Xəbər verdiyimiz kimi, əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsiməqsədilə Nazirlər Kabinetinin qərarı ilə əhalinin siyahıyaalınmasına yardım üzrə Mərkəzi Komissiya yaradılacaq.
Gündəm24.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin Azərbaycan Respublikasında əhalinin növbəti siyahıyaalınmasının keçirilməsi ilə bağlı məsələlərə həsr olunmuş iclasında deyib.
Baş nazir bildirib ki, Komissiyanın sədri qismində tərəfimdən Baş nazirin müavini Samir Şərifov müəyyən edilib.













