Prezidentin köməkçisi Hikmət Hacıyev xaricdə yaşayan bloger Tural Sadıqlı ilə Berlində ayaqüstü söhbət edib.
“Verilişlərinizə çox vaxt ayırmıram, səmimi deyim. Sizə elə gəlir ki, Azərbaycanda hamı oturub sizin verilişlərinizə baxır, elə deyil”.
Gündəm24.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyada “Azad söz” kanalının rəhbəri bloqer Tural Sadıqlıya deyib.
“Həyatda ən çətin şey Vətənə, dövlətə xəyanət etməkdir. O statusda yaşayan insanlara mənim yazığım gəlir”, – deyə Prezidentin köməkçisi T.Sadıqlıya bildirib.
Gündəm24.az həmin söhbəti təqdim edir:














