Bakı şəhərində, xüsusilə Nərimanov rayonunda yaşayış binalarının söküntüsü və yeni çoxmərtəbəli binaların tikintisi ilə məşğul olan ” Gold Məkan” tikinti şirkətinin direktoru azadlıqdan məhrum edilib.
Bu barədə NOCOMMENT.az-a məlumat daxil olub.
Bildirilir ki, “Gold Məkan” MMC tikinti şirkətinin direktoru Məmmədov Allahşükür Əliməmməd oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.1 və 308.2 maddəsi ilə Nərimanov rayon məhkəməsində 02.10.26-ci il tarixdə təqsirli bilinib.
O, barəsində 3 il 6 ay azadlıqdan məhrumetmə növündə cəza təyin edilərək məhkəmə zalında həbs olundu.\\Bakues.az














