Bazar ertəsi, Oktyabr 26, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Əsgərimiz bu kənddə İTKİN DÜŞÜB – ŞOK detallar üzə çıxdı

02/10/2026 22:14
CƏMİYYƏT
795 42
Əsgərimiz bu kənddə İTKİN DÜŞÜB – ŞOK detallar üzə çıxdı
693
Paylaşım sayı
962
Baxış sayı
Laçın istiqamətində xidmət edən Azərbaycan Ordusunun əsgəri Nəsimi Rasim oğlu Musayev Ermənistan ərazisində saxlanılıb. Hərbçinin sərhədi azaraq keçdiyi, yoxsa xidmət yerini bilərək tərk etdiyi hələlik məlum deyil.

Gündəm24.az  xəbər verir ki, Azərbaycanın Baş Prokurorluğunun məlumatına əsasən, Nəsimi Musayevin sentyabrın 26-da xidmət yerində olmadığı müəyyən edilib. Müdafiə və Fövqəladə Hallar nazirliklərinin qüvvələri onun axtarışına cəlb olunub, faktla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin açıqlamasında isə bildirilir ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti sentyabrın 29-da qarşı tərəfə hərbçinin naməlum şəraitdə xidmət yerini tərk etməsi və Ermənistan ərazisinə keçə biləcəyi barədə məlumat verib. Aparılan axtarışlardan sonra Nəsimi Musayev oktyabrın 1-də Zəngəzur mahalının Sisian bölgəsindəki Şəki kəndində saxlanılıb. Hadisənin təfərrüatlarının Azərbaycan tərəfinə təqdim olunduğu bildirilir.

 

7fdc3262-7cf5-4ae8-ae7b-61707bc32c65.jpg (279 KB)
Ermənistan tərəfi əsgərin Şəki kəndində bir evə daxil olduğunu və ev sahibəsini ayağından yaraladığını iddia edir. Hadisənin bu hissəsi Azərbaycan dövlət qurumları tərəfindən hələlik təsdiqlənməyib. Ermənistan məhkəməsi hərbçi barəsində həbs qətimkan tədbiri seçib.

Tanınmış hüquqçu, media hüququ üzrə mütəxəssis Rəşid Hacılı hadisəyə münasibət bildirərək diqqəti Azərbaycan və Ermənistanın səlahiyyətli qurumları arasında yaranmış əməkdaşlığa çəkib.

 

72183.jpg (19 KB)Rəşid Hacılı

Onun sözlərinə görə, müsbət məqam odur ki, Azərbaycan tərəfi hərbçinin itkin düşməsi və Ermənistan ərazisinə keçə bilməsi barədə əvvəlcədən məlumat verib, Ermənistan qurumları isə onu taparaq saxlayıb:

“Yaxşı olan odur ki, Ermənistan və Azərbaycanın dövlət qurumları işbirliyindədirlər. Azərbaycan əsgərin itdiyini xəbər verib, Ermənistana keçə biləcəyini deyib. Ermənistan tapıb, saxlayıb. Birgə araşdırıb qərar verəcəklər”.

Azərbaycan əsgərinin saxlanıldığı Şəki kəndinin özünün də olduqca maraqlı və ağrılı tarixi var.

 

Screenshot_1.png (935 KB)Şəki kəndi tarixi Zəngəzur mahalında, indiki Sisian şəhərindən təxminən 5–6 kilometr məsafədə yerləşir. Kəndin adı hələ 1728-ci ildə tərtib olunan “İrəvan əyalətinin icmal dəftəri”ndə “Şəki” formasında qeydə alınıb.

Rəşid Hacılının paylaşdığı statistikaya əsasən, kənddə:

1831-ci ildə 148 nəfər;
1873-cü ildə 445 nəfər;
* 1886-cı ildə 657 nəfər;
* 1897-ci ildə 1191 nəfər;
* 1908-ci ildə 1605 nəfər;
* 1914-cü ildə 1584 nəfər azərbaycanlı yaşayıb.

1918-ci ilin avqustunda kəndin türk-müsəlman əhalisi silahlı erməni dəstələrinin hücumuna məruz qalıb. Əhalinin bir hissəsi öldürülüb, sağ qalanlar kənddən deportasiya edilib. Sonradan xaricdən köçürülən ermənilər Şəkidə yerləşdirilib.

Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlıların yalnız bir hissəsi doğma kəndinə qayıda bilib. Paylaşımda göstərilən rəqəmlərə görə, 1922-ci ildə Şəkidə 282 azərbaycanlı və 12 erməni yaşayırdı. 1926-cı ildə azərbaycanlıların sayı 385, ermənilərin sayı 407, 1931-ci ildə isə müvafiq olaraq 557 və 510 nəfər olub.

 

Screenshot_2.png (952 KB)
1988-ci ilin noyabrında kəndin azərbaycanlı əhalisi yenidən öz doğma yurdundan qovulub. Hazırda Şəkidə yalnız ermənilər yaşayır.

Beləliklə, Laçında xidmət yerindən itkin düşən Azərbaycan əsgərinin gedib çatdığı kənd adi yaşayış məntəqəsi deyil. Şəki Zəngəzurun azərbaycanlı əhalisinin iki dəfə deportasiya olunduğu, tarixi izləri və yaddaşı bu gün də yaşayan qədim kəndlərindən biridir.\\musavat.com

Oxşarxəbərlər

Qızılı Çox Olanlara Pis Xəbər
Gündəm

Qızılı Çox Olanlara Pis Xəbər

25/10/2026 13:47
965
Baş nazir qərar imzaladı
CƏMİYYƏT

Baş nazir qərar imzaladı

23/10/2026 19:43
952
“20 Sentyabr” stansiyası bu tarixdə istifadəyə veriləcək
CƏMİYYƏT

“20 Sentyabr” stansiyası bu tarixdə istifadəyə veriləcək

23/10/2026 19:18
954
Telefon və digər cihazların gömrük rəsmiləşdirilməsi zamanı niyə yüksək qiymət təyin edilir?
CƏMİYYƏT

Telefon və digər cihazların gömrük rəsmiləşdirilməsi zamanı niyə yüksək qiymət təyin edilir?

23/10/2026 17:23
957
“Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
CƏMİYYƏT

“Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA

23/10/2026 17:17
959
Bakıda piyadaların yolunu kəsən qanunsuz tikinti sökülür – FOTOFAKT
CƏMİYYƏT

Bakıda piyadaların yolunu kəsən qanunsuz tikinti sökülür – FOTOFAKT

23/10/2026 16:19
957

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

“Anamla atam ailə qurmağımı istəyir” – Günel

“Anamla atam ailə qurmağımı istəyir” – Günel

25/10/2026 14:40
959
Trampdan ŞOK AÇIQLAMA: “O bacarıqsız prezident idi”

Trampdan ŞOK AÇIQLAMA: “O bacarıqsız prezident idi”

25/10/2026 14:37
960
Qızılı Çox Olanlara Pis Xəbər

Qızılı Çox Olanlara Pis Xəbər

25/10/2026 13:47
965
İlham Əliyev Tokayevi təbrik edib

İlham Əliyev Tokayevi təbrik edib

25/10/2026 13:32
961

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Vartana kəndi – Qərbi Azərbaycanın unudulmayan yurdu

Vartana kəndi – Qərbi Azərbaycanın unudulmayan yurdu

23/10/2026 08:42
990

Qondaxsaz kəndi – Qərbi Azərbaycanın qədim yurd yerlərindən biri

Qondaxsaz kəndi – Qərbi Azərbaycanın qədim yurd yerlərindən biri

22/10/2026 08:21
956

Göyçənin qədim yurdu Abdalağalı: Tarixin yaddaşında yaşayan kənd

Göyçənin qədim yurdu Abdalağalı: Tarixin yaddaşında yaşayan kənd

21/10/2026 08:10
961

Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

20/10/2026 18:58
972

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.