Binəqədidə hərəkət həm piyadalar, həm də sürücülər üçün sınağa çevrilib.
Demokrat.az-a müraciət edən qəsəbə sakinləri bildirib ki, Binəqədi şosesinin Yarımstansiya muzey ərazisindən Nicat Mustafayev ilə kəsişmə və kəsişməyə qədər olan hissəsində yolda dərin ( 15-20 santimetr dərinliyində ) çuxurlar yaranıb.
Nəticədə avtomobillər maşına zərər dəyməsin deyə həmin ərazidən keçərkən sürəti yavaşladır, bu da uzun, təxminən 2 kilometrlik tıxaclara səbəb olur.
Ərazidə yaşayan sakinin dediyinə görə, gün ərzində siqnal səsindən dayanmaq olmur.
Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli Demokrat.az-ın sorğusuna cavab olaraq bildirimişdi ki, ərazidə təmir işləri planlaşdırılır. Lakin, hər hansı təmir prosesi həyata keçirilməyib.
Xatırladaq ki, dünən Binəqədi şosesinin başqa bir ərazisində güclü yağışlar səbəbindən yol suyun altında qalmışdı. Şosenin “White Palace” şadlıq sarayının qarşısından “Akabe” inşaata qədər hissəsində suyun hündürlüyü 20 santimetrə qədər qalxmışdı.























