxəbərlər

Media və Yayım Şurası vətəndaşları süni informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı
CƏMİYYƏT

Media və Yayım Şurası vətəndaşları süni informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12/10/2026 19:32
951
18 avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir
CƏMİYYƏT

18 avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir

12/10/2026 19:31
951
Sabahla bağlı RƏSMİ XƏBƏRDARLIQ
CƏMİYYƏT

Sabahla bağlı RƏSMİ XƏBƏRDARLIQ

12/10/2026 18:24
954
Evini kirayəyə verənlər üçün QAYDALAR AÇIQLANDI
CƏMİYYƏT

Evini kirayəyə verənlər üçün QAYDALAR AÇIQLANDI

12/10/2026 18:24
952
Sabah yola çıxanlar bunu nəzərə alsın
CƏMİYYƏT

Sabah yola çıxanlar bunu nəzərə alsın

12/10/2026 16:31
956
Mənzil Alanlara ŞAD XƏBƏR: Bu Məbləğ Sizə GERİ ÖDƏNİLƏCƏK!
CƏMİYYƏT

Mənzil Alanlara ŞAD XƏBƏR: Bu Məbləğ Sizə GERİ ÖDƏNİLƏCƏK!

12/10/2026 14:20
991

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Müdafiə Nazirliyi məlumat yaydı – FOTO/VİDEO

Müdafiə Nazirliyi məlumat yaydı – FOTO/VİDEO

12/10/2026 19:41
951
Media və Yayım Şurası vətəndaşları süni informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

Media və Yayım Şurası vətəndaşları süni informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12/10/2026 19:32
951
18 avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir

18 avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir

12/10/2026 19:31
951
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşdü – FOTO

Vilayət Eyvazov iranlı həmkarı ilə görüşdü – FOTO

12/10/2026 18:42
952

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Rusiya komandirindən iddia: Əsir hərbçinin sinəsinə tank əleyhinə mina bərkidilib

Rusiya komandirindən iddia: Əsir hərbçinin sinəsinə tank əleyhinə mina bərkidilib

12/10/2026 14:53
976

Lavrov Livanın xarici işlər naziri ilə görüşdü: Regional vəziyyət müzakirə olunur

Lavrov Livanın xarici işlər naziri ilə görüşdü: Regional vəziyyət müzakirə olunur

12/10/2026 14:38
977

Qərbi Azərbaycanın tarixi incisi: Qurumsulu kəndinin unudulmayan keçmişi

Qərbi Azərbaycanın tarixi incisi: Qurumsulu kəndinin unudulmayan keçmişi

12/10/2026 08:49
957

Cənubi Koreya Ukraynadakı səfirini geri çağırdı

Cənubi Koreya Ukraynadakı səfirini geri çağırdı

10/10/2026 08:47
989

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In