Bazar, Oktyabr 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bakıda plana düşən evlərlə bağlı bilinməyənlər – Sakinlərin nəzərinə

28/11/2025 07:00
CƏMİYYƏT
822 17
Bakıda plana düşən evlərlə bağlı bilinməyənlər – Sakinlərin nəzərinə
694
Paylaşım sayı
964
Baxış sayı

Bakıda plana düşən ərazilərin söküntü prosesi genişləndikcə kompensasiya ilə bağlı mübahisələr artır. Köhnə məhəllələrin yerində parklar, yeni binalar tikilir, lakin sakinlər aldıqları vəsaitin həmin ərazilərdə yenidən ev almağa kifayət etmədiyini deyirlər. Üstəlik, bildirilir ki, köhnə evlərin kvadratlarının kiçik olması kompensasiya məbləğini azaldır.

Sökülən evlərin sahiblərinə verilən kompensasiya ədalətlidirmi? Sakinlər həmin vəsaitlə özlərinə yeni mənzil ala bilirlər?

Gündəm24.az  Globalinfo.az-a istinadən xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib ki, burada məsələlər daha çox individual xarakter daşıyır:

“Məsələn, hazırda şəhərin mərkəzində, Mərkəzi Parkın ətrafında söküntü aparılan ərazidə kompensasiyalar dövlət hesabına, kvadratmetri 2700 manatdan ödənilir. Təbii ki, bəzi sakinlər bu məbləğin həmin ərazidə alternativ mənzil almağa kifayət etmədiyini bildirirlər. Həmin evlər istismar müddətini bitirdiyi, təhlükəli olduğu və çox vaxt normativlərə uyğun tikilmədiyi üçün sökülür. Şəhərin mərkəzində 100–200 il əvvəl əsası qoyulan özbaşına tikililər də mövcuddur və onlar mümkün zəlzələ zamanı ciddi risk yaradır. Bu, ilk növbədə sakinlərin təhlükəsizliyi üçün vacibdir.

Hökumətin məqsədi həm də şəhər mərkəzini yeniləmək, köhnəlmiş və artıq paytaxtın görünüşünü korlayan yaşayış fondunu mərhələli şəkildə aradan qaldırmaqdır. Bu binalar gec-tez sökülməlidir. Dövlətin apardığı iş xüsusi qiymətləndirici təşkilatların iştirakı və aşınma dərəcəsi nəzərə alınmaqla həyata keçirilir. Bu səbəbdən bəzən eyni binada yaxşı təmirli və tam təmirsiz mənzillər üçün orta kompensasiya müəyyən olunur, bu da narazılıqlar yarada bilər”.

Bakıda plana düşən evlərlə bağlı bilinməyənlər – Sakinlərin nəzərinə

Elnur Azadov

Ekspert qeyd edib ki, bəzi söküntü işlərini dövlət yox, özəl şirkətlər aparır:

“Özəl sektor çox vaxt xərclərə qənaət etməyə çalışdığına görə sakinlərə təklif olunan kompensasiyalar ədalətsiz ola bilir və mübahisələr daha çox məhz bu sahədə yaranır. Dövlət layihələrində müəyyən standartlar olsa da, özəl şirkətlərin yanaşması bəzən vətəndaşların maraqlarını zədələyə bilər. Sakinlərə tövsiyə olunur ki, özəl şirkətlərlə danışıqlara individual qaydada deyil, hüquqşünasların iştirakı ilə kollektiv şəkildə başlasınlar. Heç bir şifahi razılaşmaya girməməli, bütün təklifləri yazılı şəkildə tələb etməlidirlər. Alternativ mənzil veriləcəksə, onun yeri, ünvanı, təhvil şərtləri, sahənin necə hesablanacağı ilə bağlı bütün detalların rəsmi sənədlərdə qeydi tələb olunmalıdır. Çünki tikinti şirkətləri bu sahədə daha təcrübəlidir. Ona görə də vətəndaşların aldadılma riski yüksəkdir”.

Oxşarxəbərlər

Münasibətlərdə güzəştə getməyən 4 bürc
Gündəm

Münasibətlərdə güzəştə getməyən 4 bürc

18/10/2026 14:45
965
Pensiya və Müavinətlərin Ödəniləcəyi Rəsmi Tarix Açıqlandı
Manşet

Pensiya və Müavinətlərin Ödəniləcəyi Rəsmi Tarix Açıqlandı

18/10/2026 11:36
972
Tələbələri maraqlandıran məsələ: Təqaüdlər artırılacaq?
CƏMİYYƏT

Tələbələri maraqlandıran məsələ: Təqaüdlər artırılacaq?

17/10/2026 21:58
956
Prezidentin qızlarından yeni FOTO
CƏMİYYƏT

Prezidentin qızlarından yeni FOTO

17/10/2026 21:39
954
2027-ci ildə bu məhsullar bahalaşa bilər – ADLAR
CƏMİYYƏT

2027-ci ildə bu məhsullar bahalaşa bilər – ADLAR

17/10/2026 20:34
954
Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək
CƏMİYYƏT

Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək

17/10/2026 17:43
956

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Ərdoğan Azərbaycanı Təbrik Etdi

Ərdoğan Azərbaycanı Təbrik Etdi

18/10/2026 15:50
967
Xalq Artistinə AĞIR İTKİ

Xalq Artistinə AĞIR İTKİ

18/10/2026 15:12
964
Münasibətlərdə güzəştə getməyən 4 bürc

Münasibətlərdə güzəştə getməyən 4 bürc

18/10/2026 14:45
965
Ferhat Göçer Bakıda “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu

Ferhat Göçer Bakıda “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu

18/10/2026 12:53
963

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

16/10/2026 19:02
1k

Qərbi Azərbaycanın Tayçarıq kəndi — tarixi və keçmişi

Qərbi Azərbaycanın Tayçarıq kəndi — tarixi və keçmişi

16/10/2026 08:14
1k

QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

15/10/2026 08:07
966

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

14/10/2026 09:37
983

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.