Cümə axşamı, İyul 23, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bakıda yeni dərs ilindən saatlar belə işləyəcək

23/07/2026 17:17
CƏMİYYƏT
39 2
Bakıda yeni dərs ilindən saatlar belə işləyəcək
52
Baxış sayı

Azərbaycanda beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modellərinin yaradılması planlaşdırılır. Bununla bağlı məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlədiyi Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planında öz əksini tapıb. Plana uyğun olaraq sözügedən müddətdə çevik iş rejimi modellərinin tətbiqi ilə bağlı normativ hüquqi akt layihələri hazırlanmalıdır və aidiyyəti üzrə təqdim edilməlidir. Proqramın icrası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb. Çevik iş vaxtı rejiminin tətbiqi Bakıda tıxacların azalmasına real təsir göstərə bilərmi?

Azərbaycanda iş saatları dəyişir - Detallar açıqlandı
Gündəm24.az xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, çevik iş rejiminin tətbiqi nəqliyyat sıxlığının azalmasına müsbət təsir göstərə bilər: “Əsas məsələ bu qərarın praktiki müstəvidə necə icra olunacağıdır, çünki burada bir çox suallar ortaya çıxır.Dövlət və büdcə sektorunda bu mexanizmi tətbiq etmək daha rahatdır. Bu sahədə 870 minə yaxın insan çalışır və büdcə təşkilatlarında iş vaxtını vahid əmrlə dəyişmək mümkündür. Lakin özəl sektorda vəziyyət fərqlidir. Dövlət özəl sektora birbaşa əmr verə bilməz, yalnız müəyyən təşviq mexanizmləri təklif edə bilər. Məsələn, səhər yeməyi təqdim edən bir kafeyə işə saat 7-də yox, 11-də başlamasını tələb etmək qeyri-realdır. Digər tərəfdən, sahibkar növbəli iş rejimi üçün əlavə işçi götürərsə, bu, onun maliyyə yükünü artıracaq. Nəticədə xidmət qiymətləri qaldırıla bilər ki, bu da biznesə ziyan vurar.
Ən ciddi problemlərdən biri də təhsil müəssisələrinin qrafiki ilə bağlıdır. Hazırda valideynlər uşaqlarını saat 08:00-da məktəbə qoyub, 09:00-da işə gedirlər. Valideynin iş vaxtı 10:00 və ya 11:00-a keçirilərsə, bu uyğunsuzluq necə tənzimlənəcək? Bütün bu suallar hələ ki açıq qalır. Təşəbbüs ideya olaraq uğurludur, lakin onun real həyata keçirilməsi üçün işlək mexanizmlər işlənib hazırlanmalıdır”.

İqtisadçı Xalid Kərimli açıqlamasında bildirib ki, bu sistem ənənəvi saat 09:00–18:00 iş qrafikindən fərqlənir və tərəflərin razılığı ilə daha çevik iş saatlarının tətbiqini nəzərdə tutur. Belə modeldə işin bir hissəsi məsafədən də yerinə yetirilə bilər. Əsas məqsəd isə iş saatına nəzarət etmək deyil, əmək məhsuldarlığını və işin nəticələrini artırmaqdır. X.Kərimli qeyd edib ki, beynəlxalq praktikada çevik məşğulluğun müxtəlif formaları tətbiq olunur. Bunlardan biri çevik (flexible) iş rejimidir ki, bu zaman işin başlama və bitmə saatları işçi ilə işəgötürən arasında razılaşdırılır. Onun sözlərinə görə, geniş yayılmış modellərdən biri də hibrid iş rejimidir. Bu modeldə işçi həftənin müəyyən günləri ofisdə, qalan günləri isə məsafədən çalışır. Tam məsafədən iş rejimində isə əməkdaş əsasən ofisdən kənarda işləyir və yalnız zərurət yarandıqda iş yerinə gəlir.

İqtisadçı bildirib ki, sıxılmış iş qrafiki də beynəlxalq təcrübədə istifadə olunan modellərdəndir. Bu halda ənənəvi beş günlük, 40 saatlıq iş norması dörd gün ərzində tamamlanır və işçiyə əlavə istirahət vaxtı verilir. Bundan başqa, yarımştat (part-time) iş rejimi də əmək məhsuldarlığının artırılmasına yönəlmiş çevik məşğulluq formalarından hesab olunur: “Bu sistemlərin Azərbaycanda tətbiqi mümkündür. Lakin bunun üçün ilk növbədə hüquqi baza formalaşdırılmalıdır:

Əmək qanunvericiliyində çevik iş rejiminin hüquqi çərçivəsi yaradılmalıdır. Bu sistem məcburi deyil, könüllülük və qarşılıqlı razılıq prinsipi əsasında tətbiq edilməlidir. Əmək Məcəlləsində biznesi həddindən artıq sərt qaydalarla məhdudlaşdırmaq gələcəkdə problemlər yarada bilər”.

O, həmçinin məsafədən işləyən əməkdaşların fəaliyyətinin elektron vasitələrlə qiymətləndirilməsi üçün müasir nəzarət mexanizmlərinin yaradılmasının vacibliyini vurğulayıb:
“Məsafədən işləyən işçi bilməlidir ki, onun fəaliyyəti müxtəlif elektron vasitələrlə ölçülür və qiymətləndirilir. Məsafədən işləmək o demək deyil ki, işçinin adı işdə getsin, amma faktiki fəaliyyət göstərməsin”.

İqtisadçı əlavə edib ki, çevik iş rejimi tətbiq olunarkən işçilərin sosial təminat, sığorta və pensiya hüquqları da etibarlı şəkildə qorunmalıdır. Onun sözlərinə görə, məsafədən işləmə modelində qeyri-rəsmi məşğulluğun aşkarlanması nəzarət orqanları üçün daha çətin ola bilər. “Çevik iş rejiminin uğurlu tətbiqi üçün qanunvericilik bazasının təkmilləşdirilməsi, həm işəgötürənlərin, həm də işçilərin hüquqlarının qorunması və qarşılıqlı razılıq prinsipinin əsas götürülməsi vacib şərtlərdir” deyə, o bildirib.

Bakıda 5 istiqamətdə tıxac müşahidə olunur

Nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, istər ali və orta məktəblərin, istərsə də bağçaların tətilə çıxması ilə əlaqədar tıxacların ciddi şəkildə azaldığının şahidi oluruq: “Bu, hər zaman belə olur. Deməli, təhsil müəssisələrinin fəaliyyətinin yollardakı sıxlığa maksimum dərəcədə az təsir göstərməsi üçün müəyyən tədbirlər planı həyata keçirmək lazımdır. Bu da ancaq dərslərin başlama və bitmə vaxtlarının müəyyən qədər sürüşdürülməsi ilə bağlı ola bilər. Məsələn, əvvəllər məktəblər saat 09:00-da başlayırdı və eyni vaxtda hər kəs prospektlərə, küçələrə çıxaraq məktəbə və bağçaya doğru hərəkət edirdi. İndi isə tədbirlər planında dərslərin fərqli saatlarda başlaması nəzərdə tutulur. Məsələn, bir müəssisədə saat 08:00-da, digərində 09:00-da, başqasında isə 10:00-da. Düzdür, bu tam effektiv olmasa da, hər halda sıxlığı müəyyən qədər yüngülləşdirəcək”.\\musavat.com

Oxşarxəbərlər

“Qazdılar, dağıtdılar, getdilər…” – Sumqayıt Su İdarəsinin rəhbərliyi Babək prospektində sakinləri pis vəziyyətə qoyub -FOTOLAR
CƏMİYYƏT

“Qazdılar, dağıtdılar, getdilər…” – Sumqayıt Su İdarəsinin rəhbərliyi Babək prospektində sakinləri pis vəziyyətə qoyub -FOTOLAR

23/07/2026 19:08
60
Tələbələrə şad xəbər: Təqaüdlərin artırılması ilə bağlı YENİ TƏKLİF
CƏMİYYƏT

Tələbələrə şad xəbər: Təqaüdlərin artırılması ilə bağlı YENİ TƏKLİF

23/07/2026 17:14
52
Azərbaycanda bu universitetə magistr qəbulu LƏĞV EDİLDİ
CƏMİYYƏT

Azərbaycanda bu universitetə magistr qəbulu LƏĞV EDİLDİ

23/07/2026 17:03
54
Binada yaşayanların NƏZƏRİNƏ: 300 manat cəriməsi var
CƏMİYYƏT

Binada yaşayanların NƏZƏRİNƏ: 300 manat cəriməsi var

23/07/2026 16:53
54
“Arzum” bu halda yenidən həbs ediləcək – DETALLAR
CƏMİYYƏT

“Arzum” bu halda yenidən həbs ediləcək – DETALLAR

23/07/2026 16:10
54
Bu şəxslərin işi ilə bağlı YENİLİK OLACAQ- NAZİR QƏRAR İMZALADI
CƏMİYYƏT

Bu şəxslərin işi ilə bağlı YENİLİK OLACAQ- NAZİR QƏRAR İMZALADI

23/07/2026 14:52
59

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

“Qazdılar, dağıtdılar, getdilər…” – Sumqayıt Su İdarəsinin rəhbərliyi Babək prospektində sakinləri pis vəziyyətə qoyub -FOTOLAR

“Qazdılar, dağıtdılar, getdilər…” – Sumqayıt Su İdarəsinin rəhbərliyi Babək prospektində sakinləri pis vəziyyətə qoyub -FOTOLAR

23/07/2026 19:08
60
“Uşaqların tərbiyəsini Vüqarın pis düşüncələri pozur” – VİDEO

“Uşaqların tərbiyəsini Vüqarın pis düşüncələri pozur” – VİDEO

23/07/2026 18:37
51
Aygün Bəylərin bacısı ilə bağlı YENİ XƏBƏR

Aygün Bəylərin bacısı ilə bağlı YENİ XƏBƏR

23/07/2026 17:47
53
Bakıda yeni dərs ilindən saatlar belə işləyəcək

Bakıda yeni dərs ilindən saatlar belə işləyəcək

23/07/2026 17:17
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
“Qazdılar, dağıtdılar, getdilər…” – Sumqayıt Su İdarəsinin rəhbərliyi Babək prospektində sakinləri pis vəziyyətə qoyub -FOTOLAR

“Qazdılar, dağıtdılar, getdilər…” – Sumqayıt Su İdarəsinin rəhbərliyi Babək prospektində sakinləri pis vəziyyətə qoyub -FOTOLAR

23/07/2026 19:08
60

Qərbi Azərbaycanın tarixi irsi – Zal xan məscidi

Qərbi Azərbaycanın tarixi irsi – Zal xan məscidi

22/07/2026 10:17
57

Çatlamış yumurta yox, çatlamış məsuliyyət – bu səhlənkarlıq insanların süfrəsinə qədər gedib çıxır!

Çatlamış yumurta yox, çatlamış məsuliyyət – bu səhlənkarlıq insanların süfrəsinə qədər gedib çıxır!

21/07/2026 18:04
74

Qərbi Azərbaycanın ən möhtəşəm qalalarından biri – Alagöz qalası

Qərbi Azərbaycanın ən möhtəşəm qalalarından biri – Alagöz qalası

21/07/2026 11:07
63

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In