Çərşənbə axşamı, May 26, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Azərbaycanda rəsmi işçi sayı niyə azalıb? – SƏBƏBLƏR

26/05/2026 14:28
CƏMİYYƏT
39 3
Azərbaycanda rəsmi işçi sayı niyə azalıb? – SƏBƏBLƏR
53
Baxış sayı

Rəsmi məlumatlara əsasən, cari ilin ilk rübündə (yanvar-mart ayları ərzində) ölkədə əmək müqaviləsi ilə çalışanların sayı 1 milyon 808 min 500 nəfərdən, 1 milyon 797 min 600 nəfərə düşüb.

Bu isə o deməkdir ki, cəmi 3 ay ərzində rəsmi işləyənlərin sayı 10 900 nəfər azalıb.

Bu azalma işsizliyin artdığını göstərir, yoxsa insanlar qeyri-rəsmi məşğulluğa yönəlirlər? Və əgər qeyri-rəsmi məşğulluğa yönəlirlərsə, bunun səbəbi nədir?

Bu haqda Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, əmək bazarında belə tərəddüdlər hər zaman müşahidə olunur:

“Hazırda mövsümi işlərin başa çatması ilə əlaqədar müəyyən azalma qeydə alına bilər. Məsələn, bu, mövsümi işlərdə çalışan şəxslərin əmək müqavilələrinə xitam verilməsi ilə bağlı ola bilər. Bunlar kiçik tərəddüdlərdir. Ola bilər ki, növbəti rübdə müəyyən artım müşahidə olunsun və s. Əsas məqam odur ki, əmək bazarında kəskin sıçrayış yoxdur. Hazırda müəyyən durğunluq və sabitləşmə prosesi gedir. Lakin bu, narahatlıq doğuran hal deyil. Ehtimal ki, vəziyyət mövsümi işlərlə bağlıdır. İndi əkin-biçin mövsümü başladığı üçün aqrar sektorda çalışanların sayı artacaq, lakin onların bir çoxunun əmək müqaviləsi olmayacaq”.

Məsələ ilə bağlı iqtisadçı Allahverdi Cəfərov da fikirlərini bölüşüb. Onun sözlərinə əsasən, açıqlanan rəsmi məlumatlar birmənalı şəkildə onu göstərir ki, əmək müqaviləsi ilə çalışanların sayının azalmasının əsas səbəbi bu ilin əvvəlindən tətbiq olunan 3 faizlik gəlir vergisidir:

“Rəqəmlərə diqqət etsək, görərik ki, dövlət sektorunda çalışanların sayı bu ilin ilk rübündə 3,7 min nəfər artıb. Amma, eyni dövrdə qeyri-dövlət sektorunda çalışanların sayı 14 min nəfərdən çox azalıb. Bu isə onu göstərir ki, problem daha çox özəl sektorda yaranıb. Bildiyimiz kimi, əvvəllər özəl sektorda çalışan işçilər gəlir vergisindən azad idilər və bu da əmək münasibətlərinin rəsmiləşməsini stimullaşdırırdı. Məsələn, gəlir vergisinin tətbiq olunmadığı 2025-ci ildə özəl sektorda çalışan işçilərin sayı 46 min nəfərdən çox artıb.

Görünən odur ki, vergi tətbiq olunduqdan sonra bəzi işəgötürənlər 3 faizlik vergidən yayınmaq üçün əmək münasibətlərini qeyri-rəsmi formada saxlamağa üstünlük verirlər. Xüsusilə kiçik bizneslərdə, xidmət və ticarət sektorunda bu meyl daha güclü hiss olunur. Ona görə də hesab edirəm ki, özəl sektorda işçilərinin sayının azalması işsizliyin artmasından çox, onların qeyri-rəsmi məşğulluğa yönəlməsindən xəbər verir. Bu tendensiya davam edərsə, qarşıdakı müddətdə rəsmi işçilərin sayı bir qədər də azala bilər. Nəzərə alsaq ki, növbəti illərdə vergi yükü bir qədər də artacaq, o zaman qeyri-rəsmi məşğulluğa maraq göstərənlərin də sayı arta bilər. Bu problemdən çıxış yolu isə özəl sektorda bəzi işəgötürənlər üçün yenidən vergi güzəştinin tətbiqi olunmasıdır. Məsələn, fərdi sahibkarlar, yaxud müəyyən həddən aşağı dövriyyəsi olan sahibkarlıq subyektləri vergidən azad oluna bilərlər”.

Oxşarxəbərlər

Sarı və narıncı xəbərdarlıq verildi – Bu tarixlərdə
CƏMİYYƏT

Sarı və narıncı xəbərdarlıq verildi – Bu tarixlərdə

26/05/2026 14:06
51
Kolların kəsilməsi barədə yalan məlumat verənlər cərimələnəcək
CƏMİYYƏT

Kolların kəsilməsi barədə yalan məlumat verənlər cərimələnəcək

26/05/2026 13:51
52
Narkoloji xəstələri məhdudiyyət nəzərdə tutulmuş işlərə qəbul edən vəzifəli şəxslər cərimələnəcək
CƏMİYYƏT

Narkoloji xəstələri məhdudiyyət nəzərdə tutulmuş işlərə qəbul edən vəzifəli şəxslər cərimələnəcək

26/05/2026 13:50
53
Azərbaycanda bu şəxslərə maaşın 4 misli miqdarında müavinət ödəniləcək
CƏMİYYƏT

Azərbaycanda bu şəxslərə maaşın 4 misli miqdarında müavinət ödəniləcək

26/05/2026 13:49
52
Gürcüstan və Ermənistanda aviabiletlər niyə Azərbaycandan ucuzdur? – AZAL HƏDƏFDƏ
CƏMİYYƏT

Gürcüstan və Ermənistanda aviabiletlər niyə Azərbaycandan ucuzdur? – AZAL HƏDƏFDƏ

26/05/2026 13:21
51
Ali Məhkəməyə yeni hakimlər təyin olundu
CƏMİYYƏT

Ali Məhkəməyə yeni hakimlər təyin olundu

26/05/2026 13:14
52

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Balaəlinin 130 minlik saatı görənləri şok etdi – FOTO

Balaəlinin 130 minlik saatı görənləri şok etdi – FOTO

26/05/2026 15:36
50
Putin dünyaya xəbərdarlıq etdi: Yeni təhlükə olacaq

Putin dünyaya xəbərdarlıq etdi: Yeni təhlükə olacaq

26/05/2026 15:35
51
“Qurban payı” adı altında aldatma – Ekspertlər həyəcan təbili çalır

“Qurban payı” adı altında aldatma – Ekspertlər həyəcan təbili çalır

26/05/2026 14:45
50
TƏCİLİ! məşhur hoteldə yanğın – Ölən var – Qardaş ölkədə

TƏCİLİ! məşhur hoteldə yanğın – Ölən var – Qardaş ölkədə

26/05/2026 14:36
55

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
ŞOK RƏQƏMLƏR: Rusiyalı diplomat son bir həftədə 50-dən çox mülki şəxsin öldüyünü açıqladı

ŞOK RƏQƏMLƏR: Rusiyalı diplomat son bir həftədə 50-dən çox mülki şəxsin öldüyünü açıqladı

26/05/2026 09:44
54

Rusiyada ailə faciəsi — Körpə də daxil olmaqla 4 uşaq yanğında həlak oldu

Rusiyada ailə faciəsi — Körpə də daxil olmaqla 4 uşaq yanğında həlak oldu

26/05/2026 09:04
59

NATO ölkəsindən sensasion açıqlama: Ukraynaya silah tədarükü “böyük səhv” adlandırıldı

NATO ölkəsindən sensasion açıqlama: Ukraynaya silah tədarükü “böyük səhv” adlandırıldı

26/05/2026 04:45
54

Moskva Tehrana dəstək verdi — Lavrovdan diqqətçəkən açıqlama

Moskva Tehrana dəstək verdi — Lavrovdan diqqətçəkən açıqlama

22/05/2026 16:45
66

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In