Bazar, Oktyabr 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bakıda reversiv yollar yaradılacaq? – Ekspert izah edir

25/11/2025 18:00
CƏMİYYƏT
830 9
Bakıda reversiv yollar yaradılacaq? – Ekspert izah edir
694
Paylaşım sayı
964
Baxış sayı

Məlum olduğu kimi, paytaxtın bir çox yollarında pik saatlardan asılı olmayaraq tıxaclar müşahidə olunur. Artıq demək olar ki, həftənin bütün günləri və günün istənilən saatında sözügedən halla qarşılaşırıq. Bu səbəbdən dünya praktikasında geniş tətbiq olunan “reversiv yol” sisteminin Azərbaycana gətirilməsi təklif edilir. Bu, avtomobil yollarında hərəkət istiqamətinin sutkanın müəyyən vaxtlarında dəyişdirildiyi xüsusi zolağa deyilir.

Gündəm24.az  Globalinfo.az-a istinadən xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev deyib ki, tıxac olan küçələrdə məhz avtobus və velosiped zolaqlarının təşkilinin qısa zamanda yaradılması mümkün alternativlərdəndir:

“Tıxac dünən də var idi, bu gün də var. Amma fərq ondadır ki, dünənki tıxacda alternativ yox idi. Bu gün isə avtobus zolaqları şəbəkəsi və mikromobillik zolaqları hərəkət üçün real alternativ yaradır.

Reversiv rejimin tətbiqi bizə nə verəcək? Şəhərimizin küçə-yol şəbəkəsi məhduddur. Tutaq ki, şəhərə giriş istiqamətində hərəkət zolaqlarının sayını artırdıq, amma yenə də darboğaz şəhərin içində yaranır və daxilolma problemi qalır. Tıxacın azalması üçün ciddi alternativlər formalaşdırmaq lazımdır və bunu mərhələli şəkildə etmək vacibdir.

Bu gün ayrılmış avtobus zolağı və mikromobilik zolaq mövcuddursa, bununla paralel piyada infrastrukturu da sürətləndirilməlidir. Piyada səkiləri abadlaşdırılmalı, maneələr aradan qaldırılmalı, təhlükəsiz keçidlər – zebraya, işıqfor malik piyada keçidləri təmin olunmalıdır.

Bakıda reversiv yollar yaradılacaq? - Ekspert izah edir

Rauf Ağamirzəyev

Növbəti mərhələ — relsli nəqliyyatın inkişafıdır. Bu, dövlət proqramında qeyd olunub və ilkin işlər artıq başlayıb. Gələcəkdə həm metroda, həm də dəmir yolunda daha aktiv tikinti işləri aparılacaq. İctimai nəqliyyat növlərinin inkişafı tıxaca birbaşa təsir edən əsas amildir. Çünki avtomobillə səfər edənlərin sayı azaldıqca, mövcud avtomobil istifadəçilərinin müəyyən qismi ictimai nəqliyyata yönəldikcə tıxacın səviyyəsi və davametmə müddəti əhəmiyyətli dərəcədə azalacaq”.

Ekspert deyib ki, insanlara müxtəlif hərəkət imkanları təqdim etmək lazımdır:

“Çünki fərdi avtomobillərin çoxalması həm ekoloji problemlər, həm səs-küy çirkliliyi, həm də şəhərin ən dəyərli resursu olan torpağın qeyri-səmərəli istifadəsi ilə nəticələnir. Daha səmərəli, eyni zamanda, çoxluğun hərəkətini təmin etməliyik.

Hazırda ölkədə mobilliyin transformasiyası baş verir. Yeni zolaq şəbəkəsinin yaradılması ilə yeni alternativlər formalaşır. İnfrastruktur layihələrinin əsas hədəfi də müəyyən qrup avtomobil istifadəçisini ictimai nəqliyyata yönəltməkdir.

Reversiv rejim isə hazırda real fayda vermir. Gələcəkdə, məsələn, Bakı dairəvi yolunun tam başa çatmasından sonra əgər aparılan təhlillər reversiv rejimin şəhərə giriş nöqtələrində effektiv olacağını göstərərsə, o zaman tətbiq edilə bilər. Sürücülər avtomobillərini kənarda park edib şəhər daxilində ictimai nəqliyyatdan istifadə edə bilərlər. Bu, gələcək üçün nəzərdən keçirilə biləcək variantdır”.

Oxşarxəbərlər

Münasibətlərdə güzəştə getməyən 4 bürc
Gündəm

Münasibətlərdə güzəştə getməyən 4 bürc

18/10/2026 14:45
962
Pensiya və Müavinətlərin Ödəniləcəyi Rəsmi Tarix Açıqlandı
Manşet

Pensiya və Müavinətlərin Ödəniləcəyi Rəsmi Tarix Açıqlandı

18/10/2026 11:36
971
Tələbələri maraqlandıran məsələ: Təqaüdlər artırılacaq?
CƏMİYYƏT

Tələbələri maraqlandıran məsələ: Təqaüdlər artırılacaq?

17/10/2026 21:58
956
Prezidentin qızlarından yeni FOTO
CƏMİYYƏT

Prezidentin qızlarından yeni FOTO

17/10/2026 21:39
954
2027-ci ildə bu məhsullar bahalaşa bilər – ADLAR
CƏMİYYƏT

2027-ci ildə bu məhsullar bahalaşa bilər – ADLAR

17/10/2026 20:34
954
Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək
CƏMİYYƏT

Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək

17/10/2026 17:43
956

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Ərdoğan Azərbaycanı Təbrik Etdi

Ərdoğan Azərbaycanı Təbrik Etdi

18/10/2026 15:50
966
Xalq Artistinə AĞIR İTKİ

Xalq Artistinə AĞIR İTKİ

18/10/2026 15:12
960
Münasibətlərdə güzəştə getməyən 4 bürc

Münasibətlərdə güzəştə getməyən 4 bürc

18/10/2026 14:45
962
Ferhat Göçer Bakıda “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu

Ferhat Göçer Bakıda “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu

18/10/2026 12:53
963

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

16/10/2026 19:02
1k

Qərbi Azərbaycanın Tayçarıq kəndi — tarixi və keçmişi

Qərbi Azərbaycanın Tayçarıq kəndi — tarixi və keçmişi

16/10/2026 08:14
1k

QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

15/10/2026 08:07
966

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

14/10/2026 09:37
983

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.