Azərbaycanda 26 may tarixi qısaldılmış iş günü olacaq.
Gündəm24.az xəbər verir ki, 27 və 28 may tarixlərində qeyd olunacaq Qurban bayramı ilə əlaqədar olaraq 26 may ölkə üzrə qısaldılmış iş günü hesab ediləcək.
Əmək Məcəlləsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat azaldılır.
Bu səbəbdən dövlət və özəl müəssisələrdə 26 may tarixində iş saatı adi günlərlə müqayisədə bir saat qısa olacaq.
Qeyd edək ki, 27, 28, 29, 30 və 31 may tarixləri ardıcıl qeyri-iş günləri olacaq. Metbuat.az














