Çərşənbə, Aprel 29, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Azərbaycan üçün yeni uşaqpulu modeli – Ayda 100 manat…

29/04/2026 09:11
CƏMİYYƏT
42 1
Azərbaycan üçün yeni uşaqpulu modeli – Ayda 100 manat…
54
Baxış sayı

Rusiyada hamilə qadın doğulacaq körpə üçün verilən zəruri əşyalarla dolu çantanı nümayiş etdirib. Çantanın içində körpəyə lazım ola biləcək bir çox əşyalar yer alıb. Bu təşəbbüsün bütün regionlara aid olmadığı və yalnız Rusiya vətəndaşları üçün nəzərdə tutulduğu iddia edilir.

Digər ölkələrdə də oxşar dəstək mexanizmləri mövcuddur. Məsələn, Türkiyədə uşaq dünyaya gəldikdən sonra bələdiyyələr tərəfindən müəyyən müddət ərzində maddi yardım göstərilir. Bu vəsait əsasən ilkin ehtiyacların, o cümlədən uşaq bezi kimi zəruri məhsulların alınmasına yönəlir. Qazaxıstanda da yeni doğulan körpələr üçün ailələrə birdəfəlik ödənişlər edilir.

Bəs Azərbaycanda bu sistem necədir?

Gündəm24.az    xəbər verir ki, globalinfo.az-a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova deyib ki, ölkəmizdə uşağın anadan olmasına görə birdəfəlik 600 manat müavinət verilir:

“Bu müavinət xaricində, bütün uşaqlara universal aylıq uşaqpulu sistemi tətbiq edilmir. Uşaqpulu mövzusu uzun illərdir ictimai müzakirə edilir, lakin təəssüf ki, hələ də real nəticə əldə olunmayıb. Əgər uşaqpulu ödənilərsə, gənc ailələrə dəstək olar, ailənin uşaq bezi, qida, dərman xərcləri yüngülləşər. Azərbaycanda uşağın aylıq xərcləri yüksəkdir. İşsizlik həddinin 2-6%, yoxsulluq həddinin 3-4%, minimum əmək haqlarının ölkəmizdəkindən dəfələrlə yüksək olduğu inkişaf etmiş Avropa ölkələrində hər bir uşağa 18 yaşınadək sosial müavinət verilir. Bu istiqamətdə dəfələrlə təkliflərlə çıxış etmişəm”.

V.Əhmədovanın fikrincə, uşaqlar üçün müavinətlərin verilməsi mümkündür:

“Məsələn, 0-6 yaş qrupları üzrə uşaqlara 100 manat məbləğində müavinət çox asanlıqla təyin edilə bilər. Ölkədəki 0-6 yaş qrupundakı uşaqların cəmi sayının təqribən 1.1 milyon nəfər təşkil etdiyini nəzərə alsaq, hər bir uşaq üçün aylıq 100 manat məbləğində müavinət verilsə, bu, illik 1 milyard 320 milyon manat təşkil edəcək. Bu məbləğin büdcə üçün böyük yük olacağını düşünmürəm.

Digər 6-18 yaş qrupları üzrə uşaqlar üçün isə müəyyən təhsil imkanları yaradıla bilər. Məsələn, 6 yaşı tamam olan hər bir uşaq üçün bank hesabı açılsın, aylıq müavinətlər bank hesabına toplansın və uşağın 18 yaşı tamam olduqda toplanan vəsait onun istifadəsinə verilsin. Həmin müddət ərzində isə bank vəsaiti iqtisadiyyata investisiya edə bilər. 18 yaşı tamam olan vətəndaş hesabında toplanan vəsaiti alaraq, məsələn, təhsilinə xərcləyə bilər.

Ölkədəki 6-18 yaş qrupundakı uşaqların sayının təxminən 1.7 milyon nəfər olduğunu götürsək, hər bir uşaq üçün aylıq 100 manat müavinət banka yatırılsa, 18 yaşına çatan hər bir uşağın bank hesabında 14 min 400 manat vəsait toplanmış olacaq. Beləliklə gənclər 18 yaşına gəldikdə sıfırdan başlamaq məcburiyyətində qalmazlar”.

İqtisadçı deyib ki, dövlət bu vəsaiti gəlir gətirən aktivlərə yatırmaqla büdcə yükünü azalda və hətta uzunmüddətli qazanc yarada bilər:

“Məsələn, vəsait illik 4-7 faiz gəlir gətirən dövlət istiqrazlarına yönəldilə bilər. Eləcə də, vəsaitin Dövlət Neft Fondu kimi peşəkar fond vasitəsilə investisiya edilməsi mümkündür. Bu halda illik orta hesabla 5-8 faiz real gəlir əldə olunacaq. Nəticədə, əldə olunan gəlirlə infrastruktur layihələri, ixrac sənayesi, kənd təsərrüfatı maliyyələşdirilə bilər. Bu səbəbdən uşaq kapital hesabının yaradılmasını daha məntiqli hesab edirəm”.

Oxşarxəbərlər

Kiloqramı 65 manat oldu – Qiyməti buna görə qalxır
CƏMİYYƏT

Kiloqramı 65 manat oldu – Qiyməti buna görə qalxır

29/04/2026 10:30
50
Bu pulları dərhal DƏYİŞDİRİN
CƏMİYYƏT

Bu pulları dərhal DƏYİŞDİRİN

29/04/2026 09:49
54
Paytaxtla bağlı XƏBƏRDARLIQ – “Bu qurğuların istismar müddəti…”
CƏMİYYƏT

Paytaxtla bağlı XƏBƏRDARLIQ – “Bu qurğuların istismar müddəti…”

29/04/2026 09:47
50
Mənzil bazarında “iyun boşluğu” — Ucuzlaşma olacaq
CƏMİYYƏT

Mənzil bazarında “iyun boşluğu” — Ucuzlaşma olacaq

29/04/2026 09:36
50
Məşhur ticarət mərkəzi BAĞLANIR? – VİDEO
CƏMİYYƏT

Məşhur ticarət mərkəzi BAĞLANIR? – VİDEO

29/04/2026 09:09
50
Bu günün Bakının iki rayonunda qaz olmayacaq
CƏMİYYƏT

Bu günün Bakının iki rayonunda qaz olmayacaq

29/04/2026 08:25
51

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bakıda makler həbs edildi – Yarım milyonluq fırıldaq

Bakıda makler həbs edildi – Yarım milyonluq fırıldaq

29/04/2026 10:35
50
Kiloqramı 65 manat oldu – Qiyməti buna görə qalxır

Kiloqramı 65 manat oldu – Qiyməti buna görə qalxır

29/04/2026 10:30
50
Yevlaxda avtomobil aşdı – 10 yaşlı qız öldü

Yevlaxda avtomobil aşdı – 10 yaşlı qız öldü

29/04/2026 10:06
52
Pəhləvi çağırış etdi: İrana zərbələr endirin!

Pəhləvi çağırış etdi: İrana zərbələr endirin!

29/04/2026 10:03
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
SON DƏQİQƏ: İsraildə gərginlik artır – ordu Netanyahunun qərarlarına qəzəbli

SON DƏQİQƏ: İsraildə gərginlik artır – ordu Netanyahunun qərarlarına qəzəbli

27/04/2026 09:37
60

TƏCİLİ: İran Hörmüz boğazı ilə bağlı ABŞ-a kritik təklif verdi!

TƏCİLİ: İran Hörmüz boğazı ilə bağlı ABŞ-a kritik təklif verdi!

27/04/2026 08:38
60

TƏCİLİ: ABŞ narkotik gəmisini vurdu – ölənlər var!

TƏCİLİ: ABŞ narkotik gəmisini vurdu – ölənlər var!

27/04/2026 08:17
65

ŞOK: Pxenyandan Moskva mesajı – Kim Çen In geri çəkilmir

ŞOK: Pxenyandan Moskva mesajı – Kim Çen In geri çəkilmir

27/04/2026 08:10
57

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.