Çərşənbə, Sentyabr 23, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Məhərrəmlik öncəsi Bakıda toy “yağışı”: Şadlıq saraylarında boş yer qalmadı

04/06/2026 15:18
CƏMİYYƏT
841 8
Məhərrəmlik öncəsi Bakıda toy “yağışı”: Şadlıq saraylarında boş yer qalmadı
703
Paylaşım sayı
976
Baxış sayı

Azərbaycanda builki Məhərrəm ayının iyunun 16-da başlaması ilə əlaqədar olaraq şadlıq saraylarında böyük sıxlıq və toy “yağışı” yaşanır. Hazırda paytaxtdakı əksər şadlıq saraylarında boş gün tapmaq demək olar ki, qeyri-mümkündür. Ölkədə bir çox vətəndaş məhərrəmlik dönəmində toy etməkdən çəkinsə də, bu ayda şadlıq edənlərin sayı da az deyil.

Modern.az paytaxtın tanınmış şadlıq sarayları arasında sorğu keçirərək məhərrəmlik ərəfəsindəki mövcud vəziyyəti, boş günləri və menyu qiymətlərini araşdırıb.

Belə ki, restoranların məhərrəmlik ayına yanaşması və təklif etdiyi güzəştlər fərqlidir. Məsələn, “Niaqara” şadlıq sarayının rəhbərliyi mövzu ilə bağlı ümumiyyətlə danışmaq və şərh vermək istəmədi. Buna rəğmən, “Altun saray” məhərrəmlik ayında toy qəbul etdiklərini və bunun heç bir problem yaratmadığını bildirib. Hazırda iyunun 16-na boş yeri olan məkanda menyular 70-120 AZN arasında dəyişir, lakin şou-proqram qiymətə daxil edilmir və əlavə olaraq 1500 AZN-dən başlayır.

Paytaxtın digər məkanı “Grand Neon” şadlıq sarayında isə vəziyyət daha gərgindir. Belə ki, burada məhərrəmlik ayına qədər olan bütün günlər tamamilə dolub. Hətta artıq məhərrəmlik ayı daxilinə də sifarişlər qəbul edilib və yerlər tutulub. Məhərrəmliklə normal günlər arasında menyu qiymətində fərq olmasa da, bu ayda toy edənlərə menyu başına təxminən 20 manatlıq xüsusi endirim tətbiq olunacağı deyildi. Menyu qiymətləri isə 110-170 AZN aralığında dəyişir.

Bənzər addımı “Delux” şadlıq sarayı da atır. İyunun 10-u və 11-nə boş yerləri olan bu məkanda digərlərindən fərqli olaraq musiqi və çəkiliş xidmətləri 55, 65, 75 və 100 AZN-lik premium menyu qiymətlərinə daxil edilib. Toyları Aşura gününə qədər qəbul edən restoran xüsusilə 300 nəfərlik məclislər üçün rəqabət güzəşti də təklif edir. Yəni başqa yerdə 85 AZN-ə təklif olunan menyunu bura müraciət etdikdə 75 AZN-ə təşkil edə bilirlər.

Nisbətən yüksək qiymətləri ilə seçilən “Hollywood” şadlıq sarayında isə iyunun 10-u boşdur. Məhərrəmlikdə də qapılarını toy sahiblərinin üzünə açan məkanda menyu qiymətləri 130-200 AZN arasında dəyişsə də, rəhbərlik fərdi danışıqlar əsasında endirimlərin mümkün olduğunu deyir.

Sorğunun nəticələri göstərir ki, məhərrəmlik ayının başlamasına sayılı günlər qalmış restoranlar müştəri cəlb etmək üçün xüsusi endirim kampaniyalarına və paket xidmətlərə üstünlük verirlər. Bu ayda toy edənlərin sayı ötən günlərə nisbətən az olsa da, yenə də mövcuddur.

Oxşarxəbərlər

Günün qoroskopu: Səbrinizi SINAYACAQ bir vəziyyət
Manşet

Günün qoroskopu: Səbrinizi SINAYACAQ bir vəziyyət

23/09/2026 01:48
962
ADY-də yeni təyinatlar oldu – FOTO
CƏMİYYƏT

ADY-də yeni təyinatlar oldu – FOTO

22/09/2026 22:10
955
Bu ərazilərdə işıq olmayacaq
CƏMİYYƏT

Bu ərazilərdə işıq olmayacaq

22/09/2026 21:25
956
“Yol getmək işgəncəyə çevrilib” – Bakı sakinləri tıxacdan danışır
CƏMİYYƏT

“Yol getmək işgəncəyə çevrilib” – Bakı sakinləri tıxacdan danışır

22/09/2026 20:29
962
Maştağadakı psixiatriya xəstəxanası bağlanır?
CƏMİYYƏT

Maştağadakı psixiatriya xəstəxanası bağlanır?

22/09/2026 20:08
955
Dərmanı baha satan “Azəri Med”ə PROTOKOL YAZILDI
CƏMİYYƏT

Dərmanı baha satan “Azəri Med”ə PROTOKOL YAZILDI

22/09/2026 17:15
955

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Günün qoroskopu: Səbrinizi SINAYACAQ bir vəziyyət

Günün qoroskopu: Səbrinizi SINAYACAQ bir vəziyyət

23/09/2026 01:48
962
Səfirliyimizdən müraciət: İrandan qayıtmaq istəyənlər DİQQƏT!

Səfirliyimizdən müraciət: İrandan qayıtmaq istəyənlər DİQQƏT!

23/09/2026 01:11
956
Rusiya azərbaycanlı aparıcıya qadağa qoydu

Rusiya azərbaycanlı aparıcıya qadağa qoydu

23/09/2026 00:48
976
Hörmüzdə gecə saatlarında DƏHŞƏT — Ölənlər var

Hörmüzdə gecə saatlarında DƏHŞƏT — Ölənlər var

23/09/2026 00:18
970

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

22/09/2026 08:17
975

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
963

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
961

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
962

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.